Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir .....                     Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu .....                     Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi .....                     Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib .....                     Rusiyada Azərbaycan məhsullarına “stop”: .....                     Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir .....                     Anri “Qarabağ”a niyə inanırdı? .....                     Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir .....                     "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz" .....                     Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı .....                     Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı .....                     Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR .....                     “Araz Supermarket”də təyinat olub .....                     Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? .....                     Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... .....                     Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib .....                     Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət .....                     "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı .....                     ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı .....                     Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi .....                     Kupyanskda nələr baş verir? .....                     Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb .....                     Nahid Bağırovun şübhəli TENDER ORTAĞI .....                     Qəbir yeri də bahalaşdı... .....                     Xankəndi terrorunda ASALA İZİ... .....                     Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar .....                     “Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı .....                     Suriya-İsrail dialoqunda BAKI MASASI... .....                     Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? .....                     Mədət Zeynalovun bağça biznesi .....                     Misli.az qadın futbolunu niyə bloklayır? .....                     "Nizami City" sakinləri CANA DOYURUB... .....                     ABŞ -nin qarant rolunda iştirakı... .....                     “AccessBank”a borclandınsa... BATDIN! .....                     Deputatdan ətin bahalaşmasına etiraz .....                     "Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" .....                     İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                 

Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Tarix: 29-11-2024, 17:16 | Çap et
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı
Nikol Paşinyan hökuməti Ermənistanın dövlət rəmzlərinin dəyişdirilməsi istiqamətində ilk addımını atıb.

Bu barədə Nikol Paşinyanın sədrliyi ilə Nazirlər Kabinetinin noyabrın 28-də keçirilən iclasında qərar qəbul olunub. İclasın gündəliyinə 48 məsələ daxil edilsə də onların 38-i ictimaiyyətə açıqlanmayıb. Hökumətin iclasında “Ermənistan Respublikasının himni haqqında” Qanuna dəyişikliklər layihəsi təsdiqlənib. Layihədə himnlə bağlı bəzi münasibətlərin, eləcə də himnin ifasının nizamlanması təklif edilir.
Qərara əsasən, Ermənistan himninin yalnız bir rəsmi variantı yaradılmalıdır.

“Əgər mövcud qanuna görə qanunun icrası məcburidirsə, qanunun icrası məktəblərdə və universitetlərdə məcburidirsə, planlaşdırılan dəyişikliklərlə kollec və uşaq bağçalarında da məcburi xarakter alır.

Qanuna görə, rəsmi idman tədbirlərinin açılışı və bağlanışı zamanı dövlət himninin ifası məcburi idisə, layihəyə əsasən, bu dövrdə keçirilən mükafatlandırma mərasimlərində bu, məcburi xarakter alır”, - Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Daniel Danielyan belə deyib.

Layihə Ermənistan hökumətinə qanunun qeyd olunan əlavəsinin mətninə və nəzarətinə uyğun olaraq qısa variantını yaratmaq səlahiyyətini verir. Hökumətin iclasında çıxış edən Baş nazir Paşinyan dövlət himnini tənqid edib.

“Mən Baş nazir olduğum müddətcə - X anına qədər- rəsmi tədbirlər zamanı himn səsləndirilərkən diqqət yetirmirəm. Xeyli müddətdir ki, Ermənistan Respublikası himninin eyni ifa forması ilə rastlaşmamışam”,-deyən Paşinyan himnin standarta uyğun gəlmədiyini deyib.

“Məsələn, hər hansı tədbiri təşkil edəndə himndən çox suya, şəraba, basdırmaya, sucuğa daha çox önəm və diqqət yetiririk, himn nədir axı? “YouTube”-da minlərlə himn var. Daxil olursan, yazırsan, Ermənistanın himni səslənir. Mənim şəxsi təcrübəm isə belədir: heç kim özünə sual verməyib: qulaq as, hansı himn səslənəcək, necə çalınacaq? Bu, bizim bu layihə ilə həll etməli olduğumuz əsas problemdir”,-deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanın indiki himni 1918-1920-ci illərdə İrəvan quberniyasının ərazisində yaradılmış Ararat (Ermənistan) Respublikasının himni əsasında hazırlanıb. “Bizim Vətən” kompozisiyası adlanan himn 1991-ci il iyulun 1-də Ermənistan Ali Sovetinin qərarı ilə təsdiq edilib. Lakin Barseq Kanaçyan tərəfindən bəstələndiyi iddia edilən bu himn müasir erməni dilinə uyğun gəlmir.

