
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə keçiriləcək mümkün görüşdən nəticə gözləyir.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu V.Zelenski mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əsas nəticə müharibənin başa çatması və buna doğru ilk addım atəşkəsin əldə olunmasıdır.