Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb

“Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb


15-02-2025, 09:47
“Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb
“Unibank” ASC-nin 2024-cü ildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 40 milyon 821 min manat təşkil edib.

Valyuta.az bu barədə bankın hesabatına istinadən xəbər verib.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 41% və ya 28 milyon 396 min manat azdır.

2023-cü ildə “Unibank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 69 milyon 217 min manat təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə “Unibank”ın aktivlərinin həcmi 1 milyard 759 milyon 725 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 10,6% və ya 169 milyon 66 min manat çoxdur.

“Unibank” Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq “MBank” adı altında təsis edilmiş ən iri özəl banklarından biridir. “MBank” ilə Azərbaycanın aparıcı banklarından biri olan “PROMTEXBANK”ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də “Unibank”a dəyişdirilib.

Bankın nizamnamə kapitalının həcmi 138 milyon 200 min manatdır.

Geri qayıt