Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər .....                     Azərbaycana təkcə bu ölkə səs verib .....                     Yeni təhlükə: BUĞDA BÖHRANI... .....                     Devalvasiyanın qarşısını belə almaq olar .....                     “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək .....                     Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb .....                     Tikinti mafiyaları ilə ORTAQDIR .....                     Ermənistanda silaha olan həvəs... .....                     "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" .....                     Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra .....                     "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" .....                     Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR .....                     Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı .....                     Əliyevin qatıldığı toplantıda İLK yaşandı .....                     “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var .....                     Turizm Agentliyi nə etmək istəyir? .....                     Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     Qənirə Paşayevanın büstü hazırlandı .....                     Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR .....                     Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı .....                     “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” .....                     İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya .....                     Bakı və Brüssel arasında balans bərpa olundu .....                     ADSEA 8 milyonu hara xərclədi? .....                     Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? .....                     "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." .....                     "Adam heç bilmir ki, necə baş verdi..." .....                     İsrail və Suriya nümayəndələri Bakıda görüşüb .....                     İmtahanda nə baş verib? .....                     Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi .....                     Prezident İlham Əliyevin Zirvə görüşü: .....                     Ermənilər daha bir mahnımızı oğurladı .....                     Elçin Quliyev generalı işdən çıxardı .....                     Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib .....                     Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Rusiya ilə bundan sonra .....                     Bakı bunu tələb edir .....                     “Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ .....                     “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” .....                 

"Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Tarix: Bu gün, 07:40 | Çap et

“Narkotiklərin dövriyyəsinə qarşı mübarizə daha da sərtləşməlidir. İranda narkotiklə bağlı yalnız edam cəzası var”. Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən hər gün külli miqdarda narkotik tutulur:

 “Bununla məşğul olan xeyli sayda insan həbs olunur. Hüquq-mühafizə orqanları xeyli iş aparır. Lakin artıq yeni texnologiyaya keçiblər, narkotiki dronlar vasitəsilə keçirirlər. Düzdür, bunun da qarşısı alınır, amma bu sahədə ciddi mübarizəyə ehtiyac var. Narkotik ölümdür. Ölkəmizə narkotik ən çox İrandan keçirilir. İranda isə narkotiklə bağlı bir cəza var - ölüm hökmü. Azərbaycanda ölüm cəzası yoxdur. Ancaq bununla bağlı maddənin daha da ağırlaşdırılması məsələsinə baxmalıyıq ki, narkotiklərin dövriyyəsi məktəblərə, digər strukturlara ayaq açmasın, qarşısı alınsın. Bu, gözəgörünməz müharibədir. Bu müharibədə hamılıqla iştirak etməliyik”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, narkomaniya bəlasında daşıyıcı, satıcı ilə istifadəçi fərqləndirilməlidir: 

- Hüquq-mühafizə orqanlarının narkotik maddələrin dövriyyəsi, satışı, yayılmasına qarşı apardığı mübarizə danılmazdır. İndi hətta dronlarla narkotik maddə dövriyyəsinin də qarşısı alınır. Lakin problem tam həllini ona görə tapmır ki, bizdə narkotik istifadəçisi ilə narkotik bitkilər becərən, yaxud da bunun satışını, çatdırılmasını, yayılmasını təşkil edənlər bəzən eyni tutulur. Bir şəxs əgər narkotik maddə aludəliyinə tutulubsa, o, müalicə edilməli, müalicədən sonrakı mərhələdə ciddi nəzarət altında olmalı, həyat şəraitinin dəyişdirilməsinə və məşğulluğunun mümkün qədər təmin edilməsinə çalışılmalıdır. Narkotik istifadəçilərinin bir qismi bu aludəçiliyi işsizliklə, sosial-psixoloji sarsıntılarla əlaqələndirir. Bu adamlarla işləmək, onların sağlam cəmiyyətə inteqrasiyasına yardım etmək lazımdır. 

M.Zeynalova qeyd etdi ki, narkotik maddə satıcıları isə ağır cəzalara məhkum edilməlidir: 

- Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir. Xüsusən təhsil müəssisələrində, orta məktəblərdə narkomaniyanın zərərləri vaxtaşırı tədris olunmalı, maarifləndirmə proqramları işlənməlidir. Hər bir məktəbin fəaliyyət planında narkomaniyaya qarşı mübarizə tədbirləri olmalıdır. Şagirdləri narkotik aludəçiliyindən qorumaq üçün tək məktəblə kifayətlənmək də olmaz. Valideynlər də böyük məsuliyyət daşıyır. Məktəblə valideynin qarşılıqlı əlaqəsi olmalıdır. Şagird səhər məktəbə gəlir, günorta evə dönür. Bundan sonra çox proseslər baş verə bilər. Uşaq zərərli vərdişləri olanlara qoşular, onların əhatəsinə düşər. Məktəb kollektivi tərəfindən şagirdlərlə həm fərdi və qrup şəklində söhbətlər aparılmalı, onlara zərərli vərdişlər barədə məlumat verilməlidir. Sinif müəllimləri hər bir şagirdin həyat tarixçəsini bilməlidir, araşdırıb öyrənməlidir. Uşaqların davranışları müşahidə altında olmalıdır, həm məktəb, həm də valideynlər tərəfindən. Uşaqda aqressiya varsa, səbəbi araşdırılmalıdır. Yeniyetmə əgər siqaretə qurşanıbsa, onun narkomaniyaya da meyl edəcəyi ehtimalı böyükdür. Zərərli vərdişlərin hamısı ziyandır. Hətta yeniyetmə, gənc qızlar arasında da siqaret asılılığı olanlar var. Kimsə, siqaret çəkir, nə olacaq, deyib, keçməsin. Siqaret özüylə narkotiki də gətirir. 

Ekspert onu da əlavə edib ki, bu kimi xoşagəlməz hallar çox vaxt valideyn diqqətsizliyindən dolayı baş verir:

"Valideynlər övladlarının kimlərlə dostluq etdiyinə, hara getdiyinə və yaxud cib xərcliyini hara xərclədiyinə nəzarət etməlidirlər. Bəzən valideynlər övladlarını ərkəsöyün yetişdirir. Onlara çoxlu miqdarda pul verirlər. Təbii ki, bu zaman şagirdlər istədiyini əldə edə bilirlər. Nəticədə bir çox zərərli vərdişlər onlara daha əlçatan olur. O zaman ayılıb görürük ki, artıq şagird narkotik və ya başqa zərərli vərdişlərə qurşanıb. Ona görə də həm məktəb, həm də valideyn qarşılıqlı olaraq hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməlidirlər. Bu kimi istənilməyən məsələlərdə şagirdlər hər zaman diqqət mərkəzində olmalıdırlar. Son vaxtlar görürük ki, şagirdlər evdə və ya məktəbdə dostları ilə danışarkən “Özümü öldürəcəm, səni öldürəcəm” kimi aqressiv danışdıqda, onların hal və hərəkətlərini daha çox nəzarətdə saxlamalıyıq. Əks təqdirdə gec ola bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər - DİQQƏT
Bu gün, 10:51
Azərbaycana təkcə bu ölkə səs verib - BİABIRÇI NƏTİCƏ
Bu gün, 10:34
Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Bu gün, 09:43
Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Bu gün, 09:39
“Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Bu gün, 08:44
Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Bu gün, 08:06
Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Bu gün, 08:00
Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:43
"Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Bu gün, 07:40
Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Bu gün, 07:38
"Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Bu gün, 07:31
Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Bu gün, 07:28
Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 07:24
Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Bu gün, 07:20
“Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Bu gün, 01:14
Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Bu gün, 01:09
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Bu gün, 01:06
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Bu gün, 00:57
Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Bu gün, 00:48
Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Bu gün, 00:45
Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Bu gün, 00:38
“Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Bu gün, 00:27
İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Bu gün, 00:24
Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Bu gün, 00:21
ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Bu gün, 00:17
Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:10
"Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Bu gün, 00:06
"Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Bu gün, 00:02
İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
Dünən, 23:58
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
Dünən, 23:55
Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
Dünən, 23:51
Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
Dünən, 18:03
Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
Dünən, 17:47
Elçin Quliyev generalı işdən çıxardı
Dünən, 17:44
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib - FOTO
Dünən, 17:40
Qubada yaşayış evi sürüşmə təhlükəsi ilə ÜZ-ÜZƏ – Qəzalı ev niyə təmir olunmur?
Dünən, 12:37
Rusiya ilə bundan sonra NƏ OLACAQ?
Dünən, 12:28
Bakı bunu tələb edir – Putin Paşinyana ona görə qəzəbləndi
Dünən, 12:18
“Tərtər işi”nə görə Ali Məhkəməyə müraciət EDİLDİ - DETALLAR
Dünən, 12:10
“Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir” - Ağsaqqal deputat
Dünən, 12:08
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
Dünən, 12:04
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI - TƏFƏRRÜAT
Dünən, 11:33
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:26
Qriqoryan Tehranda Əraqçı ilə görüşüb – Ermənistan-İran xəttində yeni mesajlar
Dünən, 11:24
İstanbulda nəticəsiz görüş və ya “biz ancaq ABŞ-la danışa bilərik”
Dünən, 11:21
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Dünən, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Dünən, 11:03
"O çörək sənə zəhər olsun"
Dünən, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Dünən, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Dünən, 10:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru