Azərbaycanda informasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev həbs edilib. Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz paylaşım edib. O qeyd edib ki, ekspert qanunsuz narkotik maddə daşımada ittiham edilib. Ekspert məhkənin qərarı ilə 4 il azadlıqdan məhrum edilib.