![“Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb “Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739598490_0001.jpg)
“Unibank” ASC-nin 2024-cü ildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 40 milyon 821 min manat təşkil edib.
Valyuta.az bu barədə bankın hesabatına istinadən xəbər verib.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 41% və ya 28 milyon 396 min manat azdır.
2023-cü ildə “Unibank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 69 milyon 217 min manat təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə “Unibank”ın aktivlərinin həcmi 1 milyard 759 milyon 725 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 10,6% və ya 169 milyon 66 min manat çoxdur.
“Unibank” Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq “MBank” adı altında təsis edilmiş ən iri özəl banklarından biridir. “MBank” ilə Azərbaycanın aparıcı banklarından biri olan “PROMTEXBANK”ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də “Unibank”a dəyişdirilib.
Bankın nizamnamə kapitalının həcmi 138 milyon 200 min manatdır.