İsrail Təbriz hava limanına hücum etdi .....                     Türkiyə və Ermənistan XİN rəsmiləri ikitərəfli məsələləri müzakirə ediblər .....                     İranın "Boz kardinalı", Xomeneinin ən nüfuzlu adamı Şamxani də öldürülüb? .....                     “İba Group” MMC 1,2 milyon manata iki xəstəxananın layihə smeta sənədini hazırlayacaq .....                     Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib .....                     AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb .....                     Hacı Şahinin oğlu nişanlandı .....                     "Mənim heç 74 yaşlı atam olmadı" .....                     İran və İsrail orduları üz-üzə: texnologiya, strateji zərbələr və Azərbaycanın maraqları .....                     İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb .....                     Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? .....                     İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib .....                     Azyaşlıya qarşı əxlaqsız hərəkət etdi, polisə tabe olmadı .....                     Tanınmış iş adamı oğluna möhtəşəm toy etdi: .....                     “Həmişə deyirdi ki, Mirzə Babayev kimi 90 yaşına qədər oxuyacam, bu sənət çox pisdir” .....                     AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb .....                     “İranın nüvə proqramını məhv etmək mümkün deyil...” .....                     Neft bu qədər BAHALAŞA BİLƏR .....                     İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir? .....                     "Tehranlılar bu hücumlarının əvəzini tezliklə ödəyəcəklər" .....                     Yeni rəis təyin olundu .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Əli Xamenei .....                     Trenddə influenser var, tenderdə isə yoxdur: 300 minlik tender ləğv olundu! .....                     Hansı işçilərə 5 manat yemək pulu və ya 20 manat ezamiyyə pulu əvvəzinə pul ödənilir? .....                     Husilər İsrailə ballistik raketlə hücuma cəhd ediblər .....                     Aktrisa onu skuterlə vuran kuryerdən .....                     “Gənclər milli qəhrəman yox, “oğru aləmi”ni seçir!” .....                     İsraildə nazir ailələri gizli bölgələrə təxliyə olunub .....                     İran yolu bağlandığından Ermənistan BLOKADAYA DÜŞÜB .....                     Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? .....                     “AzToyuq” MMC-nin vergi borcu yaranıb .....                     “Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA .....                     “İsrail dostumuz, İran da qapıbir qonşumuzdur...” .....                     Azərbaycanın keçmiş baş naziri son istefasından DANIŞDI .....                     İsrail – İran müharibəsi: Azərbaycan üçün risklər .....                     "Xalq Kapital İnvestisiya Şirkəti” mənfəətdən ZƏRƏRƏ KEÇİB .....                     Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? .....                     Nazirliyin "favorit" şirkəti ilə 7 milyon manatlıq müqavilə bağlanılıb .....                     İsraildən XƏBƏRDARLIQ: .....                 

“İranın nüvə proqramını məhv etmək mümkün deyil...” -Kral İnstitutunun İranın nüvə siyasəti üzrə eksperti
Tarix: Bu gün, 13:47 | Çap et

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə obyektlərinə zərbələr endirib. Bu, Donald Trampın İrana nüvə sazişi bağlamaq üçün verdiyi 60 gündən sonra baş verib. İsrail Müdafiə Qüvvələri zərbələrin bunun Tehranın nüvə silahı yaratmağa “əhəmiyyətli dərəcədə yaxınlaşması” səbəbindən vurulduğunu bildirib. Ekspertlər isə hesab edir ki, İranın nüvə infrastrukturunu hərbi yolla məhv etmək mümkün deyil və İsrailin zərbələri, əksinə, İranın nüvə silahı yaratmaq riskini artırır. Bu, doğrudurmu?
Moderator.az “Meduza” nəşrinin bu barədə Britaniya Kral Birləşmiş Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun ("RUSI") İranın nüvə siyasəti üzrə ixtisaslaşmış baş elmi işçisi Darya Doljikova ilə müsahibəsini təqdim edir:
— Mart ayında verdiyiniz hesabatda İranın nüvə proqramının hərbi yolla tamamilə məhv edilməsinin qeyri-mümkün olduğunu, hətta məhdud zərbələrin belə, riskli və səmərəsiz olacağını yazmısınız. İsrailin bugünkü zərbələrindən sonra mövqeyiniz dəyişibmi?
- Bu nəticələr hələ də qüvvədədir. İranın nüvə proqramını hərbi yolla məhv etməyin qeyri-mümkün olduğunu yazanda bir neçə amili nəzərə almışdıq.
İranın ölkə daxilində çoxlu sayda obyektləri var. İraqdakı "Osirak" və ya Suriyadakı "Əl-Kibar" layihələri ilə müqayisədə bu tamamilə fərqli bir mənzərədir. İranın proqramı çox mürəkkəbdir, bir çox obyektlər xarici təsirlərdən müdafiəsini artırıb, bəziləri isə yer altındadır. Ona görə nüvə infrastrukturunu məhv etmək üçün əhəmiyyətli hərbi güc tələb olunacaq ki, bu da istər-istəməz indi müşahidə etdiyimiz eskalasiyaya gətirib çıxaracaq.
Hətta İsrail bir hücumda ölkənin ən böyük zənginləşdirmə kompleksi olan Natanz nüvə obyektini tamamilə məhv etsə belə, İranın daha bir neçə zənginləşdirmə zavodu var.
Tutaq ki, İsrail və ya başqa bir ölkə İranın bütün nüvə infrastrukturunu fiziki olaraq məhv etmək üçün kifayət qədər güc tətbiq edə bildi, hətta o zaman da ölkənin əhəmiyyətli elmi təcrübəsi qalacaq. İsrail son hücumda bir neçə böyük elm adamını öldürdü, lakin daha çoxları var və ölkədə hələ də geniş təcrübə saxlanacaq.
Son nəticədə hərbi həll kontekstində söhbət yalnız məhvetmə dərəcəsindən gedir. Əsas suallar bunlardır: İsrail İranın nüvə proqramını nə qədər geri qaytarmaq istəyir? İran nüvə proqramının bəzi hissələrini bərpa etməyə nə dərəcədə həvəslidir?
İndiyə qədər İsrailin zərbələrinin İranın nüvə proqramını tamamilə iflic etdiyini düşünmürəm.
- Bəs İsrail niyə məhz indi İranı vurdu?
- İranın proqramı uzun müddətdir narahatlıq doğurur. İsrail tərəfi bildirib ki, onların məlumatına görə, İran nüvə proqramını hərbiləşdirməyə doğru irəliləməyə başlayıb. Eyni zamanda, hələ mart ayında ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard demişdi ki, onun məlumatına görə, İran bomba hazırlamaq barədə qərar qəbul etməyib.
İsrail illərdir ki, İranın nüvə proqramına hücum etməklə hədələyir, ona görə də hücumun özü də gözlənilməz olmayıb. Amma ola bilsin ki, indiki diplomatik səylər baxımından zaman o qədər də yaxşı deyildi...
— ABŞ və İran arasında bu yaxınlarda keçirilən yaz danışıqlarında əsas fikir ayrılıqları nə idi?
— Biz onların aprelin 12-dən Omanda apardıqları danışıqların dəqiq təfərrüatlarını bilmirik. Görünür, əsas maneə uranın zənginləşdirilməsi məsələsi olaraq qalır - İranın öz ərazisində öz zənginləşdirmə qabiliyyətinə malik olub-olmaması. ABŞ İranın öz ərazisində uranın zənginləşdirməsinə icazə verilməməsi ilə bağlı sərt mövqe tutdu. İran da öz növbəsində daxili zənginləşdirmə proqramını saxlamaqda israrlıdır...
Danışıqlar gələcəkdə də davam etsə belə, həllini tapmayan bir çox başqa məsələlər var. Məsələn, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nüvə silahlarının yayılmaması ilə bağlı öhdəliklərə əməl edilməməsi ilə bağlı son nəticəsi həll edilməlidir. Potensial razılaşmada İrana qarşı sanksiyaların dəqiq necə yumşaldılması ilə bağlı çətin sual var.
Asan həll yolları yoxdur. Buna görə də mən Trampın vəziyyəti həll etmək üçün iki aylıq bir pəncərə ilə bağlı sözləri ilə bağlı o qədər də optimist deyildim: məsələ çox mürəkkəbdir.
— İran 2015-ci ildə Birləşmiş Ştatlarla nüvə sazişi imzalayıb. Nə səhv oldu və Donald Tramp nə üçün cəmi üç ildən sonra sazişdən çıxdı? Demək olarmı ki, yeni eskalasiyanı başladan indiki ABŞ lideri oldu?
— İranın nüvə proqramı 2015-ci il İranla nüvə sazişindən və ya üç il sonra Tramp administrasiyasının bu sazişdən geri çəkilməsindən çox əvvəl İsrail və beynəlxalq ictimaiyyəti narahat edirdi.
Hesab edirəm ki, 2015-ci il müqaviləsi əldə oluna biləcək ən yaxşı həll yolu idi. Lakin Tramp administrasiyası daha yaxşı razılaşma əldə edə biləcəyinə əmin idi.
Məsələn, Birləşmiş Ştatlar sözdə "müddəti ötmüş razılaşmalar"la bağlı narahat idi. Razılaşmanın İranın raket proqramı, adi silahları və regionda sabitliyi pozan aktorlara dəstəyi kimi regiondakı digər fəaliyyətlərini əhatə etməməsindən də narahat olub.
Region ölkələri çox vaxt nüvə proqramının özündən daha çox bu aspektlərdən narahat olurdular. Bu, 2015-ci il danışıqlarında şüurlu mövqe idi. Tərəflər əvvəlcə nüvə problemini həll etmək, ardınca isə inam artdıqdan sonra başqa məsələlərə keçmək istəyirdilər. Hər şeyi bir anda həll etmək mümkün deyildi...
2015-ci il razılaşması İranın nüvə proqramını əhəmiyyətli dərəcədə geridə qoydu. Bu, onu kifayət qədər ləngitdi ki, Tehran nüvə silahı əldə etməyə cəhd etsəydi, beynəlxalq ictimaiyyətin cavab vermək üçün kifayət qədər vaxtı olardı.
Lakin Tramp administrasiyası daha da yaxşı sövdələşmə əldə edə biləcəyinə qərar verdi və razılaşmadan çıxdı. İran da öz növbəsində təxminən bir il ərzində öz şərtlərinə əməl etməyə davam edib və ümid edib ki, ABŞ-ın geri çəkilməsinə baxmayaraq, Avropa dövlətləri onlara iqtisadi güzəştlər edəcək. Amma bu, baş vermədi və İran sonda müqavilənin müəyyən müddəalarını pozmağa başladı.
— İranın mülki nüvə proqramı deyil, hərbi nüvə proqramı inkişaf etdirdiyinə dair hansı sübutlar var?
— Biz İranın nüvə proqramını kifayət qədər yaxşı başa düşürük, çünki İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin ("NPT") iştirakçısıdır və MAQATE ilə razılaşması var. Bəli, İranın tələblərə əməl etməməsi ilə bağlı müəyyən narahatlıqlar var. Amma hamının İranın "NPT"-dən çıxma ehtimalından bu qədər narahat olmasının səbəblərindən biri odur ki, bu halda biz MAQATE-nin İran proqramına çıxışının tamamilə kəsildiyi bir vəziyyətə düşəcəyik. O zaman biz tamamilə kəşfiyyat məlumatlarına və məxfi xidmətlər tərəfindən məlumat toplanmasına arxalanaraq, həqiqətən də, baş verənlər haqqında daha az biləcəyik.
İndi İranda nüvə yanacaq dövrü haqqında kifayət qədər tam təsəvvürümüz var. Zənginləşdirmənin harada, hansı miqdarda, hansı səviyyədə aparıldığını və artıq hansı ehtiyatlarının yığıldığını bilirik. Təbii ki, qeyri-müəyyənlik elementi olaraq qalır - agentliyin və beynəlxalq ictimaiyyətin bilmədiyi obyektlər ola bilər.
Silahların özləri yaratmaq səyləri haqqında çox az şey bilirik. MAQATE bununla məşğul olmur və bu aspektlərə nəzarət etmir. Lakin beynəlxalq kəşfiyyat ictimaiyyəti - İsrail və Amerika kəşfiyyatı, görünür, İranın bu sahədə nələr etdiyi və ya edə biləcəyi barədə kifayət qədər yaxşı təsəvvürə malikdir.
- İranın belə nüvə potensialı varsa, niyə hələ də nüvə silahına malik deyil?
- İran nüvə silahı yaratmaq üçün bütün lazımi texnologiya və komponentlərə malik olduğunu iddia edir. Amma nədənsə yaratmaq qərarı heç vaxt verilməyib. Mənə elə gəlir ki, bu, daha çox siyasi qərardır.
Təhlükəsizlik və çəkindirmə nöqteyi-nəzərindən silahları tam şəkildə inkişaf etdirməkdənsə, i nüvə silahını nkişaf etdirmək ərəfəsində olan dövləti durdurmaq onlar üçün daha sərfəli ola bilər.
Bundan əlavə, İran hələ də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıdır. Onlar dəfələrlə qaydalara əməl etməmək ərəfəsində olublar. Sənəd ölkəyə müəyyən məhdudiyyətlər qoyur.
Amma İsrailin nüvə obyektlərinə zərbələr endirməsindən sonra əvvəlki siyasi qərar dəyişə bilər. İran hakimiyyəti son nəticədə qərara gələ bilər ki, gələcək hücumların qarşısını almağın yeganə etibarlı yolu nüvə silahının hazırlanmasını başa çatdırmaqdır. Buna görə də, İsrailin hücumuna cavab olaraq İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər.
- Yəqin ki, İsrailin də nüvə silahına malik olması ehtimalı münaqişəyə necə təsir edər?
- İsraildə davamlı olaraq “Yaxın Şərqdə nüvə silahını ilk yaradan biz olmayacağıq” deyirlər. İsrail uzun illərdir ki, regionda daha bir nüvə proqramının yaranmasına imkan verməyəcəyini açıq şəkildə bəyan edib. Keçmişdə artıq hərbi əməliyyatlar həyata keçirib. Qeyd etdiyim 1980-ci illərdə İraqın "Osirak"ına hücum, eləcə də 2007-ci ildə Suriyanın "Əl-Kibar"ına vurulan zərbə kimi.
Beləliklə, ümumilikdə, İsrailin bu siyasəti - regionda nüvə silahının daha da yayılmasının qarşısını almaq - kifayət qədər ardıcıl şəkildə davam etdirilir. Amma İsrail indiyə qədər heç vaxt belə genişmiqyaslı proqramla üzləşməmişdi.
Öz növbəsində, İranın nüvə silahlarının inkişafı daha çox İsrailin nüvə proqramının onlara yaratdığı təhlükə ilə bağlıdır.
- İsrailin hücumuna İranın uzunmüddətli cavabı nə ola bilər?
- Mən İranın hərbi məsələsi üzrə ekspert deyiləm. Lakin keçən il İran İsrailin hücumlarına raket və pilotsuz təyyarələrdən istifadə etməklə kütləvi zərbə ilə cavab verdi. Ona görə də İsrail indi yüksək hazırlıq vəziyyətindədir - ciddi cavab gözləmək məntiqlidir…
Konkret olaraq nüvə məsələsinə gəlincə, mənim üçün əsas maraq İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxıb-çıxmayacağıdır. Düşünürəm ki, hücumdan sonra risk kifayət qədər yüksəkdir.
Uzunmüddətli perspektivdə İranın özünümüdafiə üçün etibarlı nüvə silahına ehtiyacı olduğuna qərar verib-vermədiyini izləməliyik. Bu ciddi narahatlıq doğurur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail Təbriz hava limanına hücum etdi - “Nur Nyus”
Bu gün, 18:18
Türkiyə və Ermənistan XİN rəsmiləri ikitərəfli məsələləri müzakirə ediblər
Bu gün, 18:16
İranın "Boz kardinalı", Xomeneinin ən nüfuzlu adamı Şamxani də öldürülüb?
Bu gün, 17:39
“İba Group” MMC 1,2 milyon manata iki xəstəxananın layihə smeta sənədini hazırlayacaq - TƏFƏRRÜAT
Bu gün, 17:36
Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib - Rusiya XİN
Bu gün, 17:30
AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb - DİQQƏT...
