Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                     “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” .....                     Bakıda adam bıçaqlayan ictimai fəala .....                     "Rafaellə Coşqun mənə şok yaşatdı" .....                     Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu .....                     9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək .....                     Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb .....                     Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR .....                     İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub .....                     Şərurda vətəndaşın işi TƏRS GEDİR... .....                     Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... .....                     Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi .....                     Paşinyanın “Vatikana yürüşü” .....                     "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." .....                     Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi .....                     Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib .....                     “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək .....                     Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... .....                     Əmək müqaviləsinə xitam verilməsi... .....                     Amerikasayağı Zəngəzur dalanı: .....                     15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? .....                     "Pulu verməkdən imtina edirlər" .....                     “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, .....                     Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək .....                     Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? .....                     Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? .....                     Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” .....                     “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” .....                     Kreml xəsislik edir, yoxsa qabalıq? .....                     Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu .....                     Sülh üçün “dəmir-beton”qarantiya .....                     Fərdi əmək mübahisələri... .....                     KONTAKT HOME yenə də problem yaradır .....                     Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... .....                     Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... .....                     Kremlin MİQRANT TƏZYİQİ .....                 

Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Tarix: 14-05-2025, 10:49 | Çap et
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır
Ermənistanla Rusiya arasında münasibətlərin buz təki sərinləşməsi fonunda baş nazir Nikol Paşinyanın 9 May Qələbə Paradında iştirak üçün Moskvaya yollanması unudulan aktyorun gözlənilməz dönüşünü xatırladır. Paşinyan sakit, amma vaxtında və yerində "gediş" etməyə çalışdı.

Moskvaya səfər Paşinyanın uğursuz cəhdi, ciddi danışıqların və müzakirələrin baş tutmadığı vizit, mənasını itirən jest idi.

Son aylar Ermənistan-Rusiya münasibətləri qırılma nöqtəsinə qədər gərginləşib və məcburi birlik rejimində davam edir. Bir tərəfdən Ermənistan “suveren, çoxşaxəli diplomatiya” kursunu elan edir, digər tərəfdən isə Rusiya enerjisinə, ticarətinə və hərbi mirasına faktiki olaraq bağlı qalır. Bu kontekstdə Paşinyanın Moskvaya səfəri Kremllə təmasları yeni formata salmağa və bərpa etməyəyə yönəlmiş addımdan çox, həm daxili, həm də xarici auditoriyalara ünvanlanmış, dəqiqliklə qurulmuş diplomatik bir oyundur.

Paşinyanın messic ünvanları da bəlli: Ermənistan cəmiyyəti, Moskva və Qərb.

Kreml üçün Qələbə Paradı çoxdan siyasi vitrinə çevrilib. Paşinyanın şəxsən Vladimir Putinlə görüşmədən bu simvolik səhnəyə buraxılması isə sükutun diplomatiyası idi. Kreml sahibi tərəfdən səslənən qısa, amma yüklü cümlə - “Yaxşı yol, əlaqə saxlayarıq!" - bu diplomatik səssizliyin üstündəki yeganə səs idi. Bu nə idi - dialoqa dəvət, yoxsa məsafə siqnalı?

Sual ritorikdir.

Baş verənlər fonunda Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini, Ermənistanla əlaqələrin kuratoru təyin edilmiş Sergey Kirienko amili də önəmlidir.

O, Rusiyanın yeni idarəçilik arxitekturasında təkcə daxili siyasətin müəlliflərindən biri olmaqla yanaşı, həm də Kreml tərəfindən Ermənistan xəttinin yenidən qurulması üçün təyin olunmuş xüsusi nümayəndəyə çevrilib. Məhz onun təyinatından sonra Moskvanın İrəvana münasibətində ritorika dəyişdi: açıq tənqidlər yox oldu, istehzalı bəyanatların səslənməsi dayandırıldı və bütün bunların yerini incə hesablanmış bir diplomatik oyun tutdu.

Bu oyunun əsas fiqurları isə Ermənistanın keçmişindən tanış simalar idi - sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan.

Kreml sanki başa düşdü: Ermənistanda Moskva meylli revanşın qayıdışını gözləmək mənasızdır, Paşinyanın tezliklə devrilməsinə ümid etmək isə təhlükəlidir. Ona görə də “yumşaq güc” əməliyyatı işə salındı - ultimatumlarsız, lakin təsiri saxlamaq, Ermənistandakı Rusiyapərəst media mənbələrini canlandırmaq, "köhnə dostlar"ı siyasi sahəyə qaytarmaq cəhdi ilə. Bu strategiya, səssiz görüşlər, diqqətlə seçilmiş bəyanatlar və kölgədə aparılan sövdələşmələrlə müşayiət olunur.

Fəqət belə yanaşma Ermənistandakı Rusiyapərəst dairələrdə narazılıq yaratdı. Paşinyan onlar üçün sadəcə rəqib yox, demək olar ki, xəyanətkardır. Onların gözündə bu səfər - 2020-ci ildə Qarabağda baş verənlərdən və Qərbə yönəlik kursdan sonra itirilmiş münasibətləri bərpa cəhdidir. Onlar Putinin susqunluğunu narahatlıq siqnalı kimi qiymətləndirirlər: Kreml Paşinyanla danışmağa hazırdır - hətta dişini sıxaraq olsa belə.

Bəs bu vəziyyətdə Kreml nə edir? Yeni təsir formatları axtarır. Parlament diplomatiyası, simvolik jestlər, Valentina Matviyenko və Sergey Lavrov kimi fiqurların İrəvana mümkün səfərləri vasitəsilə. Rəsmi mesaj sadədir: “Hələ də müttəfiqik”. Amma gizli siqnal bundan ibarətdir: “Əlaqələrin strukturuna yenidən baxırıq”.

Paşinyan bu oyunu başa düşür. O, Rusiyanın Ermənistan tarixindəki rolunu əla bilir, amma eyni zamanda Fransa, ABŞ və Aİ ilə əlaqələri inkişaf etdirməyə davam edir. O, körpüləri yandırmır, amma asılılıq zəncirlərini də qəbul etmir. Putinlə tamformatlı görüşdən imtina isə, böyük ehtimalla, qarşılıqlı bir qərar idi. Bu nə demarş idi, nə də təslimiyyət - əksinə, manevr üçün açıq buraxılmış bir qapı.

Bu arada Ermənistanda Rusiyaya qarşı səsləndirilən ittihamlar güclənməkdədir. Parlamentin sədri Alen Simonyan - Paşinyanın yaxın çevrəsinin nümayəndəsi - Rusiyanı “hibrit təxribatların mənbəyi" adlandıraraq, Moskva yönümlü siyasi və media strukturlarına “daxilolmalar” barədə danışır. Bu, artıq emosional reaksiya yox, yeni xarici siyasət doktrinasının tərkib hissəsidir. Burada Rusiya, alternativsiz müttəfiq kimi yox, siyasi güc mərkəzlərindən biri kimi görülür - onunla danışıqlar mümkündür, amma itaət artıq gündəmdə deyil.

Rəsmi İrəvanın sevinclə bəhs etdiyi “xarici siyasətin diversifikasiyası” əslində iki imperiyanın daşları arasında yaşamağa məhkum bir dövlətin sağ qalma instinktindən başqa bir şey deyil. Sözlərlə ifadə olunan “tarazlaşdırılmış kurs” əməldə strateji qeyri-müəyyənlik və həm Moskvadan tərk edilmək, həm də Qərbdən arzulanan dividendləri ala bilməmək qorxusunun doğurduğu ziddiyyətli davranışdır.

Təsadüfi deyil ki, Paşinyanın Moskvaya səfəri ilə eyni vaxtda Ermənistan rəhbərliyi bir tərəfdən Rusiyaya qarşı ritorikasını sərtləşdirir, digər tərəfdən isə daxili auditoriyanı “beynəlxalq əlaqələrin genişləndirilməsinin vacibliyinə” inandırmağa çalışır. Bu, iki cəbhədə oynanan siyasi oyundur və tərəflərdən heç biri hələlik nöqtə qoymağa hazır deyil.

Rusiya mediası belə "ehtiyatlı yaxınlaşma" prosesini sarkazmsız, lakin ölçülü şəkildə qeyd edir. Qəzetin Qərbin Ermənistana göstərdiyi dəstəyin “məhdudluğu”nu İrəvanın Kremlin tərəfinə dönə biləcəyinə dair əsas səbəb kimi göstərməsi də diqqətəlayiqdir. Lakin bu, daha çox illüziyadır, nəinki plan: Ermənistanda çox yaxşı anlayırlar ki, Rusiya ilə əvvəlki formatda münasibətlərə dönüş mümkün deyil - amma Moskvanı da birdəfəlik itirmək lüksü yoxdur.

Bu arada, Matviyenko və Lavrovun planlaşdırılan İrəvan səfərləri diplomatik aktlardan daha çox “kəşfiyyat-təftiş səfəri" səciyyəlidir.

Moskva hələ harada sadiqlik qaldığını, harada isə yeni alternativlərin cücərdiyini müəyyənləşdirməyə çalışır. Kreml öz imicinə zərər versə belə, köhnə təsir şəbəkələrinə yenidən sərmayə yatırmağa hazırdır - yetər ki, Cənubi Qafqazdakı sonuncu dayaq nöqtəsini tamamilə itirməsin.

Paşinyanla Putin arasında görüşün baş tutmaması isə təkcə diplomatik incəlik deyil - bu, əslində səhnələşdirilmiş bir səhnədir. Burada əsas personajlar bir-biri ilə danışmır, amma eyni tamaşada iştirak edirlər. Putin Paşinyanı tamamilə görməzdən gələ bilərdi - amma bunu etmədi, sadəcə protokolvari “Salam, əlaqədə olarıq” dedi. Paşinyan isə səfərdən imtina edə bilərdi - amma getdi, özü də “lal müşahidəçi” kimi.

Bu, diplomatik mizans-səhnədir: səhnə arxasında real danışıqlar aparılır - bəlkə xüsusi nümayəndələr vasitəsilə, bəlkə də üçüncü ölkələrin iştirakı ilə. Hazırda birbaşa görüş çox baha başa gələn simvoldur - nə İrəvan, nə də Moskva onu ödəməyə hazırdır.

Bütün bu proseslərin üzərində isə erməni revanşizminin idbar kölgəsi dolaşır. Ermənistan silahlı birləşmələrinin bölgədən tam çıxarılmasından və separatçı strukturun de-fakto ləğvindən sonra Paşinyan öz xalqının tarixindəki “məğlubedilməzlik mifini” çökdürən liderə çevrildi. Rusiyapərəst dairələrin qəzəbinə tuş gəldi, lakin Qərb də ona konkret təminatlar verməkdə tələsmir. Bu halda ona manevr lazım idi - Moskvaya səfər isə riskli, lakin məcburi bir manevr oldu.

Ermənistan daxilində reaksiya birmənalı deyil. Hakimiyyət təmsilçiləri, məsələn deputat Asmik Akopyan, bu səfəri guya "tarixi ədalətin bərpası" kimi təqdim etməyə çalışırlar - sən demə, ermənilər "İkinci Dünya Müharibəsində babalarının qəhrəmanlığını unutmamalıdır". Ancaq bu saxta tarixi ritorikanın arxasında açıq-aydın bir reallıq görünür: Paşinyana Moskvaya getmək üçün “bəhanə” lazım idi - elə bir bəhanə ki, “yeni xarici siyasət kursu”na zidd görünməsin. 9 May paradı isə bu məqsəd üçün ideal səbəb oldu.

İrəvandakı analitiklər bu səfəri açıq şəkildə “kursun balanslaşdırılması cəhdi” kimi qiymətləndirirlər. Amma ittihamlar və jestlər arasında qurulmuş bu “balans” istənilən sabitlik üçün zəmin ola bilməz. Ermənistan geosiyasi türbülensiya zonasına düşüb və burada hər addım izah, hər səfər isə interpretasiya tələb edir.

Nəticə etibarilə, Paşinyanın Moskvaya səfəri nə barış jesti idi, nə də təslimiyyət siqnalı. Bu, siyasi qeyri-müəyyənliyi tarixi bir günlə pərdələməyə çalışan məcburi diplomatiya aktıdır. Nə İrəvan, nə də Moskva açıq qopmaya hazırdır. Amma hərtərəfli yaxınlaşma da hələ gündəmdə deyil.

Paşinyan Moskvaya getdi - və oradan “əlaqədə olarıq” kimi mücərrəd bir cümlə ilə ayrıldı. Bu “əlaqədə olarıq” cümləsi hazırkı Ermənistan–Rusiya münasibətlərinin bütün mahiyyətini ifadə edir: etimadsızlıq, şəffaf olmayan ünsiyyət, lakin eyni informasiya dalğasında qalmaq zərurəti.

O informasiya dalğasında isə getdikcə daha ucadan Parisin, Vaşinqtonun və Brüsselin səsləri eşidilir. Və bu çoxsəslilik içində Kremlin qarşısında bir sual dayanır: Ermənistanı eşitmək istərmi, yoxsa onunla hələ də yalnız Köçəryan və keçmiş vasitəsilə danışmaqda israrlımı olacaq?

Ümumiyyətlə, bu gün Ermənistanın xarici siyasəti strateji xətt deyil, taktiki improvizasiyadır. Paşinyanın hakimiyyət vertikali nə prioritetlərin seçilməsində, nə də alyansların formalaşdırılmasında aydın mövqe nümayiş etdirir. O, Rusiya ilə qarşıdurma və Qərbdən narazılıq arasında manevr edərək, "əbədi dilənçi" rolunda qalır: Moskvadan – təhlükəsizlik, Avropadan – investisiya, ABŞ-dan isə – diplomatik himayə istəyir.

Lakin üç lövhə üzərində oynanan bu oyun davamlı nəticə vermir. Qərb Ermənistana Rusiyaya və İrana qarşı təzyiq aləti kimi baxır, əvəzində real təminatlar təqdim etmir. Rusiya isə Ermənistana hələlik idarəolunan, lakin qeyri-sabit qonşu kimi yanaşır. Türkiyə və Azərbaycan isə onu zəiflədilmiş, daxildən parçalanmış və sərt milli özünüidentifikasiya qabiliyyətindən məhrum bir ölkə kimi qiymətləndirir. Bu düzəndə İrəvan artıq oyunçu yox, daha güclü aktorların strategiyalarının obyektinə çevrilir.

"Xarici siyasətin diversifikasiyası" kimi səslənən rəsmi formula diqqətçəkici təsir bağışlasa da, əslində bu, konkret arxitekturası olmayan, deklarativ bir iddiadır. Ermənistanda bu günə qədər nə alternativ ittifaqlar sistemi qurulub, nə müdafiə müstəqilliyi formalaşdırılıb, nə də uzunmüddətli iqtisadi dayanıqlıq təmin olunub. Strateji investisiyaların yoxluğu və xarici ticarətdən asılılıq şəraitində İrəvanın edə biləcəyi yeganə şey simvolik addımlardır.

Bu simvollara Moskvaya səfərlər də daxildir, Qərblə təmaslar da, Aİ-nin Azərbaycanla sərhəddə yerləşdirdiyi missiyada iştirak da. Hər bir belə addımın arxasında strateji baxış deyil, zaman qazanmaq, gərginliyi təxirə salmaq və suverenlik təəssüratını qoruyub saxlamaq cəhdi dayanır.

Moskva tərəfi Paşinyanın hərəkətlərindən doğan açıq narazılığa baxmayaraq, praqmatik yanaşmanı qoruyur. Kremlin artıq illüziyaları yoxdur: o başa düşür ki, açıq təzyiq və qarşıdurma Ermənistanın Qərbə doğru son keçidini yalnız sürətləndirə bilər. Buna görə də təsir dairəsini bərpa etmək üçün hibrid metodlara üstünlük verilir – media təsiri, "yumşaq güc", köhnə elitaların dəstəklənməsi və institusional nəzarətin gücləndirilməsi. Bu isə həm parlament mexanizmləri, həm də dolayı təzyiq kanalları vasitəsilə baş verir.

Vacib məqam isə budur ki, Moskva Ermənistanı "qaytarmaq" istəyində deyil. Məqsəd – ittifaq yox, nəzarətdir. Hətta dövlətin özündən çox, onun daxilindəki siyasi balans üzərində nəzarət. Kremlə yetərlidir ki, İrəvan təhlükəsizlik, geosiyasi qərarlar və simvolik jestlər baxımından "icazə verilən çərçivəni" aşmasın.

Moskvada keçirilmiş paradda Paşinyanın iştirakı Ermənistan-Rusiya münasibətlərində qeyri-müəyyənliyin nümayişi üçün vitrinə çevrildi. Formal olaraq – ortaq tarixə hörmət jesti. Əslində isə – dialoqun minimum səviyyədə də olsa mümkünsüz olmadığını göstərən səssiz siqnal. Bu yeni diplomatik format – bəyanatsız, protokolsuz, birgə mətbuat konfransları olmadan – artıq Ermənistan-Rusiya münasibətlərində yeni norma kimi formalaşır.

Amma bu "yeni norma" strateji tərəfdaşlığın deqradasiyasını da göstərir. Müttəfiqin simvolik tədbirlərdə epizodik iştirakçıya çevrilməsi – etimad böhranının göstəricisidir. Rusiya bir zamanlar Ermənistana regionda dayaq nöqtəsi kimi baxırdısa, indi onu zəif, qeyri-sabit və hələlik nəzarət altında saxlanılan bir postsovet ölkəsi kimi görür.

Əslində Ermənistan bu gün geosiyasi qarşıdurma öncəsi məkanda – maraqların toqquşduğu, amma qərarların doğulmadığı məkanda mövqe tutur. Bu məkanda artıq dövlətin iradəsi deyil, xarici təzyiqlərin gücü həlledici faktora çevrilir. Gerçək suverenlikdən imtina edib ideoloji bəyanatlarla əvəzləyən bir ölkə nə Qərb strukturlarına inteqrasiya edə, nə də Şərqlə etibarlı əlaqələrini qoruya bilir.

Əgər İrəvan "diversifikasiya" anlayışından siyasi qeyri-müəyyənliyin eyhamı kimi istifadə etməyə davam etsə, yalnız Moskvanın etimadını itirməyəcək, eyni zamanda Brüsseli də məyus edəcək və sonda strateji vakuma düşəcək – nə müttəfiqi olacaq, nə təminatı, nə də istiqaməti.

O zaman isə istər Moskva, istər Paris, istərsə də Vaşinqton səfərləri – sadəcə uduzmuş diplomatiyanın protokol jestlərinə çevriləcək.

Elçin Alıoğlu - Trend










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Bu gün, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Bu gün, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51
Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48
"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” – Erməni səfir
Bu gün, 09:07
“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
"Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08
Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04
Rusların bu hücumu etməyə gücü yoxdur - General
Bu gün, 07:02
Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? - Görünəni odur ki...
Bu gün, 07:00
Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır
Bu gün, 06:59
Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... - GƏLİŞMƏ
Bu gün, 06:57
Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Bu gün, 06:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru