Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq .....                     “İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” .....                     BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI .....                     “Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb .....                     Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur .....                     Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? .....                     İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır .....                     İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır .....                     İsrail Tehran radiosunu da vurdu .....                     Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? .....                     Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? .....                     Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? .....                     Çin İsrailin İrana hücumlarından narahatdır .....                     Daha kimlər ÖLMƏLİDİR Kİ... .....                     Gədəbəy rayonuna prokuror təyin edilib .....                     Lerikə yeni prokuror təyin edilib .....                     "İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" .....                     Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? .....                     Əvəz Zeynallının həyat yoldaşı: .....                     "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı .....                     “Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib .....                     Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik .....                     "Beeonline" ASC-də yığıncaq keçiriləcək .....                     “Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” .....                     Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ .....                     Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! .....                     Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək .....                     İranda üzdə olmaq da bir iş deyil... .....                     "Sepah Bank" kiberhücumla çökdürüldü .....                     Uzunmüddətli müharibəyə hazırıq .....                     İsrail-İran savaşında kritik an .....                     İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir .....                     Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı .....                     Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib .....                     SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur .....                     Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? .....                     Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ .....                     Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? .....                     İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb .....                     SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı .....                 

Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 26-11-2024, 08:29 | Çap et
Bölgələrdə bahalaşan əmlak...
“Sentyabrda rayonda 41 min manat dəyərində ikiotaqlı fərdi yaşayış evi aldım. Halbuki o evi bir il öncə 35-36 min manata almaq olardı. Evdən asılı olaraq, 5-10 min artım müşahidə olunur”.

Bunu kənddəki evini tərk edib rayon mərkəzində fərdi yaşayış evi alan Göyçay sakini Mahir Musayev deyib.

O, kənddən şəhərə can atan yüzlərlə vətəndaşdan biridir.

Onun sözlərinə görə, rayon mərkəzində, eləcə də mərkəzə yaxın ərazilərdə evlərin və torpaqların qiyməti sürətlə bahalaşır. Səbəbi isə insanların keyfiyyətli təhsil, normal yaşayış, iş imkanları axtarışında olmasıdır. Həmçinin kəndlərdə nəqliyyat və artan yol xərci də köçə rəvac verir:

“Üç övladım var, gələcəkləri üçün köçmək məcburiyyətindəydim. Övladlarımı şəhər məktəbində oxuduram, çünki kənd məktəblərində təhsil yoxdur. İş imkanları məhduddur. Özüm də ticarət sahəsində işləyirəm deyə rayon mərkəzinə köçmək daha uyğun idi, nəinki hər gün gedib-gəlmək. Yol xərci, ictimai nəqliyyat məhdudluğu da ciddi problemdir. Tək mən deyiləm, bir neçə qohumum, qonşum da bu addımı atıb”.

“Tələbat da qiymət artımına təsirsiz ötüşmür”

Ev və torpaq alqı-satqısı ilə məşğul olan Namiq Əhməd deyir ki, pandemiyadan sonra həm Göyçayın kəndlərdə, həm də ətraf digər rayonlarda ev və torpaq alanların sayı artıb.

Rayonun Qarabaqqal, Cəyirli, Ləkçıplaq, Bığır, Mallı-Şıxlı və Çaxırlı kəndlərində isə evlərini satıb şəhərə axın edənlərin sayında artım müşahidə edilir.

Tələbat isə həm yaşayış, həm də imkanlı şəxslərin yatırım etmək məqsədi ilə bağlıdır. Ən bahalıları isə yeni tikililər – yüksək təmirli həm bina, həm də həyət evləridir:

“Kəndlərdə evlərini satışa qoyanlar son illər çoxalıb. Rayon mərkəzindən ev alanlar arasında Rusiyada, Bakıda pul qazananlar çoxdur. Müharibədən sonra insanlar pulunu, təhlükəsizliyini itirməmək üçün rayonda daşınmaz əmlaka yatırım edirlər. Bu tələbat da qiymət artımına təsirsiz ötüşmür. Qiymətlərdə də yeni və təzə tikili fərqi var. Şəhərin mərkəzində yerləşən köhnə tikili fərdi yaşayış evləri 70-80 min manatadır. Hansı ki 5 sot torpaq ehtiyatı olur. Əslində evi baha edən də torpaq sotudur. Çoxunu satıblar, az hissə qalıb. Əgər köhnə tikili fərdi ev olsa belə, 10 sot torpağı varsa, evin qiyməti 100 min manatı keçir. Çünki torpağın hazırda ən ucuz qiyməti 7-8 min manatdır. Mərkəzi küçələrdə isə bu qiymət 12-15 min manat arasında dəyişir”.

“Torpaq tapılmır. İnsanlar 2 sot torpaq axtarırlar ki, alıb ev tiksinlər. Tələbat çox, torpaq ehtiyatı azdır. Hətta məndə hazırda yeni tikili, yüksək təmirli 4-5 ev var ki, qiymətləri 100-170 min manat arasında dəyişir. Nisbətən ən ucuz evlər isə köhnə tikili, təmirsiz olanlardır ki, qiymətdə 30-35 min manat fərqi olur. Onu da alıb təmir edəndə eyni xərc çıxır”.

“Təmir məsələsi, mərkəzdən kənarda yerləşməsi də qiymətə təsir edir”

Daşınmaz əmlak üzrə satış mütəxəssisi deyir ki, rayon daxilində yeni tikili, yüksək təmirli bina evlərinin qiyməti 120 min manatdan yüksəkdir.

Köhnə tikili bina evlərinin qiyməti isə mərtəbə, otaq sayı və təmir vəziyyətindən asılıdır:

“Köhnə tikili bina evlərində iki otaqlı mənzillərdən təmirsizlər 45 min manat, təmirlilər 55 min manat dəyərində olur. Üç otaqlı təmirsiz bina evləri 60-65 min manat, təmirli bina evləri isə 75-80 min manat dəyərində satılır. Ən bahalı mərtəbələr ikinci və üçüncü, ən ucuz birinci və beşinci mərtəbələr olur. Burada nəmlik, su sızıntısı və istilik effekti probleminə görə qiymətdə 10-12 min manat fərq olur. Təmir məsələsi, mərkəzdən kənarda yerləşməsi də qiymətə təsir edir. Beşinci mərtəbədə təmirli ikiotaqlı ev 55 min manata, eyni mərtəbədə təmirsiz üçotaqlı ev 52 min manata satışa qoyulub. Şəhərin Nizami və Heydər Əliyev prospekti boyunca evlər bahadır”.

“Bir ilə 5 min manat fərq var”

Yay və qış mövsümündə satışın çox olduğunu deyən satış mütəxəssisi ildən-ilə mənzil, fərdi yaşayış evi və torpaqların qiymətində 3-4 min, hətta 5-6 min manat məbləğində bahalaşma olduğunu qeyd edir. Ən çox müraciət edənlər isə 45-65 min manat dəyərində olan evlərə üstünlük verirlər.

Alıcıların əsas istəyi isə evlərin təhsil müəssisələrinə yaxın yerləşməsidir. Son on ildə isə torpaq və evlərin satış qiymətində ortalama 20-25 min manat məbləğində bahalaşma qeydə alınıb:

“15 il öncə beşinci mərtəbədə ikiotaqlı mənzil 21 min manat idisə, indi 45 min manatdır. Ötən il dördüncü mərtəbədə 45 min manata satdığım iki otaqlı ev hazırda 50 min manatdır. Yəni bir ilə 5 min manat fərq var. Mərkəzdən şəhər ətrafına getdikcə qiymətlərdə 25-30 faiz fərq var. Kənarda satılan 70 min manat ev, mərkəzdə 120-130 min manata satılır. Mərkəzdə 70-80 min manata olan evlər kənarda 45-60 min manatadır. Bəzən real olmayan qiymətlər qoyulur. Ancaq bazar satıcı ilə bərabər alıcı tərəfdən də araşdırılır”.

“Axtaranlar var, amma kirayə ev tapılmır”

Rayon daxilində kirayə ev tapmaq da artıq çətinləşib.

Göyçay mərkəz region olduğundan ticarət, ictimai iaşə obyektləri burda cəm olduğundan ətraf rayonlardan bura iş, təhsil üçün üz tutanlar kirayə bazarında çatışmazlıq yaradıb.

Obyekt üçün nəzərdə tutulan torpaq sahələri də çox bahadır:

“Kirayəyə tələbat çox artıb, ev demək olar ki, tapılmır. Avqust, sentyabr aylarında yüzlərlə zəng gəlir, ev axtarışında olurlar. Hələ də axtaranlar var ki, kirayə ev tapılmır. Bu da qiymətləri ikiqat artırıb. İki otaqlı təmirli evlər 250 manatdır. Üç otaqlı evlər isə 250-280 manatdır. Əgər tam təmirli və yüksək şərait təminatı varsa, qiymət 300-350 manat olur. Mərkəzdə bəzi bina evlərinin kirayəsi 450-500 manata da çatır. Ən aşağı kirayə haqqı 150-200 manat olur ki, hazırda heç tapılmır. Obyekt üçün yol kənarında olan torpaq sotu 20-25 min manatdır. Hazırda satışda 6 sot belə torpaq ehtiyatı var ki, qiymət 150 min manatdır. Hətta yol kənarında yerləşən evləri alıb, söküb obyekt tikirlər icarəyə verirlər. Pulu az olan ev, çox olan obyekt yeri alıb tikir, istifadə edir. Odur ki, şəhər mərkəzində sıxlıq artıb”.

“Anormal bahalaşma bumu yaranıb”

İsmayıllı rayonunda da evlərdə nisbətən, torpaqlarda isə 200-300 faiz bahalaşma var. Səbəb isə binaların köhnə tikili olması, əhalinin yeni tikili evlərə və obyektlərə üstünlük verməsidir.

Satış üzrə mütəxəssis Əflan Əliyev deyir ki, ən ucuz evlər 35-40 min, ən baha evlər 65-70 min manatdır:

“Bina evləri var ki, birotaqlı 15 min manatdan 30 min manata qədərdir. İkotaqlı 30-45 min arasındadır. Üçotaqlı təmirli evlər 60-65 min manatadır. Əsas artım torpaqlardadır. Son 4 illə müqayisədə 200-300% artım var. Əvvəl torpağın bir sotu 1500 manat idisə, indi 4000-4500 manatdır. Rayon mərkəzində torpaq yoxdur deyə ətraflara axın var. Rayon mərkəzində köhnə evlərdir. Torpaqların qiyməti artıqca 5-10 min manat dəyərində evlərə də təsir edir. Daha çox müraciət edənlər yaşayış üçün üz tutanlardır ki, burada da iş və təhsil imkanları öncüldür”.

Əmlak eksperti Elnur Azadov isə Meydan TV-yə bildirib ki, normal həyat şərtləri səbəbindən əhalinin kənd və kənddaxili qəsəbələrdən rayon mərkəzlərinə və iri şəhərlərə axını normaldır. Ancaq bu axın həmin kənd və qəsəbədə əmlak qiymətinə dəyər artırmır, əvəzində tələbatın olduğu ərazilərdə anormal bahalaşma bumu yaradır:

“Ölkədə sovet dövrü dağılandan sonra urbanizasiya prosesi sürətlə baş verdi və hazırda da yaxşı yaşamaq imkanları, övladlarının təhsili üçün öz kəndlərini, qəsəbələrini ailələr tərk edirlər. 2000-ci illərin əvvəllərindən bələdiyyə torpaqları verilməyə başlananda iri şəhərlərin və qəsəbələrin ətrafında olan belə torpaqlara tələbat yarandı və yeni yaşayış qəsəbələrinin yaranmasına səbəb oldu. Bu kimi qəsəbələrin sayı Abşeronda həddən artıq çoxdur. Əhali orda sıx yaşayır və hələ də tələbata görə artmaqda da davam edir”

“Regionlar üçün bu olduqca yüksək məbləğdir”

Göyçay rayonunda isə bahalaşmanı əmlak eksperti Sumqayıt, Gəncə kimi iri şəhərlərlə müqayisə edir. O, kiçik rayon üçün mövcud qiymət göstəricilərinin olduqca baha olduğunu deyir:

“Aran zonasında, xüsusilə Göyçayda daşınmaz əmlakın anormal formada qiyməti var. Kirayə evlər demək olar ki, yoxdur. Artıq Bakı kimi orda da çətin tapılır. Qiymətlərdə isə istər daşınmaz əmlakın kirayəsi, alışı, satışı, istərsə də obyekt satışı Sumqayıt şəhəri səviyyəsindədir. Göyçayda urbanizasiya həddən artıq çoxdur. Kəndlərdən şəhərlərə doğru çox axın var. Rayon mərkəzində, ətrafında əmlak qıtlığı yaşanır. Hazırda orada tikilən binaların bir kvadratmetrinin qiyməti təmirsiz vəziyyətdə 1000-1100 manat civarında dəyişir. Təmirli binalarda isə 1300 manat məbləğindən yüksək olur. Regionlar üçün bu olduqca yüksək məbləğdir. Hətta göstəricilər Gəncə şəhərindən geri qalmır”.

"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq - KİV
Bu gün, 18:06
“İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - VİDEO
Bu gün, 18:04
BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI - VİDEOFAKT
Bu gün, 17:56
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
Bu gün, 17:50
Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur - Bəlanın kökü qurudulur
Bu gün, 17:46
Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? - AKTUAL
Bu gün, 17:42
İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır - “İnterfaks"
Bu gün, 17:40
İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır - Energetika Nazirliyi
Bu gün, 17:38
İsrail Tehran radiosunu da vurdu - VİDEO
Bu gün, 17:05
Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? - İLGİNC
Bu gün, 17:00
Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? - FOTO
Bu gün, 16:58
Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? - AKTUAL
Bu gün, 16:53
Çin İsrailin İrana hücumlarından narahatdır
Bu gün, 16:12
Daha kimlər ÖLMƏLİDİR Kİ... - NAEAZILIQ VAR...
Bu gün, 16:10
Gədəbəy rayonuna prokuror təyin edilib - ƏMR
Bu gün, 16:05
Lerikə yeni prokuror təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
"İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 16:00
Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:56
Əvəz Zeynallının həyat yoldaşı: - Bankla bağlı problem həll edildi
Bu gün, 15:54
"Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Bu gün, 15:52
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib - DİQQƏT
Bu gün, 15:49
Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik - İsrail ordusu
Bu gün, 15:41
"Beeonline" ASC-də yığıncaq keçiriləcək
Bu gün, 15:36
“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayev
Bu gün, 15:32
Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ - “Bizim simamız yoxdur?”
Bu gün, 15:26
Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! - SEVGİMİZ SARSILIR...
Bu gün, 15:21
Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək - Alen Simonyan
Bu gün, 15:19
İranda üzdə olmaq da bir iş deyil... - Görünəni odur ki...
Bu gün, 15:16
"Sepah Bank" kiberhücumla çökdürüldü
Bu gün, 15:09
Uzunmüddətli müharibəyə hazırıq - İran Silahlı Qüvvələri Baş Qərargah rəisi
Bu gün, 15:06
İsrail-İran savaşında kritik an – Zəngilanda axtarırdılar, görün harada tapıldı
Bu gün, 13:10
İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir - Netanyahu
Bu gün, 13:04
Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı - AXIR Kİ...
Bu gün, 13:02
Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib
Bu gün, 12:57
SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur - İLGİNC FAKT
Bu gün, 12:47
Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? - İLGİNC DETALLAR
Bu gün, 12:36
Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ – “Birgə hərəkət edib televiziyaları düzəldin”
Bu gün, 12:29
Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? – “Sərhədlərin bağlı olması ideyası daha böyük məna və əhəmiyyət kəsb edir”
Bu gün, 12:26
İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb - TASS
Bu gün, 12:19
SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:17
İsrail İrandan necə qorunur? - Çoxqatlı sistem belə İŞLƏYİR
Bu gün, 12:15
“Pilot-16” MMC-də iş icraçısı AZADLIĞA ÇIXDI - QƏRAR
Bu gün, 12:13
Paşinyan bu tarixdə Türkiyəyə gedəcək - İDDİA
Bu gün, 12:01
Ərdoğan İranı niyə dəstəkləyir? - “Regnum”
Bu gün, 11:58
Bakıda vəzifəli şəxslərə qarşı dələduzluq etməkdə ittiham olunan şəxs özünü təqsirli bilmir
Bu gün, 11:52
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat - BUNDAN SONRA...
Bu gün, 11:45
Yaxın Şərqdə pozulan hüquq: İsrail-İran müharibəsində yaxşı və pis ssenari - NƏ BAŞ VERİR?
Bu gün, 11:28
İranın bundan sonraya NƏ QƏDƏR GÜCÜ QALIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:23
Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv ediləcək
Bu gün, 11:20
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə... -MÜRACİƏT
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru