"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" .....                     Süfrəmizdən yoxa çıxan ƏT .....                     Astaranın toxunulmaz icra başçısı... .....                     Maduro “kompleks müdafiə” qanununu imzaladı .....                     "Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" .....                     Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? .....                     "Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" .....                     "Belə adamlara çörək vermək olmaz..." .....                     Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı .....                     Məktəbdə etiraz: nazirlik bilməlidir ki... .....                     “Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib .....                     İcbari tibbi sığortadan imtina etmək olar? .....                     Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır .....                     Paraddan gedən təyyarənin qəza etməsi... .....                     "Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb .....                     Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir? .....                     Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? .....                     Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb .....                     Moskva geri çəkilir .....                     Zaxarovanın fərqli tonda çıxışı .....                     “İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, .....                     “İnsan nə qədər əclaf olmalıdır ki…” .....                     Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə .....                     Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir .....                     Azərbaycanda yeni BAHALAŞMA ANONSU... .....                     İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib .....                     Rusiya Bəşər Əsədi təhvil verəcək? .....                     Ermənilər Qazaxstan ununu bəyənmir? .....                     Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı .....                     Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ .....                     Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" .....                     "...nə qədər desən də xeyri yoxdur" .....                     "Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" .....                     “Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək” .....                     Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? .....                     Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib .....                     Azərbaycanla ərazi mübadiləsi... .....                     Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib .....                     Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram .....                     Azərbaycanda yayılan xəstəlik nədir? .....                 

Tiflisdən İrəvana SEZAR şilləsi! - sərhəddən buraxmır
Tarix: 6-11-2024, 10:05 | Çap et
Tiflisdən İrəvana SEZAR şilləsi!
Ermənistan Qərb silahlarını, eləcə də Fransadan aldığı SEZAR artilleriya qurğularını ölkəyə gətirə bilmir. Bu sensasion iddia barədə politoloq Qurgen Simonyan danışıb. O deyib: “Bəziləri Qərbin silahlarının Gürcüstandan keçdiyini deyir. Bəs onda niyə SEZAR-lar hələ də Potidə və ya Gürcüstanın hər yerində ilişib qalıblar?”.

Bundan əvvəl mətbuatda Gürcüstanın Ermənistana silah tranzitindən tamamilə imtina etdiyi barədə məlumatlar yayılmışdı. Bu addımın səbəbi Tiflisin Ermənistanın bir qrup siyasi fəal vətəndaşını Gürcüstan prezidenti Salome Zurabişvilini dəstəkləmək üçün Gürcüstana göndərilməsindən narazılığı ilə də izah olunur. Bu hərəkət Gürcüstanın siyasi dairələrində mənfi reaksiyaya səbəb olub və görünür ki, ölkənin tranzit siyasətinə təsir edib.

“Bakı-xeber.com” şərhində yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın gürcüstanlı həmkarı İrakli Kobaxidzeyə yazdığı sönük təbrik məktubunda da aydın hiss olunurdu ki, seçkinin nəticələri onların gözləntilərini doğrultmayıb.

Maraqlıdır ki, bir il əvvəl Fransanın “Bastion” markalı çoxməqsədli zirehli maşınlarının Gürcüstanın Poti limanından Ermənistana daşındığı üzə çıxmışdı. Gürcüstan daha əvvəl Ermənistana silah və hərbi texnika daşınmasına icazə vermirdi. Bu da Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin roluna uyğun bir davranış idi. Əgər iddialar doğrudursa, demək, Gürcüstan yenə əvvəlki strateji tərəfdaşlıq əlaqələrinin roluna uyğun siyasətə qayıdıb.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Fransa istehsalı olan SEZAR-ların Gürcüstanda qalması Azərbaycan və Gürcüstan arasında olan strateji tərəfdaşlığın yaxşı nəticəsidir: “Gürcüstan da yaxşı anlayır ki, Ermənistan kimi bir ölkənin silahlandırılması regionda yeni gərginliyə yol aça və bölgədə hadisələr arzuolunmaz ssenari üzrə inkişaf edə bilər. Belə arzuolunmaz vəziyyət isə şübhəsiz Gürcüstana da təsirlərini göstərəcək. Çünki bir ölkənin qonşuluğunda təhlükəsizlik təhdidləri yaranırsa, bu vəziyyətin məhz həmin ölkəyə də mənfi təsirləri olur. Digər tərəfdən, Gürcüstanda seçki öncəsi kifayət qədər gərginlik var idi. Hakimiyyətə qarşı demək olar ki, prezident Salome Zurabişvili əsas rəqib hesab olunurdu və ermənilərin ona dəstək verməsi "Gürcü Arzusu" hökumətini razı sala bilməzdi. Yəni müəyyən qədər də olsa SEZAR silahlarının Gürcüstandan buraxılmamasında bu məsələnin də təsiri ola bilər. Ancaq əsas məsələ Gürcüstan-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri öz təsirini göstərir. Gürcüstan bu cür mövqedən daim çıxış etməlidir. Hər hansı təsirlərlə, təzyiqlərlə, ultimatum xarakterli mesajlarla dövlət öz vahid strateji xəttindən çəkilməməlidir. Anlamalıdır ki, biz regionda yalnız bir-birimizə dəstək olaraq inkişafa və tərəqqiyə nail ola bilərik, Cənubi Qafqazı vahid bir orqanizm kimi görməliyik. Ətrafında güclü geosiyasi aktorlar olsa da Azərbaycan, Gürcüstan və Ermənistan nəhayət ki, Cənubi Qafqazda dayanıqlı sülh üçün birgə fəaliyyət haqqında düşünməlidir. Təəssüflər olsun ki, İrəvanda bu düşüncədə deyillər. Gürcüstan hakimiyyətini prinsipial mövqeyinə görə təqdir etmək lazımdır".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın silahlandırılmasına qarşı dəfələrlə münasibətini ortaya qoyub, silahlandırmanın Cənubi Qafqaz regionunda sülhü təhdid etdiyini bəyan edib: "Azərbaycan həmişə çağırış edib ki, digər bölgə dövlətləri də Ermənistanın silahlandırılması ilə bağlı ortaya mövqe qoysunlar. Amma təəssüf ki, digər dövlətlər Azərbaycan kimi mövqe nümayiş etdirmirdilər. Hətta Gürcüstan bir müddət öz ərazisindən Ermənistana Fransa silahlarının daşınmasına şərait yaratdı. Bu, həmin dövrlər idi ki, Gürcüstan Qərbdən təzyiqlərə məruz qalırdı, Fransa Tiflisə təsir edirdi. Fransa və bir sıra ermənipərəst dövlətlər Gürcüstanı Cənubi Qafqaza qapı rolunda görürdülər. Və Ermənistana Gürcüstan ərazisindən silah keçirilməsi sübut edirdi ki, bu cür qapı xoş niyyətlər üçün deyil. Lakin artıq Gürcüstanda seçkilər keçirilib və Fransanın diktəsi ilə hərəkət etməyən siyasi qüvvə hakimiyyətini qoruyub saxlamağı bacardı. Gürcüstanda hakimiyyət artıq seçki qayğısını xeyli dərəcədə arxada qoyduğundan Ermənistana silah daşınması üçün Gürcüstan ərazisindən istifadə edilməsinə qırmızı işıq yandıra bilər. Yayılan xəbər doğrudursa və belə olacaqsa, bu, həm də Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin ruhuna uyğun mövqe ortaya qoyması kimi dəyərləndirilə bilər. Məsələnin başqa bir tərəfi də var ki, son seçkilərdə ermənilər Qərbə bağlı olan gürcü müxalifətinə dəstək verirdilər. Hətta daxildə etirazlar, qarşıdurmalar yaradılması istiqamətində ermənilərə Ermənistandan sifariş verildiyi barədə məlumatlar yayılmışdı. Bu məqamın da "Gürcü Arzusu" hakimiyyətinin Ermənistana münasibətində müəyyən soyuqluq yarada biləcəyi ehtimalını söyləməyə əsas verir. Rəsmi Tiflis gördü ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər Gürcüstana qarşı istənilən oyunda alət olmağa böyük həvəslə razılıq verirlər. Günün birində daha bir təhlükəli oyunun Gürcüstana qarşı istiqamətlənməsi halında Ermənistan bu oyunda alət olmağa razı olacaq. Ona görə də hesab etmək olar ki, əgər həqiqətən də yayılan xəbər doğrudursa, Gürcüstan haqlı olaraq həmin silahların Ermənistana göndərilməsinə razılıq vermir. Bizim də Gürcüstandan gözləntimiz həm də budur".

Ekspert vurğuladı ki, Gürcüstan Cənubi Qafqazın tərkib hissəsidir. Ermənistan kimi bir ölkənin silahlandırılması həm də elə Gürcüstanın özü üçün də gələcəkdə təhlükələr vəd edir. Ona görə də Gürcüstan Azərbaycanla bu məsələdə maraq uzlaşması ortaya qoymalıdır: “Ermənistanın silahlandırılmasına qarşı birgə hərəkət, birgə siyasət yürüdülməlidir. Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması məhz Azərbaycanla Gürcüstanın yürütdüyü siyasətin qayəsini təşkil edir. Ancaq təəssüf ki, Ermənistan hələ ki bu siyasətə qoşulmaq istəmir. Ermənistanın qoşulmaq istədiyi təhlükəli oyunlardır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18
Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16
Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Maduro “kompleks müdafiə” qanununu imzaladı - "Venezolana de Television"
Bu gün, 06:59
"Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:53
Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? - İNCƏLƏMƏ
Bu gün, 06:50
"Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" - ETİRAZ
Bu gün, 06:47
"Belə adamlara çörək vermək olmaz..."
Bu gün, 06:43
Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni DETALLAR məlum oldu
Bu gün, 06:40
Məktəbdə etiraz: nazirlik bilməlidir ki... - Ekspert danışır...
Bu gün, 06:38
“Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib - FAKT BUDUR!
Bu gün, 06:34
İcbari tibbi sığortadan imtina etmək olar? - AKTUAL
Bu gün, 06:32
Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
Bu gün, 06:30
Paraddan gedən təyyarənin qəza etməsi... - yenə də...
Bu gün, 06:26
"Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb - VİDEO
Bu gün, 06:22
Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir?
Dünən, 18:04
Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? - "Azdrama" cavab verdi
Dünən, 18:01
Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb - “Al Jazeera“
Dünən, 17:59
Moskva geri çəkilir - Lavrov qərarı açıqladı
Dünən, 17:36
Zaxarovanın fərqli tonda çıxışı - Ermənistan üçün yeni nə mesaj var?
Dünən, 17:33
“İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin...”
Dünən, 17:22
“İnsan nə qədər əclaf olmalıdır ki…” - Çaxoyan
Dünən, 17:19
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Dünən, 17:13
Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir - RƏY
Dünən, 17:10
Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Dünən, 16:56
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - "Bu ağır anlarda..."
Dünən, 16:50
Rusiya Bəşər Əsədi təhvil verəcək? - Əhməd əş-Şəraa fikrində qətidir
Dünən, 16:45
Ermənilər Qazaxstan ununu bəyənmir? - GƏLİŞMƏ
Dünən, 16:40
Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı - Azərbaycandan gedirdi...
Dünən, 16:35
Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ - ŞOK SƏBƏB
Dünən, 15:48
Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" - Məhkəmə qərarı
Dünən, 15:45
"...nə qədər desən də xeyri yoxdur"
Dünən, 15:26
"Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Dünən, 15:14
“Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”
Dünən, 15:10
Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? – Kremldən inanılmaz tapşırıq
Dünən, 15:07
Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib - KİV
Dünən, 15:05
Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
Dünən, 15:03
Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib - “UNIAN“
Dünən, 14:59
Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram - Ermənistanlı nazir
Dünən, 14:58
Azərbaycanda yayılan xəstəlik nədir? - COVID, yoxsa?
Dünən, 14:26
Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu - FOTO
Dünən, 14:20
Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" - TƏFƏRRÜAT
Dünən, 14:14
Abbas Lisani saxlanıldı – 4 milli fəal Evin həbsxanası qarşısında həbs olundu
Dünən, 14:07
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı - TƏFƏRRÜAT
Dünən, 14:00
Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər - Kreml
Dünən, 13:57
Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? - AKTUAL
Dünən, 13:04
Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq - ONA GÖRƏ DƏ...
Dünən, 13:00
Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
Dünən, 12:56
Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Dünən, 12:54
Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
Dünən, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru