Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub .....                     Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq .....                     “İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” .....                     BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI .....                     “Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb .....                     Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur .....                     Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? .....                     İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır .....                     İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır .....                     İsrail Tehran radiosunu da vurdu .....                     Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? .....                     Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? .....                     Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? .....                     Çin İsrailin İrana hücumlarından narahatdır .....                     Daha kimlər ÖLMƏLİDİR Kİ... .....                     Gədəbəy rayonuna prokuror təyin edilib .....                     Lerikə yeni prokuror təyin edilib .....                     "İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" .....                     Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? .....                     Əvəz Zeynallının həyat yoldaşı: .....                     "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı .....                     “Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib .....                     Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik .....                     "Beeonline" ASC-də yığıncaq keçiriləcək .....                     “Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” .....                     Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ .....                     Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! .....                     Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək .....                     İranda üzdə olmaq da bir iş deyil... .....                     "Sepah Bank" kiberhücumla çökdürüldü .....                     Uzunmüddətli müharibəyə hazırıq .....                     İsrail-İran savaşında kritik an .....                     İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir .....                     Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı .....                     Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib .....                     SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur .....                     Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? .....                     Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ .....                     Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? .....                     İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb .....                 

Nəqliyyat nazirliyi adına gizli yeyinti ünvanı... - Lisenziya üçün rüsumdan əlavə yığılan milyonlar hansı işlərə xərclənir?
Tarix: 18-07-2015, 09:35 | Çap et
Nəqliyyat nazirliyi adına gizli yeyinti ünvanı...
Azərbaycanda nəqliyyat müfəttişləri tərəfindən ayrı-ayrı sürücülərin sənədlərinin alınması, avtomobillərdən dövlət nömrə nişanlarının açılması və digər qanun pozuntuları halları artıb. Üstəlik, nəqliyyat müfəttişləri onların özbaşına hərəkətlərinə etiraz edən sürücülərə qarşı zorakılıq tətbiq edir, onları vəhşicəsinə döyürlər. Qaydalara əsasən isə müfəttişlərin maşınların nömrəsini açmağa, sürücülərin sənədlərini almağa ixtiyarı yoxdur. Onlar sənədləri yalnız yoxlaya bilərlər. Yük və sərnişin daşıyan sürücülərin borcudur ki, müfəttiş sənədi baxmaq üçün istədikdə təqdim etsinlər. Lakin sürücülər sənədləri təqdim etsələr də nəqliyyat müfəttişləri səlahiyyətlərini aşır və onlara qarşı xoşagəlməz hərəkətlərə yol verirlər. Nazir Ziya Məmmədov isə iddia edir ki, nəqliyyat müfəttişlərinin sürücülərə qarşı törətdiyi qanunsuzluqların qarşısı alınır. Amma nazirin söylədiklərinin əksinə olaraq bu günlərdə onun tabeliyindəki müfəttişlər daha bir qanunsuzluğa imza atıblar. Bu barədə müfəttişlərin zorakılığına məruz qalmış sürücü Elman Əhmədov mətbuata danışıb. O bildirib ki, iyulun 14-də saat 10:45 radələrində yaxın qohumunu avtovağzala aparıb. Onu yola saldıqdan sonra iki nəfər qəfil maşınına yaxınlaşaraq özlərini təqdim etmədən fiziki güc tətbiq ediblər: "Maşının açarlarını zorla əlimdən aldıqdan sonra özümü də itələyib yerə saldılar. Yıxılaraq əlimdən zədə aldım. Maşınımı isə qaçırdılar". Elman Əhmədov qeyd edib ki, ilk olaraq nə baş verdiyini anlamayıb. Daha sonra isə idarə etdiyi avtomobilin kimlər tərəfindən qaçırıldığını öyrənə bilib: "Mənim idarə etdiyim 10 PS 395 dövlət nömrə nişanlı maşınımı Nəqliyyat Nazirliyinin müfəttişlərinin qaçırdığını öyrəndim. Maşında olan əşyalarımın taleyi isə müəmmalıdır. Mən taksi fəaliyyəti ilə məşğul olmuram. Maşının qaçırılması ilə bağlı 102 Xidmətinə zəng etdim. Həmin zəngimdən sonra məni 40-cı Polis Bölməsinə dəvət edib izahat aldılar. Amma hələ də maşınımın harada olduğu və taleyinin necəliyindən xəbərim yoxdur". Apardığımız araşdırmalar göstərir ki, bu, Ziya Məmmədovun işçilərinin ilk özbaşınalığı deyil. Belə ki, ötən ilin sonlarında Bakının Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında yaranan mübahisə bir müddət müzakirə mövzusuna çevrilmişdi. Məlumata görə, Kürdəmir rayon sakini, 23 yaşlı Mikayılov Nəsir Şirvan oğlu paytaxtda taksi fəaliyyəti ilə məşğul olarkən 4 nəfərin hücumuna məruz qalıb.Sürücü mülki geyimdə olan bu şəxslərin müştəri kimi maşına əyləşdiklərini bildirib. Qapılar bağlanan kimi "müştərilər" əvvəlcə sənəd, daha sonra isə lisenziyasız taksi fəaliyyəti göstərməsi üçün pul tələb ediblər. Sənədlərinin ələ keçməməsi üçün Nəsir avtomobilini məcburən səkiyə dırmaşdırsa da, bir fayda verməyib. Həmin şəxslər avtomobilin sənədini götürərək avtomobillə ərazidən uzaqlaşıblar. Eyni hal bu ilin fevral ayında da təkrarlanıb. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb. Şuşa rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən döyülüb. Ümumiyyətlə, nəqliyyat müfəttişləri tərəfindən sürücülərin döyülməsi halları kifayət qədərdir. Bu problemin yaranmasının kökündə isə taksi fəaliyyəti dayanır. Belə ki, nəqliyyat müfəttişləri ürəkləri istəyən şəxsin maşınına minib sürücünün taksi fəaliyyəti ilə məşğul olmasını bildirirlər. Qarşı tərəf buna etiraz edəndə tərəflər arasında mübahisə yaranır. Nəzərinizə çatdırmaq istəyirik ki, Nəqliyyat Departamentinin işçilərinin taksi sürücülərinə lisenziyanı dövlət rüsumundan baha qiymətə satması haqda dəfələrlə məlumat verilib. Əfsus ki, bu vaxta qədər heç bir tədbir görülməyib. Ölkədə korrupsiyaya qarşı mübarizə yeni başlayanda Nəqliyyat Departamentinin əməkdaşları taksi sürücülərinə lisenziya almaq üçün idarəyə getməyi məsləhət görürdü. Aradan bir müddət keçəndən sonra yenidən taksi sürücülərini lisenziyanı onlardan almağa məcbur edirlər. Sürücülərin dediyinə görə, həmin məbləği departamentin işçilərinə ödəməyən sürücülərə işləməyə imkan verilmir. Deyilənə görə, nəqliyyat müfəttişlərinin belə qanunsuz işlər görməsini nazir əmr edib. Lisenziyanın müddətindən bir gün keçən kimi isə taksi sürücüləri dərhal cərimələnir. Onu da qeyd edək ki, taksi fəaliyyəti üçün tələb olunan lisenziyanın dövlət rüsumu 18 manatdır. Buna baxmayaraq, taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən dövlət rüsumunun əvəzinə 57-60 manat alınır. Maraqlıdır ki, lisenziyanın aylıq pulunun ödənilməsi ilə bağlı qəbzin üzərində 18 manat yazılır, amma sürücülərdən əlavə "rüsum" tələb edilir. Bu azmış kimi, heç bir sürücünün tələbinə məhəl qoymadan onlardan istədikləri məbləği alırlar və etiraz edənlər nəqliyyat yetkililəri ilə üzləşməli olurlar. Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan minlərlə sürücünün olduğunu nəzərə alsaq Nəqliyyat Nazirliyinin büdcəsinə lisenziyalara görə alınan "rüsum"un hesabına milyonlarla manat vəsaitin daxil olduğu məlum olar. Həmin pulların hansı işlərə sərf edildiyi isə bəlli deyil. Nəqliyyat müfəttişlərinin özbaşına əməlləri həm taksi sürücüləri, həm də vətəndaşları boğaza yığıb. Təəssüf ki, nazir Ziya Məmmədov özünü qoçu ədəbsiz aparan müfəttişlərə qarşı heç bir tədbir görmür, ya da görmək istəmir. Görəsən, niyə? Biz inanırıq ki, islahatlar tezliklə Nəqliyyat Nazirliyinə də keçəcək və işçilərinin özbaşına əməllərinin qarşısını ala bilməyən nazir görəvdən alınacaq.

Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub - KİV
Bu gün, 19:12
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq - KİV
Bu gün, 18:06
“İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - VİDEO
Bu gün, 18:04
BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI - VİDEOFAKT
Bu gün, 17:56
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
Bu gün, 17:50
Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur - Bəlanın kökü qurudulur
Bu gün, 17:46
Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? - AKTUAL
Bu gün, 17:42
İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır - “İnterfaks"
Bu gün, 17:40
İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır - Energetika Nazirliyi
Bu gün, 17:38
İsrail Tehran radiosunu da vurdu - VİDEO
Bu gün, 17:05
Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? - İLGİNC
Bu gün, 17:00
Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? - FOTO
Bu gün, 16:58
Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? - AKTUAL
Bu gün, 16:53
Çin İsrailin İrana hücumlarından narahatdır
Bu gün, 16:12
Daha kimlər ÖLMƏLİDİR Kİ... - NAEAZILIQ VAR...
Bu gün, 16:10
Gədəbəy rayonuna prokuror təyin edilib - ƏMR
Bu gün, 16:05
Lerikə yeni prokuror təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
"İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 16:00
Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:56
Əvəz Zeynallının həyat yoldaşı: - Bankla bağlı problem həll edildi
Bu gün, 15:54
"Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Bu gün, 15:52
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib - DİQQƏT
Bu gün, 15:49
Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik - İsrail ordusu
Bu gün, 15:41
"Beeonline" ASC-də yığıncaq keçiriləcək
Bu gün, 15:36
“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayev
Bu gün, 15:32
Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ - “Bizim simamız yoxdur?”
Bu gün, 15:26
Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! - SEVGİMİZ SARSILIR...
Bu gün, 15:21
Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək - Alen Simonyan
Bu gün, 15:19
İranda üzdə olmaq da bir iş deyil... - Görünəni odur ki...
Bu gün, 15:16
"Sepah Bank" kiberhücumla çökdürüldü
Bu gün, 15:09
Uzunmüddətli müharibəyə hazırıq - İran Silahlı Qüvvələri Baş Qərargah rəisi
Bu gün, 15:06
İsrail-İran savaşında kritik an – Zəngilanda axtarırdılar, görün harada tapıldı
Bu gün, 13:10
İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir - Netanyahu
Bu gün, 13:04
Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı - AXIR Kİ...
Bu gün, 13:02
Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib
Bu gün, 12:57
SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur - İLGİNC FAKT
Bu gün, 12:47
Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? - İLGİNC DETALLAR
Bu gün, 12:36
Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ – “Birgə hərəkət edib televiziyaları düzəldin”
Bu gün, 12:29
Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? – “Sərhədlərin bağlı olması ideyası daha böyük məna və əhəmiyyət kəsb edir”
Bu gün, 12:26
İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb - TASS
Bu gün, 12:19
SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:17
İsrail İrandan necə qorunur? - Çoxqatlı sistem belə İŞLƏYİR
Bu gün, 12:15
“Pilot-16” MMC-də iş icraçısı AZADLIĞA ÇIXDI - QƏRAR
Bu gün, 12:13
Paşinyan bu tarixdə Türkiyəyə gedəcək - İDDİA
Bu gün, 12:01
Ərdoğan İranı niyə dəstəkləyir? - “Regnum”
Bu gün, 11:58
Bakıda vəzifəli şəxslərə qarşı dələduzluq etməkdə ittiham olunan şəxs özünü təqsirli bilmir
Bu gün, 11:52
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat - BUNDAN SONRA...
Bu gün, 11:45
Yaxın Şərqdə pozulan hüquq: İsrail-İran müharibəsində yaxşı və pis ssenari - NƏ BAŞ VERİR?
Bu gün, 11:28
İranın bundan sonraya NƏ QƏDƏR GÜCÜ QALIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:23
Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv ediləcək
Bu gün, 11:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru