Əsas Səhifə > Ana xəbər / Güney Press > Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı
Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrıBu gün, 15:52 |
Qalmaqallı keçmiş vəkil Sevil Hacıyeva barəsində daha bir məhkəmə qərarı. NUH.az-a daxil olan məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 08.07.2025-ci il tarixdə təqsirləndirilən şəxs Hacıyeva Sevil Balasoltan qızı və zərərçəkmiş şəxslərin iştirakı ilə, Hacıyeva Sevil Balasoltan qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Hacıyeva Sevil Balasoltan qızı və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Qərara aldı: Hacıyeva Sevil Balasoltan qızı zərərçəkmiş şəxsə qarşı törətdiyi əməl üzrə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Qalan hissədə hökm dəyişdirilmədən saxlanılsın. Redaksiyadan: Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində Sevil Hacıyevanın əməllərində pozuntular müəyyən edilib və məhkəmənin qərarı ilə 2020-ci ildə Sevil Hacıyevanın vəkillik fəaliyyətinə xitam verilib. Geri qayıt |