
Hazırda həbsdə olan “Gənc Qazilər” İB-nin sədri Qazi Hacı Vəliyev həkim müayinəsi üçün 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına aparılıb.
Bu barədə məlumatı Gununsesi.info-ya ailə üzvləri bildirib.
Hacı Vəliyev ailə üzvlərinə bildirib ki, havaya çıxa bilmir, gözləri ağrıyır. “Saxlanılma şəraitində müalicə və müayinəsini həyata keçirmək üçün həkim ayrılmayıb. Onun reabilitasiya mərkəzində müalicəyə ehtiyacı var” deyə yaxınları əlavə edib.
Qeyd edək ki, Hacı Vəliyev xuliqanlıq ittihamı ilə həbs edilsə də o, bu ittihamı qəbul etmir.
Həbsini sosial mediada tənqidi çıxışları ilə əlaqələndirib.