Ona görə də 1995-ci ildə Aram Xaçaturyan, Şarl Aznavur yeni himnlər hazırlayıb. Lakin bu təkliflər qəbul olunmayıb. Yeni hazırlanacaq himnlə bir tərəfdən fərqi aradan qaldırmaq, eyni zamanda, Ararat (Ermənistan) Respublikasının varisliyindən imtina məsələsi həll olunacaq. Ermənistan himninin dəyişdirilməsi təklifi son vaxtlar tez-tez səslənir. Bu barədə daha açıq danışan isə Ermənistan palamentinin sədri Alen Simonyan olub. Simonyan bu himnin erməni musiqisinə və himn qaydalarına uyğun olmadığını bəyan etmişdi. Spiker həmçinin yazıb ki, Ermənistanın gerbinin dəyişdirilməsinin də vacibliyini təklif etmişdi. Ermənistanın dövlət rəmzlərinin dəyişdirilməsinə dair vaxtaşırı müzakirələr aparılsa da konkret addım atılmayıb.

Nəhayət, Nikol Paşinyan hökuməti bu istiqamətdə rəsmi qərar qəbul etməli oldu. Xatırladaq ki, Ermənistanın dövlət rəmzləri bu ölkənin konstitusiyasının 21-ci maddəsi ilə təsbit olunur. Ona görə də Ermənistanın himninə dəyişikliklə bağlı qərarda ən çox diqqəti cəlb edən onun məzmunu və ya erməni dilinə uyğun olub-olmaması deyil. Yeni himnin qəbulu rəsmi İrəvanın bu məsələni ümumxalq səsverməsinə çıxaracağına dair sualları gündəmə gətirib. Lakin bu məsələnin layihədə nəzərdə tutulan təkliflərin hazırlanması və icrası daha çox hökumətə həvalə edilib.

Söhbət əsasən “Ermənistan Respublikasının himni haqqında” Qanuna düzəlişlərdən gedir ki, bu da parlamentin səlahiyyətlərinə aiddir. Ermənistan Milli Məclisi qanuna dəyişikliyi təsdiq etdikdən sonra icra orqanları onun tətbiqi ilə məşğul olacaq. Çünki Ermənistan Konstitusiyasının 21.4-cü maddəsində himn haqqında yalnız belə qeyd edilir:

“Ermənistan Respublikasının himni qanunla müəyyən edilir”.

Yəni, himinin mətni və ona dəyişiklik məqsədilə referendumun keçirilməsi barədə heç nə yazılmayıb. Lakin bu məsələnin özü də mübahisəlidir. Çünki Paşinyan hökuməti yeni himn qəbul etməklə 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının rəmzindən imtina edir. Bu da Ermənistanın Müstəqillik Bəyannaməsində və konstitusiyanın preambula hissəsində öz əksini tapıb. Bu məntiqlə Paşinyan hakimiyyəti referendum keçirməli və ilk növbədə, Ararat Daşnak Respublikasının siyasi varisliyindən imtina etməlidir. Yəni, Müstəqillik Bəyannaməsinə istinad hissəsi Ermənistan konstitusiyasından çıxarılmalıdır. Çox güman ki, Paşinyan himnin dəyişdirilməsini qanunverici orqanın və hökumətin vasitəsilə etməklə Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinin normativ xarakter daşımadığını göstərmək istəyir.

Buna baxmayaraq, himnin dəyişdirilməsi yeni dövlət gerbinin qəbulu istiqamətində Paşinyan hakimiyyətinin qarşısında bir sıra maneələri aradan qaldıra bilər. Yəni, bir dövlət rəmzinin başqası ilə əvəz edilməsi Ermənistan cəmiyyətini referenduma hazırlamaq istiqamətində ilk mərhələ olacaq. Rəsmi İrəvan Ermənistanın yeni dövlət gerbi qəbul edilmədən Türkiyə ilə münasibətlərin normallaşmayacağını da yaxşı anlayır. Ankara Ermənistanın dövlət gerbindən Ağrı dağının təsvirinin yer almasını Türkiyəyə qarşı ərazi iddiası hesab edir. Ona görə də gerbdən Ağrı dağının təsvirinin çıxarılması Ermənistanın qaqarşısında əsas şərtlərdən biri kimi dayanır. Bunu isə yalnız “Ermənistan Respublikasının Dövlət Gerbi haqqında” Qanuna düzəlişlərlə təmin etmək mümkün deyil.

Çünki Ermənistan konstitusiyasının 21.2-ci maddəsində gerbin dəqiq təsviri əks olunub. Orada Ağrı dağı Ermənistanın dövlət gerbinin mərkəzində yer aldığı qeyd edilir. Ona görə də Ermənistan hökuməti himndən sonra gerbin dəyişdirilməsi üçün referendum keçirməlidir. Bundan başqa, Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci bəndində və konstitusiyanın preambula hissəsində Türkiyəyə qarşı ərazi iddiası yer alır.

Türkiyənin 6 vilayəti “Qərbi Ermənistan” adlanır. Həmin bənddə “1915-ci il erməni soyqırımı”nın dünyada tanıdılmasının Ermənistan tərəfindən dəstəkləndiyi qeyd edilir. Bu səbəbdən, Türkiyəyə qarşı qondarma soyqırım və ərazi iddilarının yer aldığı konstitusiyanın dəyişdirilməsi Ermənistan hakimiyyəti üçün qaçılmaz zərurətə çevrilib.

Əslində, bunu Ermənistan rəsmiləri də etiraf edirlər. Hələ bu ilin yanvar ayında Alen Simonyan gerbin dəyişdirilməsini təklif etmişdi:

“Məncə, gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməliyik. Ən azından gerbdə Ermənistan su altında qala bilməz, bu, bəşəriyyətin cəzası idi. O, “Facebook”-dakı gülüş işarəsinə bənzər şir kimi, Ermənistanı qoruyan qılınc zəncirləmiş ola bilməz”, - Simonyan yazıb.

Bununla da spiker Ermənistanın gerbindəki şir təsvirinin ermənilərə aid olmadığını açıb söyləmişdi. Araşdırmalar həmin şir təsvirini ermənilərin Qacarlar dövlətinin və onların tabeliyində olan İrəvan xanlığının bayrağından oğurlayıb öz adlarını çıxardıqlarını təsdiq edir.

Baş nazir Paşinyanın isə noyabrın 23-də Ermənistan İctimai Televiziyasına müsahibəsində səsləndirdiyi bir fikir prosesin referenduma apardığını göstərir.

““Qərbi Azərbaycan” ifadəsini eşidəndə dözməkdə çətinlik çəkirik və bunu problem hesab edirik, amma “Qərbi Ermənistan” ifadəsini işlədəndə bunun da müəyyən insanları qıcıqlandırdığını düşünmürükmü?”,-deyə Paşinyan bildirib.

“Elə bir vəziyyətdəyəm ki, xalqla danışmağa, səbəb-nəticə əlaqəsini göstərməyə məcburam. Mən bunu etməsəm, bu, o deməkdir ki, mən bilərəkdən ölkəmizi dövlətçiliyin itirilməsinə aparıram”,- deyən Paşinyanın bu sözləri Ermənistanın konstitusiyaya dəyişiklik etməkdən, Azərbaycanın və Türkiyənin şərtlərini yerinə yetirməkdən başqa yolu qalmadığını isbat edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17
Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15
"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07
Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Nahid Bağırovun şübhəli TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 06:33
Qəbir yeri də bahalaşdı... - AÇIQLAMA
Bu gün, 06:28
Xankəndi terrorunda ASALA İZİ... - GƏLİŞMƏ
Bu gün, 06:25
Azərbaycan iş adamları Kolumbiyaya yarıtım etməyə başlayıblar – MƏBLƏĞ
Bu gün, 06:22
“Şərq Kimya Şirkəti-Bakı”nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:58
Suriya-İsrail dialoqunda BAKI MASASI... - Biz geniş miqyasda oynamağa başlamışıq...
Bu gün, 05:51
Rusiya Azərbaycana Xəzərdən HÜCUM EDƏCƏK? - Görünəni odur ki...
Bu gün, 05:40
Mədət Zeynalovun bağça biznesi - İTTİHAM VAR...
Bu gün, 05:38
Misli.az qadın futbolunu niyə bloklayır? - İLGİNC FAKT
Bu gün, 05:32
"Nizami City" sakinləri CANA DOYURUB... - Vətəndaşın evi görün nə hala düşdü
Bu gün, 05:28
ABŞ -nin qarant rolunda iştirakı... ONA GÖRƏ vacibdir ki...
Bu gün, 05:22
“AccessBank”a borclandınsa... BATDIN! - BU DA FAKT...
Bu gün, 05:20
Deputatdan ətin bahalaşmasına etiraz - “Həyətlər boşdur”
Bu gün, 05:11
"Hər hansı geri çəkilmə və ya ləngimə müşahidə olunmur" - AKTUAL
Bu gün, 05:08
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru