Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu .....                     Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub .....                     Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq .....                     “İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” .....                     BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI .....                     “Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb .....                     Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur .....                     Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? .....                     İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır .....                     İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır .....                     İsrail Tehran radiosunu da vurdu .....                     Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? .....                     Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? .....                     Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? .....                     Çin İsrailin İrana hücumlarından narahatdır .....                     Daha kimlər ÖLMƏLİDİR Kİ... .....                     Gədəbəy rayonuna prokuror təyin edilib .....                     Lerikə yeni prokuror təyin edilib .....                     "İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" .....                     Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? .....                     Əvəz Zeynallının həyat yoldaşı: .....                     "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı .....                     “Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib .....                     Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik .....                     "Beeonline" ASC-də yığıncaq keçiriləcək .....                     “Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” .....                     Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ .....                     Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! .....                     Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək .....                     İranda üzdə olmaq da bir iş deyil... .....                     "Sepah Bank" kiberhücumla çökdürüldü .....                     Uzunmüddətli müharibəyə hazırıq .....                     İsrail-İran savaşında kritik an .....                     İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir .....                     Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı .....                     Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib .....                     SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur .....                     Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? .....                     Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ .....                     Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? .....                 

Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? - AKTUAL
Tarix: Bu gün, 17:42 | Çap et

Azərbaycan 2020-ci ildə pandemiyanın yayılması ilə bağlı qəbul etdiyi quru sərhədlərin bağlanması qərarını indiyədək qüvvədə saxlayır. İlk baxışdan bu qərarın yalnız sanitar-epidemioloji səbəblərlə bağlı olduğu düşünülə bilər. Lakin son illərdə regionda baş verən geosiyasi hadisələr və təhlükəsizlik çağırışları göstərir ki, bu, sırf texniki tədbir deyil – düşünülmüş və strateji baxımdan əsaslandırılmış dövlət qərarıdır.

Azərbaycan elə bir regionda yerləşir ki, onun ətrafında demək olar, hər istiqamətdə potensial və real münaqişələr baş verir. Şimalda – Rusiya, artıq üç ildən çoxdur ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə aparır. Cənubda – İranla İsrail arasında son günlər qızışan qarşıdurma real müharibəyə çevrilib. Hava hücumları, dron zərbələri, nüvə obyektlərinin hədəfə alınması artıq lokal gərginlik deyil, ciddi regional müharibə təhlükəsini ortaya çıxarıb.

Azərbaycan belə bir həssas bölgədə yerləşdiyi üçün onun sərhəd siyasəti yalnız daxili yox, regional təhlükəsizlik kontekstində də qiymətləndirilməlidir. Məsələn, İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələri və bunun cavabında İranın raket hücumları bölgədə qeyri-müəyyənlik və gərginliyi kəskin şəkildə artırdı. Belə vəziyyətdə açıq sərhədlər dövlətə müxtəlif təhdidlərin asanlıqla daxil olması üçün zəmin yarada bilər. Açıq sərhədlər, xüsusilə də qeyri-sabit qonşu ölkələrlə müxtəlif casusluq, təxribat və hətta silahlı keçid halları üçün imkan deməkdir. Sərhədlərin bağlı qalması bu riskləri minimuma endirir və təhlükəli elementlərin ölkəyə sızmasının qarşısını alır.

Yaxın Şərqdə və İran daxilində fəaliyyət göstərən radikal qrupların region ölkələrinə təsir cəhdləri daim mövcuddur. Sərhədlərin bağlı qalması onların fiziki keçidini çətinləşdirir.

Müharibə zonalarından qaçqın axını və ya qeyri-qanuni miqrasiya təhlükəsi də real riskdir. Hadisələrin inkişafı İrandan tezliklə böyük köç dalğalarının ola biləcəyi ehtimalının sürətlə artdığını göstərir. Məhz belə bir vaxtda ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşdığı statusda bütün xarici ölkə vətəndaşlarını Tehrandan dərhal çıxmağa çağırıb. Bunlara paralel olaraq, ABŞ Yaxın Şərqdə böyük ordu qruplaşması cəmləyir və bu ölkənin də İrana qarşı müahribədə iştirakı tamamilə gözləniləndir. Belə bir vaxtda İrandan kütləvi mühacir axını istisnalıq təşkil etmir. Amma onların sərhədi kortəbii şəkildə keçməsi daxil olduqları ölkələrdə xaotik durum yarada bilər. Buna hazır olmayan ölkələrin hansı problemlərlə üzləşdiyinə dair elə günümüzdə yetərincə misallara rast gəlmək mümkündür. Azərbaycan bu yolla ölkə daxilindəki sosial sabitliyi qorumağa nail olur.

Müharibə şəraitində olan ölkələrin xüsusi xidmət orqanları üçün sərhədlərin açıq olması təxribatlar üçün əlverişli mühit yaradır. Qapalı sərhədlər belə planların icrasını çətinləşdirir. Xarici təsirlərdən uzaq, idarəolunan daxili mühit ölkədə sabitliyin davamlılığını təmin edir. Bu da iqtisadi inkişaf və sosial rifah üçün əsas şərtdir.

Azərbaycan prezidenti İlham Əliyev bir sıra çıxışlarında bildirib ki, quru sərhədlərinin bağlı qalması ilk illər xüsusi karantin rejimi ilə bağlı olsa da, indi daha çox təhlükəsizliklə əlaqəlidir:

“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.

Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur.

“Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb.

Prezident İlham Əliyev deyib ki, sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və digərləri üçün əlverişsiz olsada, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır.

O, sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini gördüyünü deyib.

"Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır".

Göründüyü kimi Azərbaycan dövlətinin öz qonşuları ilə quru sərhədləri bağlı saxlaması səbəbsiz deyil. Azərbaycanın təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri dövlət sərhədlərinin qorunması və ölkəyə qanunsuz keçidlərin qarşısının alınmasıdır.

İsrail və İran arasındakı son gərginlik bu siyasətin nə qədər əsaslı olduğunu bir daha sübut edir. İsrailin dron hücumları və İranın cavabları regional təhlükəsizliyi ciddi şəkildə sarsıdır. Azərbaycan bu mənzərədə öz təhlükəsizliyini təmin etməli və hərbi baxımdan neytrallığını qoruyaraq regionda sabitlik adası kimi qalmalıdır. Bu kontekstdə sərhədlərin bağlanması yalnız keçici tədbir deyil, müasir dövrdə milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsidir.

Bəziləri sərhədlərin bağlı qalmasını iqtisadi və humanitar baxımdan çətinlik yaradan addım kimi qiymətləndirə bilər. Amma dövlətin əsas vəzifəsi ilk növbədə öz vətəndaşlarının təhlükəsizliyini qorumaqdır. Geosiyasi risklər azaldıqca və bölgədə sabitlik təmin olunduqca, sərhədlərin mərhələli şəkildə açılması mümkündür. Amma bu qərar yalnız təhlükəsizlik zəmanəti olduğu halda verilməlidir.

Azərbaycan bugünkü siyasəti ilə özünü regionun ən sabit və güvənli ölkəsi kimi qorumağı bacarır – bu isə açıq sərhəddən qat-qat qiymətlidir.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu - Elçin Aslangil yazır...
Bu gün, 21:34
Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub - KİV
Bu gün, 19:12
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq - KİV
Bu gün, 18:06
“İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - VİDEO
Bu gün, 18:04
BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI - VİDEOFAKT
Bu gün, 17:56
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
Bu gün, 17:50
Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur - Bəlanın kökü qurudulur
Bu gün, 17:46
Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? - AKTUAL
Bu gün, 17:42
İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır - “İnterfaks"
Bu gün, 17:40
İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır - Energetika Nazirliyi
Bu gün, 17:38
İsrail Tehran radiosunu da vurdu - VİDEO
Bu gün, 17:05
Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? - İLGİNC
Bu gün, 17:00
Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? - FOTO
Bu gün, 16:58
Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? - AKTUAL
Bu gün, 16:53
Çin İsrailin İrana hücumlarından narahatdır
Bu gün, 16:12
Daha kimlər ÖLMƏLİDİR Kİ... - NAEAZILIQ VAR...
Bu gün, 16:10
Gədəbəy rayonuna prokuror təyin edilib - ƏMR
Bu gün, 16:05
Lerikə yeni prokuror təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
"İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 16:00
Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:56
Əvəz Zeynallının həyat yoldaşı: - Bankla bağlı problem həll edildi
Bu gün, 15:54
"Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Bu gün, 15:52
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib - DİQQƏT
Bu gün, 15:49
Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik - İsrail ordusu
Bu gün, 15:41
"Beeonline" ASC-də yığıncaq keçiriləcək
Bu gün, 15:36
“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayev
Bu gün, 15:32
Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ - “Bizim simamız yoxdur?”
Bu gün, 15:26
Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! - SEVGİMİZ SARSILIR...
Bu gün, 15:21
Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək - Alen Simonyan
Bu gün, 15:19
İranda üzdə olmaq da bir iş deyil... - Görünəni odur ki...
Bu gün, 15:16
"Sepah Bank" kiberhücumla çökdürüldü
Bu gün, 15:09
Uzunmüddətli müharibəyə hazırıq - İran Silahlı Qüvvələri Baş Qərargah rəisi
Bu gün, 15:06
İsrail-İran savaşında kritik an – Zəngilanda axtarırdılar, görün harada tapıldı
Bu gün, 13:10
İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir - Netanyahu
Bu gün, 13:04
Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı - AXIR Kİ...
Bu gün, 13:02
Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib
Bu gün, 12:57
SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur - İLGİNC FAKT
Bu gün, 12:47
Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? - İLGİNC DETALLAR
Bu gün, 12:36
Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ – “Birgə hərəkət edib televiziyaları düzəldin”
Bu gün, 12:29
Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? – “Sərhədlərin bağlı olması ideyası daha böyük məna və əhəmiyyət kəsb edir”
Bu gün, 12:26
İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb - TASS
Bu gün, 12:19
SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:17
İsrail İrandan necə qorunur? - Çoxqatlı sistem belə İŞLƏYİR
Bu gün, 12:15
“Pilot-16” MMC-də iş icraçısı AZADLIĞA ÇIXDI - QƏRAR
Bu gün, 12:13
Paşinyan bu tarixdə Türkiyəyə gedəcək - İDDİA
Bu gün, 12:01
Ərdoğan İranı niyə dəstəkləyir? - “Regnum”
Bu gün, 11:58
Bakıda vəzifəli şəxslərə qarşı dələduzluq etməkdə ittiham olunan şəxs özünü təqsirli bilmir
Bu gün, 11:52
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat - BUNDAN SONRA...
Bu gün, 11:45
Yaxın Şərqdə pozulan hüquq: İsrail-İran müharibəsində yaxşı və pis ssenari - NƏ BAŞ VERİR?
Bu gün, 11:28
İranın bundan sonraya NƏ QƏDƏR GÜCÜ QALIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru