Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... .....                     Azərbaycanda karqo şirkəti .....                     Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi .....                     Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib .....                     Moskvadan Bakıya YENİ TƏKLİF: .....                     Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir .....                     Tələbələr "TələbəPlus" kartından narazılıq edir .....                     On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! .....                     Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ .....                     Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil .....                     İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... .....                     Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: .....                     "Əməliyyatdan sonra bədənimdən çirk axırdı" .....                     Avropa İttifaqı Bakıya qarşı yeni gərginlik yaradır .....                     İsveçdə Quran yandırma aksiyalarının təşkilatçısı öldürülüb .....                     Səbzəliyev qardaşları ölkədən nə qədər pul çıxarıb? .....                     Azərbaycan millisinin kapitanı narkotikə qurşanıb, görün nə hala düşüb .....                     Metroda gedişhaqqı azaldılır? .....                     Niyazi Mehdi reanimasiyaya yerləşdirildi .....                     “Azərsun Holdinq”də yeni təyinat .....                     “Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” .....                     Həbsdə olan sabiq tabor komandirinin .....                     Rubio Panama üçün YOLA ÇIXDI... .....                     "Haçan ailə qursam, görəcəksiniz" .....                     Suriyanın gələcək portreti: .....                     Alkoqollu içkilər .....                     Qarabağ Qazisinin HAQQI YEYİLİR... .....                     “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” .....                     Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! .....                     ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı .....                     Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ .....                     ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub .....                     Türkiyə şirkəti Azərbaycanda ləğv olunur .....                     Ötən ilin avqustunda həbs edilmişdilər .....                     Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: .....                     ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib .....                     Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır .....                     Paşinyan sevinərdi ki, bunları da... .....                     “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ .....                     Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... .....                 

Paşinyan “at gedişi” etmək istədi, lakin özünü elə bir çuxura saldı ki... - GƏLİŞMƏ
Tarix: Dünən, 14:02 | Çap et
Paşinyan “at gedişi” etmək istədi, lakin özünü elə bir çuxura saldı ki...
Əziz oxucu, mövzuya bir az uzaqdan başlayacam. 2014-cü ildə təxribat qrupunun uğursuz üzvü Mamikon Xodjoyan Azərbaycan tərəfindən əsir götürülmüşdü. 77 yaşlı kişi bir aydan çox Azərbaycanda qaldı, müalicə aldı, hökumətin verdiyi yeməklər sayəsində səhhəti yaxşılaşdı, sonra Ermənistana qaytarıldı.

Və o, bizdə dincələn zaman erməni tərəfi onu böyük səylə “əzabkeşə” çevirirdi: “qaniçən azərbaycanlılar amansızcasına işgəncə verir, qollarını və ayaqlarını sındırır, tövlədə ifadə verməyə məcbur edir, duzda yatırdırdılar” və s.

Amma ən maraqlısı odur ki, Xodjoyan Ermənistana qayıdandan sonra tibbi müayinədən keçsə də, testin nəticələri açıqlanmadı. Buradan yeganə düzgün nəticə çıxarmaq olar: qocanın bədənində işgəncə izləri və ya digər sadist incəliklər tapılmamışdı. Əks halda, armaqitprop universal bir fəryad qaldırardı.

Bundan əlavə, əsirlikdə olduğu müddətdə Xodjoyan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən ziyarət olunub, heç bir işgəncə izi qeydə alınmayıb, özü də bununla bağlı heç bir şikayət etməyib.

Lakin Xodjoyanın qızı azərbaycanlıların Mamikona işgəncə vermədiyinə inana bilmədi və o, heyrətamiz versiya irəli sürdü: “Xəstəxana test nəticələrini görmək üçün bizim xahişimizdən imtina etdi. Atam gözümün qabağında dəyişir. Düşünürəm ki, onun damarına dizel yanacağı vurulub”.

O vaxtdan 10 ildən çox vaxt keçsə də, “dizel versiyası” bir qədər dəyişdirilmiş formada olsa da, hələ də absurd və axmaq erməni təbliğatı tərəfindən istifadə olunur.

Bu gün dizel inyeksiyası öz aktuallığını itirib, lakin onun müasir analoqu hələ də Ermənistanın gündəmindədir. Üstəlik, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özü səsləndirib.

Zamanla ayaqlaşan Paşinyan işgəncə üçün dizel yanacağının köhnəlmiş üsul olduğunu anlayaraq, müttəhimlər kürsüsünə düşmüş Qarabağ müharibəsi cinayətkarlarına psixotrop maddələrin vurulması versiyasına əl atıb: “Bizim kəşfiyyat məlumatımız var ki, həmin şəxslərdən regional eskalasiya yaratmaq, onlardan ifadələr almaq məqsədilə qanunsuz psixotrop maddələr tətbiq olunur. Biz bu prosesdən çox narahatıq. Qadağan olunmuş psixotrop maddələrdən istifadə etməklə, çox güman ki, həmin şəxslər belə ifadə verməyə məcbur edilsinlər ki, sonradan həmin ifadələr Ermənistana qarşı müxtəlif üsullarla istifadə olunsun”.

Biz, əlbəttə ki, Paşinyanın hər cür absurd bəyanatlarına öyrəşmişik, lakin bildiyimiz kimi, axmaqlığın həddi-hüdudu yoxdur. Ermənistanın Baş naziri isə bu həqiqəti hər dəfə sübut etməkdən yorulmur.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də Ermənistanın Baş nazirinin sözlərini gülünc hesab edərək, artıq bu cəfəngiyyata cavab verib. XİN-in şərhində erməni siyasətçinin ittihamlarının əsassız olduğu, təqsirləndirilən Ermənistan vətəndaşlarının hüquq və vəzifələrinin onlara izah edildiyi və onlara əməl edildiyi vurğulanır.

“Azərbaycanda məhbusların zorakılığa məruz qalması ilə bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu müəyyən edilib”, - deyə XİN-in məlumatında vurğulanır.

Bəs, Paşinyanı bu qədər əsəbiləşdirən və onu nifrət etdiyi hərbi xunta liderlərinin müdafiəsinə qaldıran nə idi? Bu suala cavab vermək üçün “DQR-in keçmiş prezidenti” Arayik Arutunyanın məhkəmə iclasının birinci günü dediyi sözləri xatırlamaq lazımdır: “Mən Gəncəyə raket zərbələri endirmək əmri verməmişəm”.

Arutunyan qeyd edib ki, 44 günlük müharibə zamanı Gəncəyə raket zərbələri ilə bağlı onun bəyanatı olub və bundan təəssüflənir: “Azərbaycan xalqı arasında belə bir fikir var ki, mən bu əmri vermişəm. Lakin bu qərar mənim tərəfimdən verilməyib. Bəli, bu barədə açıqlama vermişəm. İndi dediyimə görə peşmanam və bağışlanma diləyirəm. Fikrimi bildirməyə nə haqqım, nə də səlahiyyətim var idi. O zaman niyə belə ifadə verdiyimi istintaq zamanı verdiyim ifadədə izah etmişəm”.

Arayikin bu sözlərindən iki nəticə çıxarmaq olar: ya ağ yalan danışır, ya da Gəncənin bombalanması əmri birbaşa Paşinyandan gəlib. Hər halda belə bir əmr verən Haykanuş nənə deyildi...

Təşvişə düşmüş Ermənistan Baş nazirinin sözlərini diqqətlə oxuduqda, anlayırsan ki, ikinci versiya həqiqətə daha yaxındır. Nə də olsa, Paşinyanın ifşa olunmaqdan qorxması onu deməyə əsas verir ki, qorxduğu məqamlar var.

Baxmayaraq ki, o, Arayiki yalan danışmaqda ittiham edib, ondan qurtula bilərdi. Ancaq bu, yalnız ilk baxışdan görünür. Şübhəsiz ki, Arutunyanın əlində Nikol Vovayeviçlə (eləcə də korrupsioner rus deputatlar, fransız senatorları, amerikalı konqresmenlər) bağlı kompromatlar var və o, öz canını xilas etmək naminə, gözünü qırpmadan, erməni Baş naziri satacaq.

Ona görə də Paşinyan ortaya psixotrop maddələrlə bağlı cəfəngiyyatlar atmaqla, guya “at gedişi” etmək qərarına gəlib. Amma özü də fərqinə varmadan özünü mat edib. Məlumdur ki, o zaman Gəncənin bombalanmasından öyünən Arutunyan bu gün qəhrəmanlıq etməyəcək.

O, digər şərikləri kimi istənilən yolla separatçı rejimin cinayət əməllərində rolunu azaltmağa çalışacaq. Paralel olaraq, bu açqılamalarda Ermənistan rəhbərliyi və xaricdəki separatçıların və terrorçuların himayədarları da öz paylarını alacaqlar.

Bundan əlavə, uğursuz dövlət xadimləri, bankadakı hörümçəklər kimi, ortaqlarını bütün ölümcül günahlarda ittiham edərək bir-birilərini yeməyə başlayacaqlar. Əminəm ki, “Marlezon baletinin ikinci hissəsi” daha füsunkar tamaşa olacaq - hətta, demək olar ki, unudulmaz bir tamaşa...

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02
Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58
Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54
Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49
Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48
Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02
Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00
On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58
Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20
Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14
Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05
"Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02
Avropa İttifaqı Bakıya qarşı yeni gərginlik yaradır - FAKT BUDUR!
Bu gün, 12:59
İsveçdə Quran yandırma aksiyalarının təşkilatçısı öldürülüb - SVT
Bu gün, 12:57
Səbzəliyev qardaşları ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 12:50
Azərbaycan millisinin kapitanı narkotikə qurşanıb, görün nə hala düşüb - VİDEO
Bu gün, 12:47
Metroda gedişhaqqı azaldılır? – Tarif Şurasının qərarı ilə…
Bu gün, 12:41
Niyazi Mehdi reanimasiyaya yerləşdirildi - "10 gündür səhhətində ciddi problem var"
Bu gün, 12:38
“Azərsun Holdinq”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:36
“Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31
Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq
Bu gün, 12:26
Rubio Panama üçün YOLA ÇIXDI... - NƏ BAŞ VERİR?
Bu gün, 12:24
"Haçan ailə qursam, görəcəksiniz"
Bu gün, 12:15
Suriyanın gələcək portreti: - Tehran onu çəkən “rəssamlar” arasında yoxdur
Bu gün, 12:12
Alkoqollu içkilər BAHALAŞACAQ
Bu gün, 12:11
Qarabağ Qazisinin HAQQI YEYİLİR... - AXI NİYƏ?..
Bu gün, 12:08
“OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58
Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51
ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45
ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39
Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23
Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21
Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18
ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16
Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15
Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57
Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48
Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30
Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23
AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19
7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07
“Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02
"Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01
Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59
6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru