Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər .....                     Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər .....                     Pasient Nigar Məmmədovanın səhvindən ölüb? .....                     "Orxan Mürsəlov mülkümü dağıtdırdı…" .....                     Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi .....                     Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... .....                     Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR .....                     DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək .....                     "Bu Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilir" .....                     Şəhid ailəsi Prezidentdən kömək istədi .....                     Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir? .....                     Yüksələn neft qiyməti: Bəs nə vaxta qədər? .....                     Sertifikasiyadan kəsilən müəllimlər repetitora çevrilir? .....                     "Uşaqlarıma təhsil belə, verə bilmirəm" .....                     Sosial yardımı kəsmək üçün əcaib bəhanə .....                     Şimali Makedoniya Parlament Assambleyasının sədri .....                     Üç ölkə üçün fəlakət ssenarisi: Azərbaycan da var .....                     Tramp komandasına təcili İran rəsmiləri ilə görüşməyi tapşırıb .....                     Erməni kilsəsi yenə Paşinyana meydan oxudu .....                     ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq .....                     Bakı milyonçusunun tikdirdiyi məscid xarabalığa çevrilib .....                     İran məşhur taktikaya əl atdı .....                     SEPAH-ın ölkəmizə qarşı böhtanı və təxribatı: "Tehranı vuran təyyarələr Azərbaycandan qalxır" .....                     İsrail Təbriz hava limanına hücum etdi .....                     Türkiyə və Ermənistan XİN rəsmiləri ikitərəfli məsələləri müzakirə ediblər .....                     İranın "Boz kardinalı", Xomeneinin ən nüfuzlu adamı Şamxani də öldürülüb? .....                     “İba Group” MMC 1,2 milyon manata iki xəstəxananın layihə smeta sənədini hazırlayacaq .....                     Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib .....                     AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb .....                     Hacı Şahinin oğlu nişanlandı .....                     "Mənim heç 74 yaşlı atam olmadı" .....                     İran və İsrail orduları üz-üzə: texnologiya, strateji zərbələr və Azərbaycanın maraqları .....                     İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb .....                     Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? .....                     İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib .....                     Azyaşlıya qarşı əxlaqsız hərəkət etdi, polisə tabe olmadı .....                     Tanınmış iş adamı oğluna möhtəşəm toy etdi: .....                     “Həmişə deyirdi ki, Mirzə Babayev kimi 90 yaşına qədər oxuyacam, bu sənət çox pisdir” .....                     AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb .....                     “İranın nüvə proqramını məhv etmək mümkün deyil...” .....                 

Dünyamin Xəlilov borclarını qaytarmaq üçün hansı üsula əl atıb? - İDDİA
Tarix: 16-05-2015, 09:45 | Çap et
Dünyamin Xəlilov borclarını qaytarmaq üçün hansı üsula əl atıb?
Bu gün mətbuatın gündəmini zəbt edən əsas mövzulardan biri də bir neçə oliqarxın, nəhəng biznes şəbəkəsinə sahib olan iş adamlarının "maliyyə xəyanətlərinə" görə həbs olunma və istintaqa cəlb edilməsi ilə bağlı məsələdir. Qeyd edək ki, keçmiş millət vəkili, " Globus Plaza"nın sahibi Dünyamin Xəlilovun da həbs olunduğuna dair müxtəlif səpkili informasiyalar yer almaqdadır.

Mövzu ilə bağlı əldə olunmuş bilgilərdə deyilir ki, artıq bir müddətdir ki, " Globus Plaza"da ciddi yoxlamalar həyata keçirilir. Mötəbər mənbənin sözlərindən belə aydın olur ki, Dünyamin Xəlilov Azərbaycan Beynəlxalq Bankındakı yeyintilərdə iştirak etmiş şəxslərdən biridir: "Deyilənlərə görə, sabiq deputat " Globus Plaza"nın mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçinin adına Azərbaycan Beynəlxalq Bankından 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə bu kreditlərdən xəbərləri yoxdur. Onu da nəzərinizə çatdırım ki, Azərbaycan Beynəlxalq Bankının filiallarından biri " Globus Plaza"nın 3-cü mərtəbəsində yerləşib. Bu günlərdə isə həmin filialın fəaliyyəti dayandırılaraq plazadan köçürülüb".

Bu arada, mia.az xəbər verir ki, Dünyamin Xəlilov sıradan iş adamı deyil. Onun Ədliyyə Nazirliyinin arxasında da ofisi var. Sabiq deputatın şirkəti Bakının müxtəlif istiqamətlərində dövlət sifarişləri əsasında tikinti işləri də aparıb. Elə Beynəlxalq Avtovağzalın arxa tərəfində gölün qurudulması və ərazidə aparılan işlərə də Dünyamin Xəlilovun şirkəti məsuldur.

Qeyd edək ki, həbs olunması ilə bağlı APA-ya açıqlama verən keçmiş deputat barəsində yayılan informasiyaları təkzib edib. Belə ki, "Mən hazırda müalicədəyəm" deyən "Globus Plaza" şirkətinin sahibi bildirib ki, gün ərzində ona həbs olunması ilə bağlı çoxlu sayda zənglər gəlib: "Bu xəbərlər həqiqəti əks etdirmir. Mən xəstəyəm və hazırda müalicə olunuram". Maraqlı məqam ondadır ki o, istintaqa dəvət olunub-olunmaması ilə bağlı sualı cavablandırmaqdan imtina edib…

"Globus Plaza" ticarət mərkəzinin bir vaxtlar adı Azərbaycan Beynəlxalq Bankından 250 milyon dollar kredit alıb geri qaytarmamaqda hallanan və bu işlə bağlı saxlanılan iş adamı Xəqani Bəşirovun şirkəti tərəfindən inşa edildiyini vurğulayan məlumatlı şəxs Dünyamin Xəlilovun 1961-ci ildə Tiflisdə anadan olduğunu bildirib: "O, Azərbaycan Neft və Kimya İnstitutunun elektromexanika fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1984-cü ildən "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyində mühəndis, mühəndis-sazlayıcı, "Şelfqazavtomatika" İdarəsində mühəndis-sazlayıcı, mühəndis-dispetçer olub. 1991-ci ildən "İntexsentr" mərkəzində şöbə rəisi, Kinematoqrafçılar İttifaqının "Damla" təşkilatında sərəncamçı menecer, direktor müavini işləyib. 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin "Vneşekspertservis" şirkətində şöbə rəisi, direktor müavini işləyib. 1994-cü ildən "Avant" Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri, 1997-ci ildən "Nurimpeks" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 1998-ci ildən "Vneşekspertservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş meneceri vəzifələrində çalışıb. 2004-2005-ci illərdə "General Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru olub. Dünyamin Xəlilov həmçinin, Şəki Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin rəhbəridir. O, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla yaxın münasibətlərə malikdir. Elxan Usubov bəzi məsələlərdə Dünyamin Xəlilovla ortaq hərəkət edib, onunla eyni mövqedən çıxış edərək hər iki tərəfi razı salan nəticələr əldə edib".

Məlumat üçün bildirək ki, bir müddət öncə Dünyamin Xəlilovla bağlı www.ipekchi.biz saytında olduqca maraqlı məqalə yayımlanmışdı. Həmin yazıda qeyd olunur ki, 2012-ci ilin aprel ayında ölkənin müxtəlif şəhər və rayonlarında keçirilmiş antiterror əməliyyatları zamanı zərərsizləşdirilən terrorçudan 7 nəfəri Şəki mühafizə polisinin əməkdaşı, yerdə qalan əksəriyyəti isə sabiq deputat Dünyamin Xəlilovun təsisçisi olduğu özəl mühafizə dəstəsinin - "Inter Security" şirkətinin, əməkdaşları idilər. Terrorçuların həbsindən dərhal sonra "Şəki-İpək" ASC işçilərinə istinadən Hikmət Rəhimov adlı bir şəxs tərəfindən KİV-ə ötürülən məlumatda göstərilmişdi ki, terrorçulardan biri - Rəşad Aşurov, "Inter Security" şirkətinin "Şəki-İpək" ASC üzrə mühafizə xidmətində işləyir və Dünyamin Xəlilov tez-tez kombinata gələndə Rəşad Aşurov onun yanında olur. Dünyamin Xəlilov isə öz növbəsində mediaya cavab verdi ki, onun Rəşad Aşurovla yaxından tanışlığı olmayıb: "Həmin şəxs ASC-nin mühafizə xidmətində işləyib. Hətta bunu da dəqiq deyə bilmərəm. Çünki yadımda deyil. Amma deyək ki, işləyib. Və mən ora gələndə ola bilsin ki, mühafizə xidmətinin əməkdaşı kimi o da orda olub. Lakin mən onu yaxından tanımıram və onun kənarda hansı işlərlə məşğul olması barədə məlumatım olmayıb... Bir daha qeyd edirəm ki, həmin şəxs sadəcə mühafizəçi işləyib. Indi bizim yanımızda durubsa o demək deyil ki, biz onun yaxından tanıyırıq. Sizə göndərilən müraciətdə qeyd olunanlar yanlışdır". Lakin ipekchi.biz saytı sabiq deputatın cavabının həqiqətə uyğun gəlmədiyini bildirib. Belə ki o, 2005-ci ildə 111 saylı Zaqatala-Balakən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürərkən məhz Rəşad Aşurov onun nümayəndəsi olub. "Şəki Tikinti Materialları" ASC-nin səhmdarlarından biri olan Nəbi Mustafabəyli isə yazır ki, "Rəşad Aşurov əvvəllər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı nəzərdə tutulur-red.) özəl mühafizə xidmətində mühafizəçi işləyib. Dünyamin Xəlilovun şəxsi sürücüsü, "yaxşı" işlədiyinə görə elə Dünyamin Xəlilov tərəfindən "irəli" çəkilərək, Şəki-Zaqatala bölgəsi üzrə mühafizə rəisi olub". Məlumat üçün əlavə edək ki, "Inter Security"nin Şəki-Zaqatala bölgəsi üzrə mühafizə rəisinin ofisi "Şəki-İpək" ASC-nin idarə binasında yerləşir. İpekchi.biz saytı iddia edir ki, rəsmi məlumatlara görə, baş tutmuş əməlliyyat zamanı Rəşad Aşurovun evində 4 ədəd avtomat silah, 1 ədəd "RPK" tipli əl pulemyotu, 4 ədəd müxtəlif tipli tapança, 100 min ədəd patron, 33 ədəd müxtəlif tipli əl qumbarası, 29 ədəd qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular və maddələr, 20 detonator, 36 ədəd "Kenwood" markalı rabitə aparatı, qanunla qadağan edilmiş digər sursat və əşyalar, habelə terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyatlar, əsasən beynəlxalq terrorçulara xas olan xüsusi bilgilərdən və sxemlərdən istifadə olunmaqla diqqəti cəlb etməyən oyuncaq maşının içərisinə partlayıcı maddələr - 438,2 qram plastid, 200 və 75 qramlıq trotil şaşkaları, kapsul, təlafatın və xəsarətin geniş miqyasına hesablanmış dəmir qırıntıları yerləşdirilmiş və məsafədən idarə olunan, 100 metr radiusda canlı qüvvəni məhv etməyə qadir 1 ədəd partlayıcı və s. aşkar edilib. Maraqlıdır ki, Dünyamin Xəlilovun təsisçisi olduğu özəl mühafizə dəstəsi işçilərinin Azərbaycanda dəhşətli terror hadisələri törətməyə hazırlaşmaları sübut edilsə də, onun özünə "gözün üstə qaşın var" deyən olmadı?!

Məlumatda o da qeyd olunur ki, Şəki olimpiya idman kompleksi Dünyamin Xəlilovun baş direktoru olduğu "General Construction" MMC-nin balansındadır. Qazax, Qusar və Zaqatala olimpiya idman komplekslərini də bu şirkət öz vəsaiti ilə inşa edib. Bundan başqa, Şəki şəhər su eliktrik stansiyasının tikilməsi də "General Construction" MMC-yə həvalə olunub. Məlumatlı şəxs iddia edir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla Dünyamin Xəlilovun dostluğu məhz sabiq millət vəkilinin Şəki ilə bağlı kommersiya fəaliyyətindən irəli gəlir. Bundan başqa, əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, Dünyamin Xəlilov borclarını qaytarmaq üçün sahib olduğu " Globus Plaza" ticarət mərkəzində böyük endirimə start verib: "Bu günlərdə saxlanılan oliqarx Dünyamin Xəlilovun ticarət mərkəzində yerləşən "Harvey Nichols" mağazası satdığı mallara böyük endirim elan edib. Deyilənlərə görə, obyektin sahibi elit firmanın məhsullarını misilsiz endirimlə satışa çıxarıb. Həmin mallara 60 faiz endirim elan edilib. Rəhbərliyin bu addımı atması onun nağd pula kəskin ehtiyacının yaranması ilə izah olunur. Görünür, Dünyamin Xəlilov bu yolla borclarını qaytarmağı düşünür…"

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

(Ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər - İrandan isə...
Bu gün, 07:25
Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər - AÇIQLAMA
Bu gün, 07:21
Pasient Nigar Məmmədovanın səhvindən ölüb? - TƏFƏRRÜAT
Bu gün, 07:14
"Orxan Mürsəlov mülkümü dağıtdırdı…" - Gədəbəydə ÖZBAŞINALIQ
Bu gün, 07:10
Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi - MƏMUR İMİŞ...
Bu gün, 07:07
Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... - İTTİHAM VAR...
Bu gün, 07:01
Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR - DİQQƏT
Bu gün, 06:55
DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək - ÇAĞIRIŞ
Bu gün, 06:53
"Bu Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilir" - partiya sədri
Bu gün, 06:50
Şəhid ailəsi Prezidentdən kömək istədi - "...ödəyə bilmirəm"
Bu gün, 06:47
Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir? - NƏ BAŞ VERİR?
Bu gün, 06:37
Yüksələn neft qiyməti: Bəs nə vaxta qədər? - AKTUAL
Bu gün, 06:34
Sertifikasiyadan kəsilən müəllimlər repetitora çevrilir? - ARAŞDIRMA
Bu gün, 06:31
"Uşaqlarıma təhsil belə, verə bilmirəm" - MÜRACİƏT
Bu gün, 06:29
Sosial yardımı kəsmək üçün əcaib bəhanə - BU NƏDİ BELƏ?
Bu gün, 06:26
Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana gəldi
Bu gün, 06:23
Üç ölkə üçün fəlakət ssenarisi: Azərbaycan da var – “Hazır olun!”
Bu gün, 06:20
Tramp komandasına təcili İran rəsmiləri ilə görüşməyi tapşırıb
Bu gün, 06:11
Erməni kilsəsi yenə Paşinyana meydan oxudu - GƏLİŞMƏ
Bu gün, 06:10
ABŞ-nin müdafiə naziri: Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq - Amerika müharibəyə qoşuldu
Bu gün, 06:07
Bakı milyonçusunun tikdirdiyi məscid xarabalığa çevrilib - “Babama qarşı bu haqsızlıqdır”
Bu gün, 00:01
İran məşhur taktikaya əl atdı – Bunu İsrail də gözləmirdi
Dünən, 23:57
SEPAH-ın ölkəmizə qarşı böhtanı və təxribatı: "Tehranı vuran təyyarələr Azərbaycandan qalxır" - FOTOFAKT
Dünən, 23:52
İsrail Təbriz hava limanına hücum etdi - “Nur Nyus”
Dünən, 18:18
Türkiyə və Ermənistan XİN rəsmiləri ikitərəfli məsələləri müzakirə ediblər
Dünən, 18:16
İranın "Boz kardinalı", Xomeneinin ən nüfuzlu adamı Şamxani də öldürülüb?
Dünən, 17:39
“İba Group” MMC 1,2 milyon manata iki xəstəxananın layihə smeta sənədini hazırlayacaq - TƏFƏRRÜAT
Dünən, 17:36
Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib - Rusiya XİN
Dünən, 17:30
AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb - DİQQƏT...
Dünən, 17:28
Hacı Şahinin oğlu nişanlandı - FOTO
Dünən, 16:50
"Mənim heç 74 yaşlı atam olmadı"
Dünən, 16:47
İran və İsrail orduları üz-üzə: texnologiya, strateji zərbələr və Azərbaycanın maraqları - GƏLİŞMƏ
Dünən, 16:43
İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb - “The Times of Israel"
Dünən, 16:39
Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
Dünən, 16:00
İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib - KİV
Dünən, 15:48
Azyaşlıya qarşı əxlaqsız hərəkət etdi, polisə tabe olmadı - BAKIDA metroda hadisə
Dünən, 15:47
Tanınmış iş adamı oğluna möhtəşəm toy etdi: - Məclisə Rafet El Roman gəldi
Dünən, 15:45
“Həmişə deyirdi ki, Mirzə Babayev kimi 90 yaşına qədər oxuyacam, bu sənət çox pisdir”
Dünən, 15:43
AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb - SİYAHI
Dünən, 15:39
“İranın nüvə proqramını məhv etmək mümkün deyil...” -Kral İnstitutunun İranın nüvə siyasəti üzrə eksperti
Dünən, 13:47
Neft bu qədər BAHALAŞA BİLƏR - AÇIQLAMA
Dünən, 13:20
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir? - “Nezavisimaya qazeta”
Dünən, 13:06
"Tehranlılar bu hücumlarının əvəzini tezliklə ödəyəcəklər"
Dünən, 13:04
Yeni rəis təyin olundu - ƏMR
Dünən, 12:58
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:54
Əli Xamenei harda GİZLƏNİB?
Dünən, 12:52
Trenddə influenser var, tenderdə isə yoxdur: 300 minlik tender ləğv olundu! - TƏFƏRRÜAT
Dünən, 12:48
Hansı işçilərə 5 manat yemək pulu və ya 20 manat ezamiyyə pulu əvvəzinə pul ödənilir? - Ekspert danışır...
Dünən, 12:45
Husilər İsrailə ballistik raketlə hücuma cəhd ediblər
Dünən, 12:39
Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir
Dünən, 12:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru