Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                 

İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Tarix: Bu gün, 10:32 | Çap et
İrəvanda siyasi intriqa qızışır
“Robert Köçəryan və Serj Sərkisyan, eləcə də Artur Vanetsyan (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru - red.) və digər bənzər şəxslər qarşıdan gələn seçkilərdə bizə kömək edəcək”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib. Simonyana görə, adı çəkilənlər efirə çıxan kimi hakimiyyətin reytinqi yüksələcək. “Vazgen Manukyan (Ermənistanın keçmiş baş naziri - red.) və arxiyepiskop Baqrat Qalstanyan da onlara qoşulsa, hakimiyyətin reytinqi daha 5 pillə yüksələcək. Əgər onlar birlikdə nəsə etməyə başlasalar, o zaman biz, ümumiyyətlə, evdən belə çıxmaya bilərik”, - spiker ironik şəkildə vurğulayıb.

Parlament sədri habelə hakim “Mülki müqavilə” partiyasının xalqla ünsiyyətdə olacağına və 50%+1 səs toplayacağına və böyük ehtimalla vahid hökumət quracağına, islahatları davam etdirəcəyinə əminliyini ifadə edib. Eyni zamanda o, heç bir qüvvə ilə koalisiya qurulmayacağına da əminlik ifadə edib.

Spikerin sözlərinə görə, Ermənistanın ikinci prezidenti Köçəryanın mitinqi əvvəlki parlament seçkilərində hakimiyyətin qələbəsinin açarı olub. O əlavə edib ki, Robert Köçəryan Ermənistanı Rusiya və Belarus İttifaq Dövlətinə birləşdirmək niyyətində idi.

Parlament sədri nə dərəcədə haqlıdır? Doğrudanmı radikal-revanşist (rusiyapərəst) müxalifətin cəmiyyət içində fəallığı hakim partiyanın xeyrinə işləyir və seçkilər zamanı da işləyəcək? Simonyanın qələbə ilə bağlı əminliyinə əsas varmı? Bəs Rusiya faktoru?

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan toplumunun böyük əksəriyyəti ölkəsinin Rusiyanın caynağından qopmasını istəyir: “Bu səbəbdən həmin toplum bugünkü Paşinyan hakimiyyətini dəstəkləyir. Erməni toplumunun içərisində Paşinyanı dəstəkləyənlər yaxşı anlayırlar ki, onların yaşadıqları ölkədə normal dövlət deyil, Rusiyanın forpostu kimi bir "dövlətcik" fəaliyyət göstərir. Təbii ki, bunu anlayanlar Paşinyan başda olmaqla, normal, Qərbə bağlı bir dövlət formalaşdırmaq istəyirlər. Erməni toplumunun böyük əksəriyyətinin Paşinyan sevgisinin kökündə onun köçəryan və sərkisyanlardan fərqli olaraq, talançı, rüşvətxor və korrupsioner olmaması dayanır".

F.Yusifov əlavə etdi ki, bu toplum on illər ərzində Köçəryan və Sərkisyan kimilərin Ermənistanı hamının gözləri qarşısında necə taladıqlarının şahidi olub: “Ona görə də hətta 44 günlük biabırçı məğlubiyyətdən sonra keçirilən seçkilərdə də Paşinyana səs verdilər. Bu seçki bir daha onu göstərdi ki, ermənilərin böyük əksəriyyəti (mənim fikrimcə, ən azından 70%-ə qədəri) köçəryanlara və sərkisyanlara nifrət edirlər. Lakin siyasi əxlaqdan uzaq olan Rusiya kimi bir dövlətin Cənubi Qafqaz siyasətindən əl çəkəcəyini və bu bölgədə Azərbaycan torpaqlarında yaratdığı Ermənistan adlı forpostunun müstəqil dövlətə çevrilməsinə asanlıqla göz yumacağını gözləmək sadəlövlük olardı. Rusiya Ermənistanı əvvəlki axarına gətirmək üçün sona qədər savaşacaq".

Onun fikrincə, Rusiya birinci imkanda Ermənistanda hakimiyyətə özünə yaxın olan bir qüvvələri gətirmək istəyəcək: “Bu qüvvələrin başında Köçəryan və ya Sərkisyan kimi canilərin olması əsas şərt deyil. Rusiya üçün əsas şərt Ermənistandakı "beşinci kolon"un sadiq köpəklərindən kimlərsə hakimiyyətə gətirmək olacaq. Lazım gələrsə, Rusiya bunun üçün Ermənistanda vətəndaş qarşıdurması yaradacaq. Biz bu vəziyyəti dəyərləndirməli və ona indidən hazır olmalıyıq. Əgər Ermənistanda Rusiyaya bağlı güclər hakimiyyətə gələrlərsə, onların birinci işi Qarabağ torpaqlarımızdan rədd olub getmiş erməniləri geriyə qaytarmaq cəhdi olacaq. Bu məsələdə Rusiya Ermənistanın yanında dayanacaq və həmin qayıdışın təmin edilməsi üçün ona hər cür dəstək verəcək, Qarabağa qayıdacaq ermənilərin “təhlükəsizliyini və hüquqlarını” müdafiə etmək adı altında orada konsulluğunu açmaq istəyəcək".

F.Yusifov hesab edir ki, Ordumuzun daimi güclü olmasını təmin etməliyik, yaxın illər ərzində Qarabağa qayıdışı sürətləndirməliyik. Sabiq nazir təklif edir ki, kənd həyatı yaşamaq istəyənlərə 15-20 sot torpaq vermək lazımdır: “O torpaqlarda yüz minlərlə azərbaycanlının yaşadığını bilən heç bir erməni geri qayıtmaq istəməyəcək. Qayıtmaq istəyənlərə isə yol açıqdır - əgər 30 illik işğal dövründə azərbaycanlılara qarşı törədilmiş hər hansı bir təxribatlarda iştirak etməmiş erməni varsa, buyurub gəlsin. İstənilən cəmiyyətdə çəkməçi, dərzi, bənna və s. kimi sənətkarlara tələbat var”.

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə hesab edir ki, Simoyan birmənalı şəkildə haqlıdır: “Xalq Köçəryan və Sərkisyan cütlüyündən 30 il ərzində çox ciddi narazı qalıb. Korrupsiya çirkabına bulaşmış bu cütlük Ermənistanda cinayətkar rejim qurmaqla yanaşı, dövlət büdcəsindən milyardlar oğurlayıblar. Hər ikisi xunta rəhbəri olub. Qarabağ döyüşlərinin əsas iştirakçıları olub və Qarabağ müharibəsinə görə və hər ikisi səhra komandiri olduqları səbəbindən prezident vəzifəsinə qədər qalxa biliblər. Təbii ki, həm də Rusiyanın dəstəyi səbəbindən. Köçəryan hakimiyyətə gələn kimi Rusiyanın planı ilə spiker Dəmirçiyan və bır sıra vəzifəli şəxslər qətlə yetirildi. Sərkisyanın prezident seçilməsinə etiraz edən, dinc mitinqə çıxan onlarla şəxsi azadlıq meydanına qətlə yetirdilər. Bu və digər səbəblərə görə Köçəryan və Sərkisyan cütlüyü xalqdan səs qazana bilmir”.

Onun fikrincə, müharibədə uduzan Paşinyan növbədənkənar parlament seçkiləri keçirdi: “Halbuki Köçəryan və Sərkisiyan cütlüyü də seçkiyə qatılmışdı. Növbəti seçkilərdə Paşinyan hakimiyyətinin daha çox səs qazanacağı proqnozlaşdırılır. Digər tərəfdən, bu gün Rusiyaya daha çox Paşinyanın hakimiyyətdə qalması sərf edir. Təsəvvür edin ki, Paşinyan hakimiyyətə gələndən sonra Rusiya-Ermənistan ticari əlaqələrinin həcmi 12 dəfə artıb. Hakimiyyətdə rusiyapərəst Köçəryan olsa idi, Qərb və ya ABŞ buna göz yumardı? Əlbəttə ki, yox. Çünki Paşinyanı hakimiyyətə Qərb gətirib. Putin bunları dəqiqliyi ilə hesablayır. Özünə sərf edən Paşinyanı öz məqsədləri üçün hələ ki istifadə edir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru