"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                 

Deyirlər ki, Yasin Hüseynzadə barəsində hökm icra olunacaq, amma nə vaxt? - MOLLA REJİMİ BURCUDUR...
Tarix: 8-05-2025, 08:49 | Çap et
Deyirlər ki, Yasin Hüseynzadə barəsində hökm icra olunacaq, amma nə vaxt?
“İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir”. “Yeni Müsavat” qeyd edir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə mayın 6-da Bakıda jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycanın səfirliyinə hücum acı bir hadisə idi. Bu hadisədən sonra həm polis, həm də məhkəmə hakimiyyəti tərəfindən çox geniş istintaq aparıldı. Baxmayaraq ki, bu acı hadisə idi, amma hər iki xalqın təmaslarını daha da yaxınlaşdırdı. Hər iki tərəf münasibətləri yenidən canlandırmaq üçün təşəbbüslər irəli sürdü. İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir və Azərbaycanın İrandakı səfirliyi buununla maraqlanır. Əminəm ki, ədalət qələbəsini çalacaq və hökm icra olunacaq”, - Səid Xətibzadə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin barəsindəki hökmün icra olunmamasına münasibət bildirərkən deyib.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, nazir müavini Səid Xətibzadə ilə görüşüb. Görüş zamanı Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlıq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Mərəndin Yuxarı Yekan kəndində anadan olan Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı “SEPAH” sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə “SEPAH” qərargahında yük maşını sürücüsü işləyib və oradan təqaüdə yollanıb.

Yasin 1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. O, indi də həmin “Bəsic” bazası ilə əlaqəsini davam etdirir. Hətta onun Təbrizdə “Bəsic” və “SEPAH” qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən antihökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.

Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünə hadisə zamanı həyatını itirmiş Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirmişdi ki, ailə onun edam olunmasını tələb edir.

Bəs icra niyə bu qədər gecikir? Axı hadisə 2023-cü il yanvarın 27-də olub. Amma nə hikmətdirsə, hələ də edam hökmü icra olunmur. Əslində bu da yetərli deyil. Çünki İran istintaq orqanları terroru sifariş verənləri də üzə çıxarmalıydı. Lakin bunu etmədilər.

Hazırda isə Azərbaycan-İran əlaqələri axarına düşməkdədir. Xüsusən prezident Pezeşkianın səfəri münasibətlərə pozitiv rəng qatıb. Belə bir mərhələdə edam hökmünün icrası həyata keçirilməlidir ki, Bakı narazı qalmasın.

Hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan səfirliyinə silahlı hücum edərək səfirliyin əməkdaşı Orxan Əsgərovun qətlində təqsirli bilinən şəxsin haqqında çıxarılan edam cəzasının indiyədək icra olunmamasının səbəblərini bürokratik hüquqi prosedur məsələlərinin həll olunmamasında yox, siyasi motivlərdə axtarmaq lazımdır: “Əlbəttə, hər bir ölkədə məhkəmənin çıxardığı ölüm cəzasının icrası müəyyən hüquqi prosedurları keçdikdən sonra yerinə yetirilir. İranda və bəzi digər müsəlman dövlətlərində isə həm də zərərçəkmiş şəxsin özünün və ya ailəsinin rəsmi razılığı tələb olunur. Hələ bu ilin yanvarında İran rəsmiləri formal hüquqi prosedurların hamısının keçildiyini və məhkəmə hökmünün tezliklə icra olunacağını elan etmişdilər. Mərhum Orxanın atası da edam cəzasının icra olunmasını tələb edərək bu prosesdə iştirak etmək üçün İrandakı vəkillərinə etibarnamə verdiklərini bildirmişdi. Yəni məhkəmənin çıxardığı edam cəzasının icra olunması üçün heç bir rəsmi formal maneə qalmayıb”.

Q.Əlibəyli ona görə də hesab edir ki, edam cəzasının icra olunmaması daha çox İranın rəsmi hakimiyyət dairələrinin, ümumiyyətlə, Azərbaycan dövlətinə, konkret isə törədilmiş terror aktına siyasi münasibətidir: “Rəsmi İran hakimiyyəti hələ də müstəqil Azərbaycan dövlətinin varlığı, onun bölgədə nüfuzunun artması və yeritdiyi siyasətlə barışa bilmir və fürsət düşdükcə özlərinin guya üstün olduqlarını nümayiş etdirməyə, yekəxanalıqla Azərbaycanı bir dövlət kimi aşağılamağa, ölkəmizin hakimiyyətinə və dövlət başçısına münasibətdə təhqiramiz hərəkətlər etməyə və ifadələr işlətməyə çalışırlar. Hətta bəziləri özlərini fars şovinizminin simvolu olan "şirin quyruğu" hesab edərək Azərbaycana qarşı ərazi iddialarını da vaxtaşırı dilə gətirirlər. Son vaxtlar bu münasibətin dəyişdirilməsi istiqamətində İran hakimiyyəti tərəfindən müəyyən cəhdlər müşahidə olunur. Xüsusən də İranın yeni prezidentinin belə cəhdləri müəyyən pozitiv gözləntilər yaratsa da, problemin köklü həlli üçün yetərli deyil".

Q.Əlibəylinin fikrincə, məhz İran hakimiyyətinin Azərbaycan dövlətinə belə saymazyana münasibəti səfirliyimizə qarşı törədilən terror aktının mahiyyətinin süni şəkildə dəyişdirilərək adi məişət davası səviyyəsinə endirilməsi üçün bu dövlətin rəsmilərinin müxtəlif gülünc səbəblər göstərməsinə gətirib çıxarıb: “Terror hücumundan dərhal sonra qatilin rəsmi informasiya vasitələrində az qala qəhrəman kimi qələmə verilməsi, sonra bunun adi məişət davası olması haqqında rəsmi versiya irəli sürülməsi, daha sonra terrorçunun guya psixi xəstə olduğu üçün müalicə müəssisəsində gizlədilməsi, indi isə çıxarılmış məhkəmə hökmünün icrasının müxtəlif bəhanələrlə yubadılması dediklərimizi təsdiq edir.

Bütün formal prosedurlar keçildikdən sonra da məhkəmə hökmünün icrasının süni şəkildə yubadılması İran hakimiyyətinin müəyyən dairələri tərəfindən bu məsələyə həm də Azərbaycanla bazarlıq predmeti kimi baxıldığını söyləmək üçün əsasdır. Belə ki, edam cəzasının icrası İrana casusluq etdiyinə, İranın müəyyən dairələrinin tapşırığı ilə terror aktları törətdiyinə və törədilməsinə hazırlığa görə ölkəmizdə məhkum olunmuş şəxslərin azad edilməsi məsələsi ilə əlaqələndirilə bilər. Xırda alverçi təfəkküründə olan hakimiyyət mənsublarından bundan artıq heç nə gözləmək olmaz".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Dünən, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Dünən, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Dünən, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru