
“Gənc Qazilər” İctimai Birliyinin (İB) həbsdə olan sədri Hacı Vəliyev bildirib ki, göz institutunda müalicə və müayinəsinə ehtiyacı var. Bu barədə Birliyin yaydığı açıqlamada qeyd edilir.
"DİA-AZ" xəbər verir ki, dünən, mayın 12-də Hacı Vəliyev ailə üzvlərinə deyib ki, gözünün yeri irinləməyə başlayıb.
Qarabağ Qazisi bildirib ki, saxlandığı yerdə gözünü dezinfeksiya etmək üçün yetərli tibbi yardıma şərait yoxdur.