Bu gün, 17:28
Hacı Şahinin oğlu nişanlandı - FOTO
Bu gün, 16:50
"Mənim heç 74 yaşlı atam olmadı"
Bu gün, 16:47
İran və İsrail orduları üz-üzə: texnologiya, strateji zərbələr və Azərbaycanın maraqları - GƏLİŞMƏ
Bu gün, 16:43
İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan çıxarılıb - “The Times of Israel"
Bu gün, 16:39
Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
Bu gün, 16:00
İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib - KİV
Bu gün, 15:48
Azyaşlıya qarşı əxlaqsız hərəkət etdi, polisə tabe olmadı - BAKIDA metroda hadisə
Bu gün, 15:47
Tanınmış iş adamı oğluna möhtəşəm toy etdi: - Məclisə Rafet El Roman gəldi
Bu gün, 15:45
“Həmişə deyirdi ki, Mirzə Babayev kimi 90 yaşına qədər oxuyacam, bu sənət çox pisdir”
Bu gün, 15:43
AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb - SİYAHI
Bu gün, 15:39
“İranın nüvə proqramını məhv etmək mümkün deyil...” -Kral İnstitutunun İranın nüvə siyasəti üzrə eksperti
Bu gün, 13:47
Neft bu qədər BAHALAŞA BİLƏR - AÇIQLAMA
Bu gün, 13:20
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir? - “Nezavisimaya qazeta”
Bu gün, 13:06
"Tehranlılar bu hücumlarının əvəzini tezliklə ödəyəcəklər"
Bu gün, 13:04
Yeni rəis təyin olundu - ƏMR
Bu gün, 12:58
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Əli Xamenei harda GİZLƏNİB?
Bu gün, 12:52
Trenddə influenser var, tenderdə isə yoxdur: 300 minlik tender ləğv olundu! - TƏFƏRRÜAT
Bu gün, 12:48
Hansı işçilərə 5 manat yemək pulu və ya 20 manat ezamiyyə pulu əvvəzinə pul ödənilir? - Ekspert danışır...
Bu gün, 12:45
Husilər İsrailə ballistik raketlə hücuma cəhd ediblər
Bu gün, 12:39
Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir
Bu gün, 12:29
“Gənclər milli qəhrəman yox, “oğru aləmi”ni seçir!” - Faciənin astanasındayıq
Bu gün, 12:27
İsraildə nazir ailələri gizli bölgələrə təxliyə olunub
Bu gün, 12:18
İran yolu bağlandığından Ermənistan BLOKADAYA DÜŞÜB - KİV
Bu gün, 12:04
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 12:00
“AzToyuq” MMC-nin vergi borcu yaranıb - FOTO
Bu gün, 11:55
“Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA – Vətəndaşların müraciəti niyə RƏDD edilir?
Bu gün, 11:47
“İsrail dostumuz, İran da qapıbir qonşumuzdur...” - deputat
Bu gün, 11:44
Azərbaycanın keçmiş baş naziri son istefasından DANIŞDI - "Sədrin kim olması ilə bağlı məsələ..."
Bu gün, 11:41
İsrail – İran müharibəsi: Azərbaycan üçün risklər - NƏ ETMƏLİ?
Bu gün, 11:35
"Xalq Kapital İnvestisiya Şirkəti” mənfəətdən ZƏRƏRƏ KEÇİB - HESABAT
Bu gün, 11:32
Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? - “İlin sonunda...”
Bu gün, 11:30
Nazirliyin "favorit" şirkəti ilə 7 milyon manatlıq müqavilə bağlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:14
İsraildən XƏBƏRDARLIQ: - Tehrandakı binaları və məhəllələridağıdacaq
Bu gün, 11:12
İsrail niyə xüsusi olaraq Təbriz şəhərini HƏDƏF ALIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
ABŞ İsrailə İrana hücum etməyə imkan verib - Pezeşkian
Bu gün, 10:55
"Deyirlər ki, qanun ona dəfn pulu verməyə yol vermir..." - NARAZILIQ VAR...
Bu gün, 10:49
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Bu gün, 10:44
Kamil Zeynallı dağlara çəkildi
Bu gün, 10:33
Xumar "Vəhşi kimi"ni bu dəfə onlar üçün canlı oxudu - VİDEO
Bu gün, 10:30
Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib - FOTO
Bu gün, 10:26
Azərbaycana İsraildən turist axını mayda 98 % artıb
Bu gün, 10:24
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
Bu gün, 10:10
İranda İsrail üçün casusluqda təqsirli bilinən şəxs edam edilib - KİV
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru