Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
“Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir”.
“Yeni Müsavat” xatırladır ki, bunu Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edərkən deyib. Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdən aldığını və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladan Prezident “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”, - deyə diqqətə çatdırıb.
Söhbət şübhəsiz ki, Ermənistanın 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikdən gedir. Burada bir incə məqam da var: hətta Ermənistan qlobal mahiyyət daşıyan Zəngəzur dəhlizinə xarici təsir dairələrinin tələbi ilə razılaşmasa belə, Azərbaycanın bir hissəsi olan Naxçıvana Qərbi Azərbaycan ərazisindən maneəsiz keçid verməyə BORCLUDUR! Mühüm məsələ odur ki, həmin torpaqlar tarixi Azərbaycan ərazisidir və prezidentin qeyd etdiyi kimi, Qərbi Azərbaycanı cəmi 100 il öncə sovet hakimiyyəti cinayət yolu ilə Ermənistana verib. Buna rəğmən bu gün Ermənistana torpaq iddiamız yoxdur, ancaq maneəsiz keçid almaq haqqımız var. Ermənistan bunu könüllü etməsə, buna onu necə məcbur edə bilərik? Yollar hansılardır?
Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Felmar Ələkbərli “Yeni Müsavat”a bildirdi ki, Prezident Zəngəzur dəhlizi ilə bağlı Ermənistana kifayət qədər aydın ismarışlar çatdırdı: “Dövlət başçısı İrəvana demək istədi ki, İran üzərindən bu dəhlizi açmaqla Naxçıvana yolu təmin etmişik, qoy indi Paşinyan fikirləşsin ki, bunun ölkəsi üçün mənfi tərəfi hansıdır. Belə desək, Ermənistan inad etməklə özünü blokada şəraitində saxlayır. Bu da qarşı tərəfin seçimidir. Əgər təcrid vəziyyətindən çıxmaq istəmirlərsə, Azərbaycan muxtar respublikaya öz çıxışını təmin edəcək. İtirən isə Ermənistandır. Amma gec-tez Zəngəzur dəhlizi ilə bağlı Paşinyan iqtidarı addım atmağa məcbur olacaq”.
Partiya rəsmisi dəhlizin açılmasının İrəvan üçün iqtisadi dividentləri olacağını vurğuladı: “Habelə Türkiyəyə və Avropaya çıxış açılacaq. Ermənistan həm Azərbaycandan keçməklə Rusiyaya mallarını göndərəcək, həm də Türkiyə ilə quru sərhədləri işə düşəcək. Məgər bunu anlamamaq çox çətindir? Görünür ki, kənar təsirlər Paşinyanı fikrindən daşındırır. Xüsusən də dəhlizi Rusiyanın nəzarətinə vermək istəmədikləri üçün bu iş yubanır. Cənab Prezident isə əminliklə dedi ki, Azərbaycandan Azərbaycana keçid təmin olunmalıdır. Məncə, bu düyünün çözülməsində Ermənistana siyasi-diplomatik təzyiqləri artırmalıyıq. Bakının əlində təzyiq rıçaqları var”.
Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə hesab edir ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana növbəti dəfə xəbərdarlıq etdi: “Həmçinin Ermənistanın "Sülh kəsişməsi" layihəsini Azərbaycansız beş qəpiklik olduğunu vurğuladı. Həqiqətən də Ermənistanın “Sülh kəsişməsi ” layihəsinin Azərbaycansız reallaşması mümkün deyil. Azərbaycan yoxdursa, bu dörd il ərzində niyə “Sülh kəsişməsi” layihəsi reallaşmir?! Paşinyanın bu layihəsini müxtəlif güclər dinləyir, amma real baxmırlar. Çünki Ermənistan nə qədər Azərbaycanla razılığa gəlməyəcəksə, belə bir layihə baş tutmayacaq". Partiya funksioneri hesab edir ki, Türkiyə Zəngəzur dəhlizinin açılması üçün Ermənistanla danışıqlar aparır: “Suriyada Türkiyənin MİT rəhbəri İbrahim Kalın Ermənistan XİN müavini ilə görüşərək, Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər verib. Prezident İlham Əliyev də Ermənistana müxtəlif kanallar vasitəsilə xəbərdarlıqlar edir. Hələ ki Paşinyan bununla bağlı obyektiv mövqe ortaya qoymayıb”.
Nə Azərbaycan, nə də Türkiyə Ermənistanın “Sülh kəsişməsi” layihəsini qəbul etməyəcək. Azərbaycan Naxçıvanla birləşəcək İran ərazisindən yolu inşa edir. Bu yol işə düşdükdən sonra Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasına razı olacaq. İtirən tərəf məhz Ermənistan olacaq.
Siyasi ekspert Ramiyə Məmmədova əlavə etdi ki, bu gedişlə həqiqətən də Ermənistan dalan ölkə kimi yoluna davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları gözlərində qalacaq. Təhlilçi açıqladı ki, Prezident bəlkə də sonuncu dəfə İrəvanı xəbərdar etmiş oldu: “Bundan Paşinyan kabineti nəticə çıxarmalıdır. Əgər blokadada olan nəqliyyat kommunikasiyalarının açılması reallaşmasa, Rusiyanın Ermənistanı sıxması, onların Moskvadan asılılığı davam edəcək. Paşinyan Rusiyanın təsirini azaltmaq üçün bu layihələrin icrasına başlamalıdır. Amma Avropa Birliyi Paşinyana icazə vermir ki, Rusiya Zəngəzur dəhlizinə nəzarət etsin. Problem bu məsələdən qaynaqlanır. O zaman Ermənistan iqtisadiyyatı Rusiyanın təsirindən necə çıxa bilər? Azərbaycan yaxşı təklif irəli sürür, İrəvan dəyərləndirə bilmir”. Siyasi analitik 10 noyabr sənədinin imzalanmasından təxminən 5 ilə yaxın vaxt keçdiyini, bu müddətdə 9-cu bəndin yerinə yetirilmədiyini yada saldı: “Yeganə müddəadır ki, icra olunmur. Azərbaycan Ermənistana təzyiqləri gücləndirməklə buna nail ola bilər”.
Erməni politoloq Stepan Danielyan isə o qənaətdədir ki, Ermənistana qarşı növbəti tələb Zəngəzur dəhlizinin açılması, daha sonra azərbaycanlıların Ermənistana köçürülməsi olacaq. Onun fikrincə, Paşinyan “opportunist” olduğu üçün onun apardığı siyasət Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnəcək: “Paşinyan hökuməti tək qalıb, onun yeganə ümidi Türkiyə və Azərbaycandır”. Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. Zəngəzur dəhlizinin Bakıdan başlayaraq Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Bu gün, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Bu gün, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Bu gün, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Bu gün, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bu gün, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Bu gün, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49 |
|
|
|
• Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48 |
|
|
|
• Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02 |
|
|
|
• Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00 |
|
|
|
• On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58 |
|
|
|
• Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15 |
|
|
|
• İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14 |
|
|
|
• Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05 |
|
|
|
• "Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02 |
|
|
|
|