Qalmaqallı keçmiş vəkil Sevil Hacıyeva barəsində daha bir məhkəmə qərarı.
NUH.az-a daxil olan məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 08.07.2025-ci il tarixdə təqsirləndirilən şəxs Hacıyeva Sevil Balasoltan qızı və zərərçəkmiş şəxslərin iştirakı ilə,
Hacıyeva Sevil Balasoltan qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Hacıyeva Sevil Balasoltan qızı və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Qərara aldı:
Hacıyeva Sevil Balasoltan qızı zərərçəkmiş şəxsə qarşı törətdiyi əməl üzrə CM-nin 128-ci
maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Qalan hissədə hökm dəyişdirilmədən saxlanılsın.
Redaksiyadan:
Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində Sevil Hacıyevanın əməllərində pozuntular müəyyən edilib və məhkəmənin qərarı ilə 2020-ci ildə Sevil Hacıyevanın vəkillik fəaliyyətinə xitam verilib.