
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov vəzifəsindaən ayrılıb.
Trend xəbər verir ki, o bu barədə öz "Facebook" səhifəsində məlumat verib.
R.Məmmədov qeyd edib ki, səhhəti ilə əlaqədar olaraq, aprel ayının 1-dən öz xahişimlə İmişli Rayon İcra Hakimiyyəti başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Ruslan Məmmədov 2023-cü ildə İmişli RİH-in Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və eləcə də, başçının müavini təyin edilmişdi.