Türk ekspertlərdən iddialar .....                     Milli Məclisdə büdcə müzakirələri davam edir .....                     Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi .....                     "Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək .....                     SOCAR-a yaxın daha bir şirkət təsis edilib .....                     Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür .....                     ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır .....                     "Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir .....                     Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü .....                     Trampın oğlu Ermənistana səfərini ləğv edib .....                     Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI .....                     Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib .....                     SOCAR-ın başbilənləri üçün TAMPACA .....                     Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... .....                     “Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır .....                     İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... .....                     Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... .....                     Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı .....                     UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam .....                     Xalq artisti xəstəxanadan evə buraxılıb .....                     Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… .....                     Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir .....                     Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... .....                     Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu .....                     Təyyarənin qəza səbəbi: kənar müdaxilə... .....                     12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı .....                     Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib .....                     Manatın hazırki kursunun qorunması... .....                     “Nar”da bu axşam daha bir avtomobil sevinci! .....                     Cəmi 27 dəqiqə çəkən uçuş... .....                     Elçin Şıxlı müavininin ölümündən yazdı .....                     Moskvanın ümidinə qalsa... .....                     Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib .....                     “Azərterminalkompleks”də ilkin rütbə məsələsi .....                     Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? .....                     Bunu niyə nəzərə almırlar ki? .....                     "Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" .....                     Süfrəmizdən yoxa çıxan ƏT .....                     Astaranın toxunulmaz icra başçısı... .....                     Maduro “kompleks müdafiə” qanununu imzaladı .....                 

Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: 23-01-2025, 08:43 | Çap et
Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası”
Beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli münasibətini dəfələrlə görmüşük. Azərbaycanın haqlı olduğu məsələlərdə Qərb “demokratiyası” niyəsə işlək mexanizmə çevrilmir.

Biz bunu 30 ilə yaxın işğala məruz qaldığımız, soyqırımlar, faciələrlə üzləşdiyimiz zaman görmüşük. Bu dəfə də Qərb “demokratiyası” Azərbaycana qarşı ikiüzlü yanaşma nümayiş etdirib. Bir sıra təşkilatlar Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edərək Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməməyə çağırıb.

Qeyd edək ki, 2024-cü ilin 22 yanvar tarixində AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatlar çağırış etmişdi. 24 yanvarda isə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarın verdi və nümayəndə heyəti bununla bağlı bəyanat yaydı.

Bu dəfə isə bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları AŞPA-ya bu sanksiyanın uzadılması üçün müraciət edib.

“Biz, aşağıda imza edənlər bir daha Avropa Şurası Parlament Assambleyasını 2025-ci ilin yanvar sessiyasında Azərbaycanın səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün aydın və ölçü meyarlarını hazırlamağa çağırırıq", - müraciətdə deyilir.

Müraciəti imzalayan təşkilatlar isə hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Jurnalistləri Müdafiəsi Komitəsi, Freedom Now, İnsan Hüquqları Evləri Fondu, Human Rights Watch, İnsan Hüquqları Rəsədxanası çərçivəsində Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, İnsan Hüquqları Rəsədxanası çərçivəsində İşgəncələrə Qarşı Ümumdünya Təşkilatıdır (OMCT).

Qeyd edək ki, bu təşkilatların fəaliyyəti bir sıra ölkələrdə qadağa edilib.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib ki, bütün beynəlxalq təşkilatların bir yaranma missiyası var:

“AŞPA da Azərbaycana lazımdır və onunla əməkdaşlığını davam etdirmək istəyir. Amma AŞPA-nın Azərbaycana qarşı sanksiyası, yəni nümayəndə heyətinin mandatdan məhrum edilməsi, təbii ki, münasibətlərə xələl gətirib. Onlar Azərbaycana təzyiq etdiyi zaman gözləntiləri müsbət yöndə həll olunmur və oluna da bilməz. Onlar da bunu çox gözəl bilirlər. Əslində AŞPA lazımlı qurumdur, kommunikasiya, danışıqlar, fikir mübadiləsi platformasıdır. Amma Azərbaycanı mandatdan məhrum etməklə özlərini də kommunikasiya imkanlarından məhrum ediblər. Düşünmürəm ki, bu yaxşı haldır. Azərbaycan iqtidar nümayəndələrinin fikirlərindən də görə bilərik ki, əgər Azərbaycan AŞPA-ya lazım deyilsə, AŞPA Azərbaycana heç dünəndən lazım deyil. Bu fikirləri cəmiyyətdə, xüsusilə də hakimiyyət nümayəndələrinin fikrində görürəm. Ona görə də AŞPA-nın Azərbaycana qarşı yanaşması münasibətlərin və problemlərin həllinə kömək etmiş olmur”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə adıçəkilən təşkilatların AŞPA-ya bu cür müraciətinin Azərbaycana qarşı növbəti demarş olduğunu deyib:

“Bu, növbəti qərəzli yanaşmadan başqa bir şey deyil. Təəssüf ki, bu beynəlxalq təşkilatların Azərbaycanın üzərinə gəlməsi ilk deyil. Azərbaycanda insan hüquqlarını, olmayan siyasi məhbuslarla bağlı məsələni, mediaya qarşı olmayan basqıları gündəmə gətirirlər, amma zamanında Qərbi Azərbaycandan qovulan insanların hüquqları heç vaxt bu təşkilatların diqqətində olmayıb. Eləcə də Azərbaycan əraziləri 30 ilə yaxın işğalda qalanda, 1 milyon məcburi köçkünümüz olanda onların gündəmində bu məsələ olmayıb. Bu gün hərbi cinayətlərdə adları hallanan, eyni zamanda bu cinayətlərin subyektləri olan hazırda məhkəmələri keçirilən erməniləri də cəmiyyətə siyasi məhbus kimi sırımağa cəhd edirlər.

Bütövlükdə bunlar bir daha həmin beynəlxalq təşkilatların qərəzsiz, bitərəf olmadıqlarından xəbər verir. Ona görə də bu cür açıqlamalarla Azərbaycanın üzərinə gələrək heç nəyə nail ola bilməzlər. Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qayıtmasına ancaq AŞPa tərəfindən ədalətli mövqe sərgiləndiyi zaman baxıla bilər. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti zamanında AŞPA ilə bağlı çox doğru addım atdı.

Çünki o zaman AŞPA tərəfindən çox yanlış bir mövqe nümayiş olundu. Azərbaycan torpaqları işğal altında olanda Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq olunmadı. Amma Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra AŞPA Azərbaycana qarşı belə bir addım atdı. Bütün hallarda Azərbaycanın bütün beynəlxalq təşkilatlarda təmsil olunmağını dəstəkləyirik, amma qarşı tərəf də ədalətli mövqe sərgiləməlidir”.

AĞ Partiya başqanı Tural Abbaslının fikrinə görə isə bu təşkilatların bir çox dövlətlərlə bağlı müxtəlif hesabatları olsa da, onları heç ciddiyə alan da yoxdur:

“Məsələn, onların Fransa, Norveç, Böyük Britaniya ilə bağlı da müxtəlif bəyanatları var. Amma onlar heç beynəlxalq təşkilatlarla bu haqda müraciətlər etmirlər ki, bu ölkələr çıxarılsın və ya mandatları dondurulsun. Düşünürəm ki, bu, Azərbaycana qarşı qlobal güc mərkəzlərinin təzyiqetmə vasitəsidir. Əminiklə deyə bilərəm ki, o təşkilatları Azərbaycandakı insan haqları, həbsdə olan jurnalistlər, söz haqqı maraqlandırmır. Onları maraqlandıran odur ki, onları maliyyələşdirən güc mərkəzlərinin Azərbaycana etdiyi diqtə qəbul olunsun. Bu diqtələr müxtəlif sahələrdə, energetika, təhlükəsizlik, siyasi ola bilər. Bu müraciət də onların görünən üzüdür, təsir riçaqlarıdır. Yəni burada məsələ qətiyyət insan haqları deyil. Həmin təşkilatlar elə insan haqlarını güdürlərsə, Qəzzada 60 minə yaxın günahsız insan öldü, İsrailə qarşı hər hansı addım atdılarmı? Azərbaycan torpaqları 30 il işğal altında qalanda, orada soyqırım olanda, neçə məsələ qaldırdılar? Odur ki, Azərbaycan bu məsələləri özü müəyyən etməlidir. Azərbaycan orada olsun, burada olmasın deyə kimsə basqı edə bilməz. Təbii ki, Azərbaycan dünyadan təcrid oluna bilməz.

Amma hansısa ölkə, təşkilat bizim ərazi bütövlüyünə, suverənliyinə, müstəqil siyasətinə müdaxilə edəcəksə, oradakı varlığımızı dəyərləndirmək də bizim haqqımızdır. Təbii, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirməli, sivil dünyanın bir parçası olmalıdır, amma bunu bizə qarşı təhdid, təzyiq vasitəsi kimi istifadə edəcəksə, Azərbaycan buna reaksiyasız qalmamalıdır. Amma gərək Azərbaycan da bu cür təşkilatların əlinə belə bəhanələr verməsin. Ona görə də düşünürəm ki, Azərbaycanın da bu məsələdə üzərinə düşən bəzi işlər var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türk ekspertlərdən iddialar - Toqquşma, təxribat və ya hücum...
Bu gün, 11:34
Milli Məclisdə büdcə müzakirələri davam edir
Bu gün, 11:28
Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi - BUNDAN SONRA...
Bu gün, 11:26
"Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək
Bu gün, 11:25
SOCAR-a yaxın daha bir şirkət təsis edilib - TƏFƏRRÜAT
Bu gün, 11:24
Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür
Bu gün, 11:20
ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır
Bu gün, 11:19
"Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 11:18
Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü
Bu gün, 11:14
Trampın oğlu Ermənistana səfərini ləğv edib - KİV
Bu gün, 11:04
Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI - "Yığdıqlarım 100 yaşıma qədər bəs edər"
Bu gün, 11:03
Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
Bu gün, 10:53
SOCAR-ın başbilənləri üçün TAMPACA - "Qaz itir, yoxsa..?"
Bu gün, 10:47
Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... - NARAZILIQ VAR...
Bu gün, 10:41
“Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır – “Reuters”
Bu gün, 10:39
İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... - Ekspert deyir ki...
Bu gün, 10:37
Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28
Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22
UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
Bu gün, 10:18
Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 10:15
Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… - HÜQUQŞÜNAS DEYİR Kİ...
Bu gün, 10:13
Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir
Bu gün, 10:11
Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:08
Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu - İsrafil Kərimovun yazısı
Bu gün, 09:47
Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...
Bu gün, 09:34
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı - MƏQALƏ
Bu gün, 09:24
Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib
Bu gün, 09:22
Manatın hazırki kursunun qorunması... - AKTUAL
Bu gün, 09:19
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT
Bu gün, 09:14
Cəmi 27 dəqiqə çəkən uçuş... - ŞƏRH
Bu gün, 09:05
Elçin Şıxlı müavininin ölümündən yazdı - “Demə özündən müğayət olmayıb“
Bu gün, 09:01
Moskvanın ümidinə qalsa... - Azərbaycan və Ermənistan əlaqələri hələ də bloklanmış qalardı
Bu gün, 09:00
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib - ADLAR
Bu gün, 08:50
“Azərterminalkompleks”də ilkin rütbə məsələsi - İllərdir rütbəsiz işləyənlər NECƏ OLACAQ?
Bu gün, 07:57
Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? - SİYAHI
Bu gün, 07:45
Bunu niyə nəzərə almırlar ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18
Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16
Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Maduro “kompleks müdafiə” qanununu imzaladı - "Venezolana de Television"
Bu gün, 06:59
"Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:53
Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? - İNCƏLƏMƏ
Bu gün, 06:50
"Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" - ETİRAZ
Bu gün, 06:47
"Belə adamlara çörək vermək olmaz..."
Bu gün, 06:43
Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni DETALLAR məlum oldu
Bu gün, 06:40
Məktəbdə etiraz: nazirlik bilməlidir ki... - Ekspert danışır...
Bu gün, 06:38
“Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib - FAKT BUDUR!
Bu gün, 06:34
İcbari tibbi sığortadan imtina etmək olar? - AKTUAL
Bu gün, 06:32
Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
Bu gün, 06:30
Paraddan gedən təyyarənin qəza etməsi... - yenə də...
Bu gün, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru