
“A Heavy Engineering” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.
"DİA-AZ"ın Valyuta.az-a istinadən məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə iddiası irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 493-cü maddasinə görə, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Məhkəmənin qərarı ilə “A Heavy Engineering” MMC barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub.