Ruslar Azərbaycana qarşı tam dözümsüzdür .....                     Tramp Putinə qarşı sanksiyaları dayandırdı .....                     Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək .....                     Elçin Əfəndiyev vəfat edib .....                     “Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir .....                     Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? .....                     Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? .....                     "Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." .....                     "Heç olmasa, Türkiyədən öyrənin..." .....                     Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... .....                     Prezident Administrasiyasının əməkdaşı vəfat etdi .....                     "Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." .....                     UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq .....                     “İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” .....                     Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... .....                     Deputatlarımızın MOSKVA QORXUSU .....                     Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? .....                     FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır .....                     Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir .....                     Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər .....                     "Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." .....                     Şahin Şıxlinski könüllü təslim olub .....                     Banklardan kredit almaq daha da çətinləşdi: .....                     Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... .....                     "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" .....                     Rusiya sərt üzünü kimə göstərir? .....                     Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                     Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? .....                     Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı .....                     Azərbaycanda problemli kreditlər artır .....                     Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü .....                     Zəngəzur sadəcə yol deyil .....                     Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? .....                     Tehranda su qıtlığına görə daha bir problem: .....                     Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi .....                     Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı .....                     Putin-Tramp dialoqu: Dünya buna köklənib... .....                     Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                 

Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Tarix: 30-01-2025, 14:00 | Çap et
Tələbələr "TələbəPlus" kartından narazılıq edir
"Nəqliyyata endirim olmadıqdan sonra "TələbəPlus" kartının nə mənası qalır ? Sizcə tələbənin o qədər yüksək təqaüdü var ki, hər gün muzey,restoran gəzsin?".
Bu "TələbəPlus" kartının instaqram səhifəsində onlarla tələbədən biri olan Ömər adlı istifadəçinin tələbələrə güzəşt kartı ilə bağlı şərhidir.
Tələbələrin ən çox xərci nəqliyyata çıxır, ona isə güzəşt yoxdur!
Təhsilin İnkişafı Fondun "TələbəPlus" layihəsi ilə bağlı instaqram şərhlərinə nəzər saldıqda görmək olur ki, tələbələr heç də "TələbəPlus" kartından razı deyillər.
Bahar Əsgərova adlı tələbə bildirir ki, onun ən çox xərci nəqliyyata çıxır.
"Tələbəyə əsas lazım olan nəqliyyatdır. Nəqliyyata güzəşt lazımdır. Pulum ancaq yola çıxır. "TələbəPlus" kartı ilə nəqliyyata güzəşt ediləcəyini gözləyirdim. Təəssüf ki, sevincim puç oldu", deyə tələbə narazılığını ifadə edib.
Tələbədən də faiz tuturlar
Tələbələrin sözlərinə görə, "TələbəPlus" kartı ilə bağlı digər arzuolunmaz hal, karta mədaxil edərkən 1% ,minimum 1 AZN məbləğində komissiyanın tutulmasıdır. Üstəlik 18 yaşı tamamlamamış şəxslər karta mədaxil edə bilmir.
"Belə çıxır ki, birdə 2-ci kursda bu endirimlərdən istifadə edə bilərik. O zaman bu kartların 1-ci kurslarda paylanılmasının nə əhəmiyyəti qalır", deyə tələbələr gileylənir.
Tələbələr "TələbəPlus" kartında qoşulan mağazaların çoxunun brend mağazalar olduğunu söyləyirlər. Onlar buna görə də bu mağazaların endirimlərindən yararlana bilmədiklərini söyləyirlər.
İctimai nəqliyyatda güzəşt vədi nə vaxta qaldı?
Təhsilin İnkişafı Fondundan isə bildirilib ki, "TələbəPlus" kartı tələbələr üçün xüsusilə endirimlər və güzəştlər təqdim etməyi hədəfləyən bir məhsuldur.
"Eyni zamanda hər hansı əlavə üstünlüklərin yaradılması məsələsi daim müzakirə olunur. İctimai nəqliyyatla bağlı güzəştlər məsələsinə toxunduğunuz üçün ayrıca təşəkkür edirik. Hazırda ictimai nəqliyyatla bağlı güzəştlər mövzusunda müvafiq qurumlarla əlaqələrimiz davam edir və bu sahədə tələbələr üçün əlverişli həll yollarını təqdim etmək üçün çalışırıq. Yaxın zamanda bu istiqamətdə daha müsbət xəbərlər paylaşacağımıza inanırıq" deyə Fonddan bildirilib.
"Bu kart əsasən restoran və geyim mağazalarında endirimləri əhatə edir"
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda tələbələr və təhsil işçiləri üçün güzəştli kartların – "TələbəPlus" və "TəhsilPlus" – yaradılması onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və təhsil ehtiyaclarını dəstəkləmək məqsədi daşıyır.
"Lakin mövcud tətbiqlər tələbələrin əsas ehtiyaclarını tam şəkildə qarşılamır və bu, onların narazılığına səbəb olur. Belə ki, "TələbəPlus" kartında əsas güzəştlərin mağaza və restoranlara yönəlməsi, tələbələrin təhsil və gündəlik həyat üçün daha vacib olan sahələrdə dəstəksiz qalmasına səbəb olur", deyə K.Əsədov bildirib.
Ekspert bildirib ki, Azərbaycan qanunvericiliyində tələbələrin və təhsil işçilərinin sosial müdafiəsini təmin etmək üçün müxtəlif mexanizmlər nəzərdə tutulub: " "Təhsil haqqında" Qanunun 5-ci maddəsinə əsasən, dövlət təhsilin əlçatanlığını təmin etmək üçün müxtəlif sosial dəstək proqramlarını həyata keçirməlidir. Lakin bu istiqamətdə praktiki mexanizmlər hələ də kifayət qədər inkişaf etməyib. Məsələn, "TələbəPlus" kartı ilkin mərhələdə tələbələrin gündəlik xərclərini azaltmaq məqsədi daşısa da, təhlillər göstərir ki, bu kart əsasən restoran və geyim mağazalarında endirimləri əhatə edir. Halbuki tələbələrin ən çox xərclədiyi sahələr təhsil materialları, ictimai nəqliyyat və yaşayış xərcləridir".
Müsahibimizin sözlərinə görə, Azərbaycanda ali təhsil alan tələbələrin təxminən 45%-i şəhərdən kənar bölgələrdən gəlir və onların təhsil ilə bağlı xərcləri daha yüksəkdir. İctimai nəqliyyat və yataqxana xərcləri tələbələrin ümumi büdcəsinin təxminən 30%-ni təşkil edir. Bu halda, "TələbəPlus" kimi kartların nəqliyyatda və yaşayış xərclərində güzəştlər təmin etməməsi tələbələrin gündəlik həyatına real təsir göstərmir.
Dünyada tələbə kartlarında pulsuz nəqliyyatdan istifadə imkanları var
K.Əsədov bildirib ki, dünya təcrübəsindətələbələr üçün güzəştli kartların effektiv tətbiqinə dair müxtəlif uğurlu nümunələr mövcuddur: "Məsələn, Almaniyada tələbələr üçün nəzərdə tutulmuş "Semester Ticket" sistemi onlara ictimai nəqliyyatdan pulsuz və ya cüzi ödənişlə istifadə etmə imkanı verir. Bu, tələbələrin həm maddi yükünü azaldır, həm də təhsil müəssisələrinə çatmağı asanlaşdırır. Böyük Britaniyada "Totum" kartı vasitəsilə tələbələr nəqliyyat, kitab mağazaları və onlayn təhsil platformalarında geniş güzəştlər əldə edirlər. ABŞ-da "ISIC" kartı (International Student Identity Card) dünya miqyasında istifadə edilə bilər və tələbələrə endirimli uçuşlar, kitab mağazalarına çıxış və proqram təminatlarında güzəştlər təqdim edir".
Ekspert bildirir ki, Azərbaycan kontekstində tələbələrin əsas ehtiyaclarını təmin etmək üçün bu kimi kartlarda aşağıdakı sahələrdə güzəştlər təmin edilməlidir:
"Birincisi, təhsil resurslarına çıxış təmin olunmalıdır. Kitab mağazalarında, dərs vəsaitlərində və çap xidmətlərində güzəştlər tələbələrin təhsil xərclərini azalda bilər. Hazırda tələbələrin böyük bir qismi dərs vəsaitlərinin baha olması səbəbindən alternativ yollar axtarır ki, bu da onların təhsil keyfiyyətinə mənfi təsir göstərir.
İkincisi, ictimai nəqliyyat sahəsində güzəştlər vacibdir. Bakı şəhərində tələbələr üçün ictimai nəqliyyatdan istifadə haqları standart qiymətlərlə eyni səviyyədədir. Halbuki tələbələrin gündəlik hərəkət xərclərini azaltmaq məqsədilə xüsusi endirimli tariflər tətbiq oluna bilər. Bundan əlavə, rayonlardan şəhərlərə səyahət edən tələbələr üçün də endirimli qatar və avtobus biletləri təqdim edilməlidir.
Üçüncüsü, yaşayış xərcləri ilə bağlı dəstək tədbirləri həyata keçirilməlidir. Tələbə yataqxanalarının çatışmazlığı problemi onların kirayə mənzillərdə yaşamasına səbəb olur. Güzəştli kommunal xidmətlər, o cümlədən internet, elektrik və su təchizatında endirimlər tələbələr üçün böyük dəstək olar.
Dördüncüsü, tələbələrin sağlamlıq və sosial həyatını təmin etmək üçün tibbi xidmətlərdə və idman mərkəzlərində güzəştlər təmin edilməlidir. İdman zalları və psixoloji dəstək xidmətlərində güzəştlər tələbələrin fiziki və psixoloji sağlamlığını qorumaq üçün mühüm addımdır. Həmçinin, tələbələr üçün apteklərdə əsas dərman preparatlarına güzəştlər tətbiq edilməlidir".
Müsahibimiz vurğulayıb ki, bu kartların daha faydalı olması üçün nəzərdə tutulmalı olan ən vacib məqam onların tələbələrin real ehtiyaclarına uyğunlaşdırılmasıdır. Onun sözlərinə görə, təhsil sahəsinə yönəlmiş güzəştlərin artırılması, nəqliyyat və yaşayış sahəsində maddi dəstək tədbirlərinin həyata keçirilməsi tələbələrin akademik fəaliyyətlərini daha rahat və effektiv şəkildə davam etdirməsinə şərait yaradacaq.
K.Əsədov deyir ki, bu yanaşma yalnız tələbələrə deyil, həmçinin təhsil sisteminin ümumi inkişafına töhfə verəcək və ölkədə təhsilin əlçatanlığını artıracaq. Nəticə olaraq, təhsil və sosial dəstəyi birləşdirən belə kartların təkmilləşdirilməsi, dövlət və tələbələr arasında əməkdaşlığı daha da gücləndirəcək və onların cəmiyyətə töhfəsini artıracaq.
"TələbəPlus"la nələrə güzəşt edilir?
Qeyd edək ki, "TələbəPlus" la tələbələrin əksəriyyəti "VISA"nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana bilirlər. Layihəyə 250-dək yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda müəyyən güzəştlər edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. Bura həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan tələbələr daxildir.
Kart eyni anda bir neçə funksiyanı yerinə yetirir. Həm universitetə giriş-çıxışı təmin edir, həm debet bank kartı kimi fəaliyyət göstərir, həm tələbələrin təqaüd kartı, həm də imtiyazlar, endirimlər təqdim edir.
Layihəyə başlamazdan öncə tələbələr arasında (500 nəfər) anket sorğusu, və müsahibə keçirilib. Onların istəkləri, fikir və təklifləri nəzərə alınalaraq xüsusi siyahı hazırlanıb.
Tələbələrin işini mümkün olduğu qədər asanlaşdırmaq məqsədilə, BirBank mobil tətbiqində "TələbəPlus" bölməsi yaradılacaqdır ki, orada bütün endirimlər haqqında məlumat və proqrama qoşulan şirkətlərin siyahısı yer alacaq. Sözügedən tələbə kartının digər tələbə kartlarından üstünlüyü ondan ibarətdir ki, kart asanlıqla "Apple Pay" və "Google Pay" elektron cüzdanlarına əlavə edilə bilir.
Tələbələr mövcud endirimlər, qoşulan şirkətlər haqqında məlumatı linktr.ee/talabaplus linkindən istifadə edərək, sosial şəbəkələrimizdən əldə edə bilərlər. Yaxın zamanda "TələbəPlus"ın öz saytı yaradılacaqdır ki, burada da asanlıqla bütün məlumatlar əlçatan olacaq. Həmçinin ali təhsil müəssisələrində məlumatlandırıcı "rollup"lar yerləşdirilir.
Əməkdaşlıq müqaviləsi imzalanmış 20 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 170000 tələbə "TələbəPlus" kartı ilə təmin edilməkdədir. Onu da bildirmək istərdim ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də bu layihədən yararlanması nəzərdə tutulur. (təxminən 70.000 nəfər). Yaxın gələcəkdə müəllimlər üçün də təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaqdır. İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaqdır.
"TələbəPlus"a qoşulan ali təhsil müəssisələrin siyahısı:
1.Bakı Dövlət Universiteti
2.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
3.ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universiteti
4.Azərbaycan Texniki Universiteti
5.Azərbaycan Dövlət Pedaqoji Universiteti
6.Azərbaycan Memarlıq və İnşaat Universiteti
7.Bakı Slavyan Universiteti
8.Azərbaycan Dillər Universiteti
9.Bakı Mühəndislik Universiteti
10.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
11.Sumqayıt Dövlət Universiteti
12.Lənkəran Dövlət Universiteti
13.Gəncə Dövlət Universiteti
14.Azərbaycan Texnologiya Universiteti
15.Mingəçevir Dövlət Universiteti
16.Naxçıvan Dövlət Universiteti
17.Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
18.Naxçıvan Müəllimlər İnstitutu
19.Türkiyə-Azərbaycan Universiteti
20.Azərbaycan Dövlət Aqrar Universiteti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Bu gün, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Bu gün, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Bu gün, 16:37
Elçin Əfəndiyev vəfat edib
Bu gün, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Bu gün, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Bu gün, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Bu gün, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Bu gün, 09:05
"Heç olmasa, Türkiyədən öyrənin..." - AQTA-nın nəzərinə...
Bu gün, 07:30
Vaxtilə ölkədən valyuta çıxarmaqda ittiham olunurdu... - İNDİ İSƏ ...
Bu gün, 07:12
Prezident Administrasiyasının əməkdaşı vəfat etdi
Bu gün, 07:05
"Bir gün o yuxarıdan başıüstə yerə gələcəksən..." - ETİRAZ VAR!
Bu gün, 07:03
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Bu gün, 06:00
“İran fars şovinizmindən çıxa bilmir, ya da istəmir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:57
Rusiya Azərbaycanı ÇOXDAN İTİRİB... - ƏSLİNDƏ...
Bu gün, 05:55
Deputatlarımızın MOSKVA QORXUSU - AXI NİYƏ?..
Bu gün, 05:48
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi? - AKTUAL
Bu gün, 05:36
FAKT BUDUR: Məhsul sahələrdə qalıb, alıcı tapılmır - NƏ ETMƏLİ?
Bu gün, 05:20
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məlumatların məqsədi nədir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:18
Azərbaycanı geri çəkilməyə məcbur etmək istəyirlər - buna imkan vermək olmaz!
Bu gün, 05:05
"Bu səfər mənim üçün ona görə də daha dəyərli oldu ki..." - FOTO
Bu gün, 05:03
Şahin Şıxlinski könüllü təslim olub - həbsdən öncə İlham Əliyevə müraciət etmişdi
Bu gün, 04:58
Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
Dünən, 21:19
Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Dünən, 21:17
"Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
Dünən, 17:02
Rusiya sərt üzünü kimə göstərir?
Dünən, 16:51
Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
Dünən, 16:45
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Dünən, 16:26
Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Dünən, 16:14
Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Dünən, 16:13
Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Dünən, 16:00
Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Dünən, 15:57
Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Dünən, 15:40
Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Dünən, 15:36
Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Dünən, 15:29
Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 15:25
Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Dünən, 15:21
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Dünən, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Dünən, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Dünən, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Dünən, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Dünən, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Dünən, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Dünən, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:19
Ənvər Seyidov vəfat etdi
Dünən, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Dünən, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Dünən, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Dünən, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru