İsrail Ordusu İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirib .....                     İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb .....                     Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib .....                     Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu .....                     Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub .....                     Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq .....                     “İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” .....                     BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI .....                     “Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb .....                     Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur .....                     Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? .....                     İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır .....                     İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır .....                     İsrail Tehran radiosunu da vurdu .....                     Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? .....                     Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? .....                     Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? .....                     Çin İsrailin İrana hücumlarından narahatdır .....                     Daha kimlər ÖLMƏLİDİR Kİ... .....                     Gədəbəy rayonuna prokuror təyin edilib .....                     Lerikə yeni prokuror təyin edilib .....                     "İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" .....                     Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? .....                     Əvəz Zeynallının həyat yoldaşı: .....                     "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı .....                     “Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib .....                     Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik .....                     "Beeonline" ASC-də yığıncaq keçiriləcək .....                     “Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” .....                     Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ .....                     Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! .....                     Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək .....                     İranda üzdə olmaq da bir iş deyil... .....                     "Sepah Bank" kiberhücumla çökdürüldü .....                     Uzunmüddətli müharibəyə hazırıq .....                     İsrail-İran savaşında kritik an .....                     İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir .....                     Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı .....                     Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib .....                     SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur .....                 

Aydın Bəşirov və qalmaqallı oğlu ilə bağlı ilginc dosye - Məleykə Əsədovaya bağışlanan evdən tutmuş, yoxa çıxan “Vətən” yaxtasına qədər...
Tarix: 5-08-2015, 07:41 | Çap et
Aydın Bəşirov və qalmaqallı oğlu ilə bağlı ilginc dosye
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş rəisi Aydın Bəşirov yenidən ölkə mətbuatının gündəmindədir. Xatırladaq ki, vəzifədə olduğu illərdə daim ölkə mətbuatının, o cümlədən “Unikal” qəzetinin özündə faktları əks etdirən ittihamlarına tuş gələn Aydın Bəşirovun adı bu günə qədər çoxsaylı qalmaqallarda hallandırılıb. Ötən gün isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Yaxt Klubdan “Vətən” gəmisinin yoxa çıxması ilə bağlı Bəşirovlar yenidən özlərini gündəmə daşıdılar.
Məlumat üçün bildirək ki, bununla bağlı polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz əsaslarla saxlanırmış. F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.
Bunun ardınca isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Yaxt Klub rəhbərliyi də ərazisindən katerin oğurlanması ilə bağlı xəbərə münasibət bildirib. Yaxt Klubun mətbuat xidmətinin rəhbəri Əhməd Əsgərov bildirib ki, oğurlandığı iddia edilən 65 metrlik gəminin sahibi əslində QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur: “Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin gəmi itməyib və gəminin fotolarını sizə təqdim edəcəyik. Yaxt Klubdakı dayanacağa gəlincə, ora pullu və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq məqamlar və suallar mövcuddur”.
Məsələylə bağlı “Unikal” qəzetinə özəl kanallardan daxil olan məlumatda isə qeyd olunur ki, Aydın Bəşirovun oğlu İlqar Bəşirova məxsus olan 65 metrlik yaxtanın qiyməti fantastik rəqəmlərlə ifadə oluna bilər. Yaxtanın içərisində hər bir şəraitin olduğunu iddia edən mənbəmizin sözlərinə görə həmin yaxtanı oğluna Aydın Bəşirov hələ Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsində çalışarkən bağışlayıb. Belə ki, bu yaxta Aydın Bəşirov “Kaspar”ın rəhbəri olan dövrdə özəlləşdirilib, daha doğrusu, mənimsənilib. Özü də söhbət yaxtadan yox, Bakı-Ənzəli (İran) marşrutu üzrə hərəkət edən məşhur “Quryev” sovet paroxodundan gedir.
Lakin Aydın Bəşirov o zaman qanunları kobud şəkildə pozaraq dövlət əmlakı sayılan “Quryev” paroxodunu qəsb edib və onu oğlu İlqar Bəşirova verib. Bəşirovun oğlu da öz növbəsində qəsb olunmuş bu dövlət əmlakını yaxta kimi yenidən qurdurub.
“Kaspar”ın yeni rəhbərliyi isə dövlət əmlakının qanunsuz yollarla qəsb olunması faktını yalnız Aydın Bəşirovun istefasından sonra qəfildən yada salıb. “Xəzər Dəniz Gəmiçiliyi”nin iki kateri isə “Quryev”i yalnız bir həftə əvvəl Bakı limanına qaytarıb. Bu qəribə, amma tipik azərbaycansayağı əhvalatın bütün təfərrüatları qısaca olaraq bundan ibarətdir.
Bu isə haqlı olaraq ortaya belə bir sual çıxardır ki, bu qədər vəsaiti Aydın Bəşirov necə əldə edə bilərdi? Aydın məsələdir ki, bu Aydın Bəşirovun özünün də etiraf etdiyi kimi çoxsaylı yaxtalar heç də halal maaşla əldə oluna bilməz. Bu baxımdan aydın Bəşirovun mətbuata verdiyi açıqlamaya göz atmaq yerinə düşər: “Əlbəttə ki, yaxtam var. Yaxtam kifayət qədərdir, hətta qohumlarıma da çatar. Mənim bir neçə növ yaxtam var. Bu yaxtalar çempionatlara da qatılır”.
Maraqlı olduğu qədər və təzadlı açıqlamadır. Hətta bütün qohumlarına belə çatacaq qədər yaxtasının olduğunu etiraf edən aydın Bəşirov nədənsə onları hansı vəsait hesabına aldığını deməyi “unudub”. Amma biz onun “unutduğu” bu “xırda məsələylə” bağlı bəzi qeydlərimizi təqdim etmək istəyirik.
Qeyd edək ki, Aydın Bəşirov hələ Xəzər Dəniz Gəmiçiliyin rəisi olarkən ciddi qanun pozuntuları və korrupsiyaya imza atıb. Rəisliyinin son illərində isə o rəhbərlik etdiyi dövlət strukturunu faktiki olaraq oğlu İlqar Bəşirova təslim edib. Əldə etdiyimiz dəqiq məlumatlara əsaslanaraq iddia etmək olar ki, Aydın Bəşirovun oğlu İlqar Bəşirovu tərəddüd etmədən bu gün ölkənin ən zəngin adamları siyahısına daxil etmək olar. İlqar Bəşirov həmin vaxt qeyri-rəsmi olaraq "Xəzər dəniz gəmiçilik" idarəsini atası ilə necə deyərlər şərikinə işlədib. Bunun necə mümkün olmasının isə sadəcə bir izahı var. Belə ki, atasının rəhbərlik etdiyi idarənin balansındakı arsenaldan geninə-boluna yararlanan İlqar Bəşirov həmin illərdə özünün əsl biznes imperiyasını yaratmağa nail olub. Mənbənin bildirdiyinə görə, hazırda İlqar Bəşirovun atasının hesabına qazandığı milyonları İsveçrə banklarında saxlayır.
Bir məqamı da qeyd edək ki, İlqar Bəşirovun adı fəfələrlə mətbuatda müxtəlif qalmaqallarla paralel hallanıb. Məsələn, bir müddət əvvəl onun qəribə fotoları yayılmışdı. Həmin fotolardan keçmiş məmurun oğlunun silahlara və ova böyük maraq göstərdiyi məlum olur. Belə ki, oğul Bəşirov fotolarda əlindəki müxtəlif silahlarla görüntülənmişdi.
Aydın Bəşirovun özünə gəlincə isə onun “ÇP”ləri də yetərincədir. Bunların içərisində ən səs-küylü olay isə Aydın Bəşirovun xalq artisti Məleykə Əsədovaya ev hədiyyə etməsini göstərmək olar. Bunu hətta Aydın Bəşirov sonradan özü də etiraf etməyə məcbur olmuşdu: "Təxminən 15-16 il bundan əvvəl görkəmli aktyor, mərhum Həsənağa Turabov Məleykə Əsədova ilə yanıma gəldi və xahiş etdi ki, o vaxtı İçərişəhərdən yuxarıda yaşadıqları birotaqlı evə bitişik olan evi ona verək. Həmin evdə də əvvəllər erməni yaşayıb və Gəmiçiliyin balansında idi. Xahiş etdilər, mən də o evi verdim Məleykəyə, oldu ikiotaqlı ev".
Daha sonra isə aktrisanın həmin evdən balkon çıxarmasına da məhz Aydın bəyin icazə verdiyi məlum olub. Məmur eləcə də bildirib ki, Məleykə Əsədovanın sənətini bəyəndiyi üçün ona ev hədiyyə edib: "Hətta, toyuna da dəvət edib və mən də toyunda iştirak etmişəm. Ümumiyyətlə, hələ əvvəldən Məleykə Əsədovanın şeir deməyindən çox xoşum gəlib. Baxma da, xalq artistidir. Mən təkcə Məleykə Əsədovaya deyil, digər adamlara da çox kömək etmişəm".
İndi isə bir məsələnin araşdırılmasına ciddi ehtiyac var. Bütün qohumlarına çatacaq qədər yaxtaları olan, Məleykə Əsədovaya və adlarını açıqlamadığı digərlərinə ev hədiyyə edən, oğlunu ölkənin ən varlı şəxsləri sırasına çıxardan Aydın Bəşirov bu qədər var-dövləti, pulu necə və hansı yollarla əldə edib?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail Ordusu İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirib
Bu gün, 23:47
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
Bu gün, 22:10
Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib - KİV
Bu gün, 22:09
Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu - Elçin Aslangil yazır...
Bu gün, 21:34
Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub - KİV
Bu gün, 19:12
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq - KİV
Bu gün, 18:06
“İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - VİDEO
Bu gün, 18:04
BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI - VİDEOFAKT
Bu gün, 17:56
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
Bu gün, 17:50
Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur - Bəlanın kökü qurudulur
Bu gün, 17:46
Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? - AKTUAL
Bu gün, 17:42
İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır - “İnterfaks"
Bu gün, 17:40
İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır - Energetika Nazirliyi
Bu gün, 17:38
İsrail Tehran radiosunu da vurdu - VİDEO
Bu gün, 17:05
Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? - İLGİNC
Bu gün, 17:00
Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? - FOTO
Bu gün, 16:58
Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? - AKTUAL
Bu gün, 16:53
Çin İsrailin İrana hücumlarından narahatdır
Bu gün, 16:12
Daha kimlər ÖLMƏLİDİR Kİ... - NAEAZILIQ VAR...
Bu gün, 16:10
Gədəbəy rayonuna prokuror təyin edilib - ƏMR
Bu gün, 16:05
Lerikə yeni prokuror təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
"İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 16:00
Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:56
Əvəz Zeynallının həyat yoldaşı: - Bankla bağlı problem həll edildi
Bu gün, 15:54
"Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Bu gün, 15:52
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib - DİQQƏT
Bu gün, 15:49
Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik - İsrail ordusu
Bu gün, 15:41
"Beeonline" ASC-də yığıncaq keçiriləcək
Bu gün, 15:36
“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayev
Bu gün, 15:32
Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ - “Bizim simamız yoxdur?”
Bu gün, 15:26
Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! - SEVGİMİZ SARSILIR...
Bu gün, 15:21
Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək - Alen Simonyan
Bu gün, 15:19
İranda üzdə olmaq da bir iş deyil... - Görünəni odur ki...
Bu gün, 15:16
"Sepah Bank" kiberhücumla çökdürüldü
Bu gün, 15:09
Uzunmüddətli müharibəyə hazırıq - İran Silahlı Qüvvələri Baş Qərargah rəisi
Bu gün, 15:06
İsrail-İran savaşında kritik an – Zəngilanda axtarırdılar, görün harada tapıldı
Bu gün, 13:10
İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir - Netanyahu
Bu gün, 13:04
Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı - AXIR Kİ...
Bu gün, 13:02
Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib
Bu gün, 12:57
SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur - İLGİNC FAKT
Bu gün, 12:47
Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? - İLGİNC DETALLAR
Bu gün, 12:36
Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ – “Birgə hərəkət edib televiziyaları düzəldin”
Bu gün, 12:29
Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? – “Sərhədlərin bağlı olması ideyası daha böyük məna və əhəmiyyət kəsb edir”
Bu gün, 12:26
İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb - TASS
Bu gün, 12:19
SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:17
İsrail İrandan necə qorunur? - Çoxqatlı sistem belə İŞLƏYİR
Bu gün, 12:15
“Pilot-16” MMC-də iş icraçısı AZADLIĞA ÇIXDI - QƏRAR
Bu gün, 12:13
Paşinyan bu tarixdə Türkiyəyə gedəcək - İDDİA
Bu gün, 12:01
Ərdoğan İranı niyə dəstəkləyir? - “Regnum”
Bu gün, 11:58
Bakıda vəzifəli şəxslərə qarşı dələduzluq etməkdə ittiham olunan şəxs özünü təqsirli bilmir
Bu gün, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru