Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                     Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi .....                     Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır .....                     Daha bir qadın yüksək vəzifəyə təyin olundu .....                     9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                     Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat .....                     150 min insanı salamlayan yeni Papa çağırış etdi .....                     Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər .....                     Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                     Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi .....                     Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə .....                     “27 ildə ilk dəfədir mükafat alıram” .....                     Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur .....                     Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü” .....                     “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? .....                     "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının .....                     “O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” .....                     Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI .....                     Vaşinqton-Moskva münasibətlərində gərginlik: .....                     Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır .....                     AYNA indi də marketlərin qabağında BƏND alıb... .....                     Paşinyan Moskvaya gedib .....                     Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? .....                     Bakıda sevgilisini daşla vurub öldürən oğlanın .....                     “Malibo” MTK vətəndaşı belə incidir... .....                     Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək .....                     Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü .....                     Balakəndə kanat yolunun tikintisinə .....                     Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək .....                     Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək .....                     Şuşada yaşayış binaları ilə bağlı .....                     Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq .....                 

Paşinyana qarşı impiçment hazırlığı - ŞƏRH
Tarix: 7-05-2025, 09:21 | Çap et
Paşinyana qarşı impiçment hazırlığı
Ermənistan müxalifəti bu dəfə də baş nazir Nikol Paşinyana impiçment tətbiq etməyə hazırlaşır. Müxalifətçi deputat, Respublikaçılar Partiyasının üzvü Hayk Mamicanyan NEWS.am-ın müxbirinə müsahibəsində belə deyib. “Biz həmişə, o cümlədən bütün küçə hərəkatları zamanı demişik ki, impiçment Paşinyanı devirmək üçün ən yaxşı vasitədir”, - Mamicanyan söyləyib. Onun dediyindən belə çıxıb ki, müxalifət Paşinyanın könüllü istefasını gözləmir və küçə mübarizəsi ilə postundan gedəcəyini də qeyri-mümkün hesab edir. Siyasətçi “Mənim şərəfim var” blokunun fraksiyasının hökumət başçısı postuna namizədinin olmadığını, lakin heç bir siyasi ambisiya olmadan bu məsələ ilə bağlı müzakirələrə başlamağa hazır olduğunu bildirib.

“Əvvəllər siyasi qüvvələr küçə hərəkatı vasitəsilə impiçmentə nail olmaq üçün situasiya yaratmağa çalışırdılar, indi impiçmentdən başlayaraq əksini etməyə cəhd edilir. Başa düşdüyümə görə, təşəbbüskarlar 36-dan çox imza toplamaq təklif edirlər ki, hakim "Mülki Müqavilə" partiyasından olan deputatlara təzyiq göstərmək məqsədilə küçə hərəkatını aktivləşdirməyə vaxt olsun, onlar təşəbbüsə qoşulsunlar", - deputat bildirib.

“Ermənistan əhalisinin təxminən 80%-i indiki hakimiyyətin siyasətini dəstəkləmir. Hesab edirəm ki, 2026-cı ildə "Mülki müqavilə"nin öz hakimiyyətini davam etdirməsi ehtimalı praktiki olaraq qeyri-realdır". Bu isə “Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyana aid sözlərdir. Onun dediyinə görə, seçkilər zamanı hakimiyyətin istifadə edəcəyi hiylələrə, qanun pozuntularına baxmayaraq, onların əksəriyyətin səsini qazanması mümkün olmayacaq. Sitat: “Hakimiyyətin demək olar ki, hər gün müstəqil və şəffaf seçkilər keçirdiyini bəyan etmələrinə baxmayaraq, reallıq tamamilə bunun əksidir”.

Bu arada, Ermənistanın sabiq prezidenti Robert Köçəryan müxtəlif siyasi qüvvələrə birləşməyi təklif edib. Keçmiş dövlət başçısının birlik mesajı çox güman ki, mümkün növbədənkənar seçkilərə hesablanıb. Erməni ekspertlər o fikirdədir ki, Köçəryan Moskvanın əmrlərini icra edir və Paşinyana seçkilərdə hər cür əngəl yaratmaq missiyası ona tapşırılıb. Çünki o, həm də Putinin Ermənistan coğrafiyasında ən yaxın adamıdır.

“Bizim məqsədimiz Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaqdır”. Bunu sabiq prezident, Respublika Partiyasının sədri Serj Sərkisyan hazırkı iqtidar barədə danışarkən deyib. Sərkisyan da o fikirdədir ki, əhalinin 80%-i Paşinyanı satqın hesab edir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə Köçəryanı “rus casusu statusuna malik şəxs” adlandırıb. Spiker həmçinin bəyan edib ki, bu həftə Ermənistanda parlament seçkiləri keçirilərsə, hakim “Mülki Müqavilə” partiyası səslərin 50%-dən çoxunu qazanacaq. “Bugünkü sorğular hakim partiyanın birinci yerdə olduğunu və əhalinin ən böyük dəstəyini qazandığını göstərir. Əminəm ki, seçkilər bu cümə günü keçirilsə, Mülki Müqavilə 50%+ qazanaraq qalib gələcək", - Simonyan vurğulayıb.

Beləliklə, seçkilər yaxınlaşdıqca siyasi ehtiraslar alovlanır, ölkədə bir böhran yaşandığı, tərəflərin biri-birini ittiham etdiyi müşahidə olunur.

Bəs hökumətdə seçkini qazanmaq əminliyi haradandır? Ümumiyyətlə, Paşinyanı devirmək mümkün olacaqmı? Qeyd edək ki, parlament seçkiləri gələn il keçiriləcək.

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanda hələ Köçəryan və Sərkisyan iqtidarları dövründən Birləşmiş Ştatların "Soros" Fondu kök salmışdı. Onun fikrincə, bu ölkədə "Soros"dan başqa bir sıra Qərb və ABŞ fondları da fəaliyyət göstərirdi: “Onlar əsasən Mərkəzi Kəşfiyyat İdarəsinin və Dövlət Departamentinin nəzarətində olan fondlar idi. Ondan sonra həmin qüvvələr Nikol Paşinyanı iqtidara gətirdilər. Buna qədər isə Nikol Paşinyan sadə jurnalist idi və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuşdu. Amma onun bacarığı və sədaqəti yoxlanıldı, nəticədə düyməyə basıldı, bu şəxsin hakimiyyətə gəlməsinə kömək edildi. İndi isə Ermənistanda bütün strukturlar "soros"çuların nəzarətindədir. Bu baxımdan hazırkı iqtidar əminliklə danışır ki, seçkilər keçirilərsə, qalib gələcəklər”.

Ekspert hesab edir ki, əvvəla, Ermənistan demokratik dövlət deyil və orada hakimiyyət xalqın iradəsi ilə formalaşmır: “İrəvanda seçkini "soros"çular keçirir və onlar müəyyənləşdirir. Ona görə parlamentin sədri belə arxayınlaşıb danışır ki, müxalifətin gücü yoxdur və iqtidar seçkini udacaq. Amma spikerin fikirlərində həqiqət payı var - "soros"çular seçkilər zamanı onlara dəstək verəcək və bu qüvvələr hakimiyyətdə saxlanacaq”.

A.Məsiyevin fikrincə, ümumilikdə Ermənistanda siyasi savaş gedir: “Hazırda rusiyayönümlü lobbi ilə qərbpərəst erməni lobbisinin rəqabəti güclənib. Sadəcə, ermənilərin strateji planlaşdırma mərkəzləri hazırkı qlobal hadisələrin nəticələrindən asılı olaraq, Ermənistanı iki qütbdən birinin nəzarətinə verəcək. Yəni Ukrayna müharibəsində Rusiya birmənalı şəkildə qalib gələrsə, bu proseslər Ermənistanda da öz təsirini göstərəcək. Yox, əks təqdirdə, "soros"çular bu regionda qalacaqlar. Ona görə də həmin vaxta qədər Birləşmiş Ştatlar Paşinyanı yenə hakimiyyətdə saxlamağa çalışacaq ki, ondan Cənubi Qafqazda istifadə etsin”.

Politoloq Qabil Hüseynli hesab edir ki, ermənilər digər partiyalarla müqayisədə Paşinyanın partiyasını dəstəkləyirlər. Analitik Ayna.az-a bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra “Mülki Müqavilə”nin reytinqində geriləmə olub: “Amma nə qədər reytinq düşsə də, yenə də ermənilərin əksəriyyəti Paşinyanın hakimiyyətini dəstəkləyirlər. Əslində bu, məcburiyyətdən dəstəkləmə sayıla bilər. Çünki Paşinyanın alternativlərinə, hazırkı ən qatı müxalifət olan "Qarabağ klanı" adlandırılan qüvvələrə ermənilər daha çox nifrət edirlər. “Qarabağ klanı” deyilən müxaliflərin başında keçmiş prezidentlər, Xocalı cəlladı olan Robert Köçəryan və Serj Sərkisyan dayanır. Bu canilər ermənilərin özlərinə də hakimiyyətdə olduqları illərdə əzablar veriblər. Talançılıq, özbaşınalıq Köçəryan və Sərkisyan cütlüyünün hakimiyyəti zamanı tüğyan edirdi. Hesab edirəm ki, erməni xalqının 50 faizdən çoxunun Paşinyanı dəstəklədiyi fikri yanlışdır. Simonyan bu iddiasında yalan danışır. Beynəlxalq sorğular da, yerli sorğular da göstərir ki, Paşinyana ermənilərin təxminən 25-30 faizi dəstək verir. Amma Köçəryana, Sərkisyana dəstək verənlərin faizi 10-un altındadır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Dünən, 17:36
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:35
Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Dünən, 17:32
Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Dünən, 17:06
AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Dünən, 17:02
Paşinyan Moskvaya gedib - "Sputnik Armenia"
Dünən, 16:54
Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
Dünən, 16:52
Bakıda sevgilisini daşla vurub öldürən oğlanın MƏHKƏMƏDƏN VİDEOSU
Dünən, 16:45
“Malibo” MTK vətəndaşı belə incidir... - NARAZILIQ VAR...
Dünən, 16:40
Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək - Ermənistan mətbuatı
Dünən, 16:37
Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT - Düşmən olduqlarını İNDİMİ BİLİRLƏR?
Dünən, 16:35
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü – 7 uşaq isə...
Dünən, 16:34
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Dünən, 16:32
Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM
Dünən, 16:31
Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Dünən, 16:30
Şuşada yaşayış binaları ilə bağlı 17 milyon manatlıq LAYİHƏ
Dünən, 16:21
Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq – Ekspert
Dünən, 16:01
Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... - BU NƏDİ BELƏ?..
Dünən, 15:59
Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Dünən, 15:52
Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib - FOTO
Dünən, 15:49
`Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47
Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi ratifikasiya edib
Dünən, 15:37
Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olundu - ƏMR
Dünən, 15:34
“AFB Bank”da yüksək posta TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 15:30
Hindistan Azərbaycandan idxala qadağa qoyub, bu, çox yanlış qərardır - Pakistan səfiri
Dünən, 15:25
“Sülh müqaviləsi ilə bağlı irəliləyiş yoxdur” – Armen Qriqoryan
Dünən, 15:23
Ermənilər pakistanlıların deportasiyasını tələb edir - KİV
Dünən, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru