Revanşistlər son oyunlarını oynayır .....                     Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. .....                     SOS: İrəvan süni intellekt fabriki yaradır .....                     İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? .....                     İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində .....                     Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir .....                     “Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb .....                     Ermənistan hələ də Rusiyanın qucağından düşməyib .....                     Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir .....                     Energetika sanatoriyasında enerji problemi .....                     Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? .....                     “Aparıcı da onların səviyyəsindədir” .....                     Burada baş həkim QOÇULUQ EDİR .....                     İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək .....                     "Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" .....                     Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik .....                     Putin İsrailin İrana hücumunu şərh edib .....                     İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər .....                     Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir .....                     Xalq artistindən rep deyən Alim Qasımova .....                     Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? .....                     Azərbaycan İrandan təxliyələrə .....                     Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? .....                     Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub .....                     Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, .....                     Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək .....                     Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     İsrailli ekspertdən qalmaqallı açıqlama .....                     İsrail elə hazırlaşıb ki... .....                     Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır .....                     Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu .....                     Bir manata görə "parkovşik"lər dalaşdı: .....                     Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi .....                     Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. .....                     Ermənistanın “balans oyunu”: .....                     “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… .....                     Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi .....                     Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı .....                     İsrail hücumunda onların ailə üzvləri də öldürülüb .....                     “FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi .....                 

Köhnə qvardiya təmsilçiləri ilə yola davam, yoxsa tamam?! - Təhsil sisteminin xəstəliyi sağalmazdırmı?
Tarix: 4-11-2014, 08:52 | Çap et
Köhnə qvardiya təmsilçiləri ilə yola davam, yoxsa tamam?!
“Təhsilimiz müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin “laboratoriya mərkəzinə” çevrilib. 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır.”
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son çıxışlarındakı bu və digər müddəalar, təhsilmizin çox ciddi problemlər yaşamasının yuxarı dairələr səviyyəsində belə, etiraf olunması təəssüratı yaratmaqla yanaşı, istər-istəməz bəzi narahatedici düşüncələrimizi də təzələyır.

70 illik, bəyənmədiyimiz, avtoritar adlandırdığımız rejimdə elm və təhsilimiz, mədəniyyət və incəsənətimiz özünün intibah dövrünü yaşadığı halda, müstəqil və demokratik sistemdə bu qədər problemlərlə üzləşməyimizə səbəb nədir? Nə baş verir, nəyimiz çatmır?

-Müstəqilliyimizin elə ilk illərindən “Azərbaycan Respublikasinın təhsil sahəsində İslahat Proqramı”nı qəbul etmişik;
-2005 –ci ildən Bolonya prosesinə qoşulmaqla, Beynəlxalq təhsil sisteminə inteqrasiya edirik;
-“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası-Milli Kurikulum” 2006-cı ildən tətbiq olunur;
-Bir az gec də olsa “Təhsil haqqında” Azərbaycan Respublıkasının Qanunu təsdiq olunub;
- “Qanun”la yanaşı, elə həmın 2009-cu ildə “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nin təsdiqi barədə Nazirlər Kabineti qərar verib;
-Bütün tipdən olan təhsil müəssisələrinin fəəaliyətini tənzimləyən “Əsasnamə” və “Nızamnamə”lər, normativ- hüquqi aktlar, təlimatlar, qaydalar hazirlanaraq təsdiq olunub;
-Müqavilələr, sazişlər, kreditlər, qrantlar, yardımlar, fondlar, dəstəklər, alt və üst komponentlər də ki, saymaqla bitmir;
-Təmir-tikinti, maddi-texniki təchizat və digər infrastrukturlar sarıdan da korluq çəkmirik;
-Dövlət büdcəsindən hərbidən sonra, ən çox vəsait məhz təhsilə ayrılır;
-Prezidentin Fərmanı ilə “2007-2015 –ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul olunub;
- 2020-ci ilədək dövrü əhatə edən Gələcəyə baxış İnkişaf Konsepsiyası, hələ 2012-ci ildən istifadəmizə verilib;
-Bir ildən artıq müddətdir ki, Respublikamızda təhsilin inkışafı üzrə” Strategiya”mız da təsdiq olunub və artıq əsas hədəflərimiz də müəyyələşdirilib.

Bəlkə, “Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə iinkişafını təmın etmək”, “təhsil sahəsində dövlət tənzimləməsini həyata keçirmək”, “təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək”, ölkə başçısı tərəfindən təsdiq olunmuş “Əsanamə” ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək, Təhsil nazirliyinə deyil, hansısa başqa bir quruma həvalə edilmişdi?
Bəlkə, zaman və məkanla ayaqlaşa biləcək kadrlarımız yoxdur? Yoxsa, kadr siyasətini obyektiv meyarlar əsasında qura bilməməyimiz və ja qurmaq istəməməyimiz, mövcud duruma düşməyimizin əsas baiskarıdır?
Məsələ bundadır ki, təhsilimizin bu duruma düşməsində 15 il bu ali təhsil qurumuna rəhbərlik etmiş, sabiq nazir Misir Mərdanovunun suçu nə qədər danılmaz olsa belə, onun yaxın çevrəsinin məsuliyyətini danmaq da, bir o qədər insafsızlıq olardı.
İı yarım bundan qabaq, sabiq təhsil naziri görəvdən alınanda, təhsilimizdə rəzalətlərlə dolu bir dövrün artıq başa çatması barədə ümidverici təəssüratlar yaranmışdı.Çoxları təhsilə yeni nəfəs gələcəyi, təhsilimizdə köklü dəyişikliklər ediləcəyi, xüsusilə də, kadr siyasəti sahəsində radikal addımlar atılacağı barədə fikir yürüdürdü.
Lakin, ümidlər özünü arzuolunan səviyyədə doğrultmadı. Bir necə istisnalar olmaqla, kadr dəyişikliyi imitasiya predmetinə cevrilib, “yerdəyişmə” xarakteri aldı. Kimlərsə, bilavasitə Nazirliyin tabeliyində olan Təhsil Problemləri institutuna, kimlərsə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, kimlərsə də, aidiyyatı üzrə yerli təhsil orqanlarına təyinat aldı. Bəziləri vəzifədə kiçilsə də, təhsilin acınacaqlı duruma düşməsində ən böyük pay sahibi olan, digər bəzilərinin “toxunulmazlıq statusu” qüvvədə saxlanıldı.
Saxta diplomlara və qanunsuz köçürmələrə rəvac verənlərin, dərsliklərimizi bərbad vəziyyətə gətirib, istifadəyə yararsiz hala salanların,uşaq bağçalarını “vağzallardakı saxlama kameralarına” döndərənlərin, texniki peşə təhsili anlayışını arxivə göndərənlərin, formal və qeyri-şəffaf müsabiqə və tender keçirənlərin, təhsilimizin məzmununu sarsıdıb, formasını bayağılaşdıranların böyük bir qrupunun Nazirliyin mərkəzi aparatında saxlanılıb, özlərinə isti yuva qurmalarına, “bulanıq suda balıq tutmaq” planlarını reallaşdırmaq üçün fürsət gözləmələrinə şərait yaradıldı. Bunun qaranlıq məqamları, bəlkə də çoxlarına məlum deyil və bunun işıqlandırılmasına ehtiyac da yoxdur.
Hansı yollasa özünə “toxunulmazliq statusu” təmin edənlərdən biri–struktur dəyişıklıyi aparılana qədər “Strateji təhlıl, planlaşdırma və kadrların idarə olunması” kimi məsul bir şöbəyə rəhbərlik edən Fərzəli Qədirov “islahatın” yekununa əsasən “İnsan resursları” şöbəsində yerini daha da möhkəmləndirdi.
Ardıcıl və sonu bitməyən əməlləri ilə Təhsil nazirliyinin onsuz da sarsılmış nüfuzuna daim xələl gətirən, “Mərdanovun sağ əli -Qədirov Fərzəli” kimi gündəmi zəbt edən bu məmur haqqında mətbuat səhifələrində nələr qalıb deyilməsin, hansı qalmaqallar olub adı cəkilməsin.
Niyə də deyilməməli və adı çəkilməməli idi. Ixtisasca sıradan bir rus dili müəllimi, birdən-birə ağlasığmaz sıçrayış edərək, rayon metod kabinetindən Respublika təhsilinin flaqmanı sayılan Bakı şəhər Baş Təhsil İdarəsinə rəis müavini vəzifəsində irəli çəkilir. Rəisin müəmmalı gedişindən sonra, bu vəzifəni icra etmək ona həvalə edilir. Nəhayət yeni rəis müəyyənləşdikdən sonra, Fərzəli Qədirov Təhsil nazirliyində ən məsul və aparıcı şobələrdən birinə- “Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə” “dəvət” alır.
2006-cı ildə Bakı şəhər Baş Təhsil İdarəsi ləğv edilərək, Təhsil nazirliyinin yedək qurumuna-Bakı şəhəri üzrə təhsil idarəsinə çevrilməsi ilə əlaqədaq, şöbə müdirinin “qayğıları” bir az da artır. O, artıq yeni yaradılmış idarənin formalaşması və kadrlarla “təchiz” olunması tapşırığını yerinə yetirir. Orta məktəb direktorlarından seçilən yeni rəisin böyük idarəçilik təcrübəsinin nisbətən azlığından və həddən artıq mülayimliyindən yararlanaraq, Bakı təhsilinin idarə olunmasında və kadr siyasətində əsas fiqura çevrilir.
Ibtidai sinif müəllimi olan həyat yoldaşını Bakının mərkəzi və nüfuzlu məktəblərindən birinə (164) direktor təyin etdirir. Həmin məktəb “İlin ən yaxşı məktəbi” nominasiyası üzrə qalib elan edilir. Məktəbin bir cox müəllimlərinə “İlin ən yaxşı müəllimi” və digər fəxri adlar verilir. Misir Mərdanovun himayədarlığı ilə, özü “Əməkdar müəllim” adı və “Dövlət qulluğunda fərqlənmə Nişanı” ilə təltif olunur. Oğlu Fəridin 473 balla (klassık qiymətləndirmədə 3.4) elə anasının direktor olduğu məktəbdən qızıl medala təqdim olunması ilə bağlı qalmaqal son vaxtlaradək gündəmdən düşmürdü və s. Sadalamaqla qurtaran deyil, başağrısı olar.
Yazılı mediada ayaq tutub yeriyən “Misir Mərdanovun fərqli kadrları”, ” Mərdanovun kadrları Təhsil nazirliyini yan üstə qoyub”, “Təhsilimizin gözmuncuqları”, “Təhsil nazirliyinin dəstəbaşılarından biri”, “Təhsil nazirliyinin Fərzəli Qədirov problemi”, “Fərzəli Qədirovun müəllim biznesi”,”Fərzəli Qədirovun müəllim işləmək istəyənlər üçün qiymət cədvəli”, “Təhsil nazirliyində qiymətlər qalxdı”, “Məktəb direktoru Təhsil nazirliyinin şöbə müdirinə qarşı”, “Fərzəlı Qədirovun qızıl dövrü”, “Təhsil məmurunun qızıl medal fırıldağı”, “473 bala qızıl, 700 bala hədiyyə”, “Fərzəli Qədirovun oğlu hansı yolla qızıl medal alıb”, “Fərzəli Qədirovla bağli daha bir şok iddia”,”Fərzəli Qədirov ifşa olunur”,”Fərzəli Qədirov Nailə Rzaquliyevanı özünün əsas rəqibi qismində görməkdədir”, “Mikayıl Cabbarov Fərzəli Qədirovun öhdəsindən gələ bilmir” və s. bu kimi qəbildən olan sonsuz və davamlı cağırışlara, bu günədək reaksiya verilməyib. Nə olar, onsuz da alışmışıq. İctimai rəy, ictimai qınaq nə vaxt nəzərə alınıb ki. Görünür, ağız dolusu danışdığımız yeni baxış, yeni düşüncə, yeni yanaşma tərzi elə bundan ibarət imiş.
Olmazdımı ki, Respublika təhsilinin “baş strategi” yan işlərlə məşğul olmaq əvəzinə, təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayının real təlabatı iki dəfə üstələdiyi halda,orta ümumtəhsil məktəblərimizdə hər il 3-4 min vakant yer yaranmasının səbəblərini təhlil edərdi. Bu qədər yeni məktəb və əlavə tədris korpuslarının tikilməsii fonunda, şagird kontingentinin kəskin surətdə azalması problemlərini araşdırardı və vəziyyətin normal hala salınması üçün konkret təkliflər hazırlayardı.


Axı, bu onun bir-başa funksional vəzifəsi idi. Onda, biz də tam əmin olardıq ki, məktəbdə işə düzələ bilməyən müəllimlərimizin neçə faizi mollalıq edir, nə qədəri taksi fəaliyyəti ilə məşğuldur, nə qədəri də körpülərin altında, qul bazarı adlanan sığıncaqlarda iş ələ keçirmək ümidi ilə növbəyə düzülüblər. Təhsildən kütləvi surətdə yayınan usaqlarımızdan da arxayın olardıq. Heç olmasa bilərdik ki, cinayətə, narkotikə qurşanmayıb, tinlərdə başlarını birtəhər girələməklə məşğuldurlar.
Təəssüf və maraq doğuran başqa bir məqam da var. Təhsil Nazirliyi üçün nüfuzu çoxdan bəri sarsılmış və nazirliyin, onsuz da sarsılmış nüfuzunu sarsıtmaqda davam edən bir nazirlik məmurunun nüfuzunu qorumaq daha önəmlidir, yoxsa bütövlükdə ona etibar olunan təhsilimizin ?
Nüfuzdan söz düşmüşkən. Elə, bu tədris ilinin başlanğıcında Təhsil nazirliyinin digər bir “nüfuzlu kadrı” – Monitorinq və qiymətlədirmə şöbəsinin könə qvardiya üzvlərindən olan Nəbi Mahmudov adlı birisi Binəqədi rayonundakı 83 saylı liseyə direktor göndərilib. Liseyin direktoru Yaqut Sadıqova adlı xanım isə, bunun müqabilindəYasamal rayonundakı 13 saylı məktəbə köçürülüb.
Kimdir Nəbi Mahmudov? Qısa desək, elə həmin 83 sayli liseyin keçmiş direktoru. Bir az uzatsaq, məlum olacaq ki, “odda yanmaz, suda batmaz” kateqoriyasına (başqa ifadə üsulu tapa bilmirəm) aid olan bu şəxs, 90-cı illin əvvəlində bir mərhum akademikin xahişı iləmi, təkidi iləmi, Akademiyanın fizika riyaziyyat institundan adı çəkilən məktəbə direktor gətirilib və “sehrli çubuğun möcüzəsi” sayəsində, məktəb dərhal liseyə cevrilib. Liseyin “çicəklənmə” dövründə daha “güclü əllər” Nəbi müəllimi tutduğu postu boşaldıb, yerini digərinə, yəni Yaqut Sadıqovaya təhvil vermək zərurəti qarşısında qoyublar. “Sədaqət andı” icənlər Nəbi müəllimi də işsiz buraxmayıblar. Onu Nazirlikdə yeni yaranan “Monitorinq və qiymətlədirmə” şöbəsində yerləşdiriblər. İndi, deyəsən vəziyyət bir az dəyişib. Nəbi Mahmudov yenidən öz “doğma obyektinə” qaytarılıb. Yaqut Sadıqova isə, bir az kənara, Yasamal rayonuna getməyə razılaşıb.
Paradoksa diqqət yetirin. Təhsil nazirliyinin, elə bu ilin aprelində təsdiq etdiyi “Qaydalar”da sıravi müəllimin yerdəyişməsi üçün 20 üzücü qayda tətbiq olunduğu halda, məktəb direktorları nəinki bir məktəbdən digərinə, hətta başqa rayona belə sakitliklə və maneəsiz köçürülürlər. Kadr sahəsindəkı bu məntiqi başa düşdünüzmü?
Misir Mərdanovun Qaradağdan Suraxanıya, Nizamidən Tərtərə, Gəncədən Sumqayıta analoqu olmayan köçürmə ənənəsi, bu gün də qüvvəsini itirməyib və uğurla davam etdirilir. Çünki, köhnə qvardiyanın Fərzəli Qədirov kimi təmsilciləri, Təhsil nazirliyində hələ də söz sahibi olaraq qalırlar.

P.S. Bu köçürmə söhbəti, bir filmdəki epizodu yadıma saldı: “Hanı Peykanlının mərdi. Burda bir kişi yoxdur ki,.. “ Yəni Yasamal rayonunda direktorluğa layiq bir kəs yoxdur ki ora başqa rayondan direktor gətirilir.

Nadir İSRAFİLOV









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Revanşistlər son oyunlarını oynayır - Paşinyan onları bitirməkdə qərarlıdırmı...
Bu gün, 08:48
Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
SOS: İrəvan süni intellekt fabriki yaradır - Azərbaycana TƏHDİD
Bu gün, 08:43
İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? - NƏ ETMƏLİ?
Bu gün, 08:41
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb
Bu gün, 08:37
Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir - Reuters
Bu gün, 07:50
“Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb - “Sələmçilər belə etmirlər”
Bu gün, 07:48
Ermənistan hələ də Rusiyanın qucağından düşməyib - FAKT BUDUR!
Bu gün, 07:09
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
Bu gün, 07:03
Energetika sanatoriyasında enerji problemi - MÜRACİƏT
Bu gün, 07:02
Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? - TƏKLİF VAR, AMMA...
Bu gün, 06:51
“Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48
Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43
İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34
"Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32
Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24
İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12
Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34
Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06
Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57
Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək
Dünən, 17:54
Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək
Dünən, 17:49
Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Dünən, 17:47
İsrailli ekspertdən qalmaqallı açıqlama - “Xameneyi siyahımızda birincidir”
Dünən, 17:45
İsrail elə hazırlaşıb ki... - İranın o qədər gücü var... ya yox?..
Dünən, 17:40
Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:29
Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu - Qaz, işıq işlətməyənlər də pul ödəyəcək
Dünən, 17:25
Bir manata görə "parkovşik"lər dalaşdı: - Birinin çənəsi sındı
Dünən, 17:24
Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:20
Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. - BU NƏDİ BELƏ?
Dünən, 17:19
Ermənistanın “balans oyunu”: - Moskvanın kölgəsində qərbə baxış
Dünən, 17:11
“Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… - FOTO
Dünən, 17:04
Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi - KİV
Dünən, 17:01
Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı mesajı
Dünən, 16:56
İsrail hücumunda onların ailə üzvləri də öldürülüb - SİYAHI
Dünən, 16:55
“FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 16:52
Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb
Dünən, 16:49
Öldürülənın yerinə TƏYİNAT VARSA... - GƏLİŞMƏ
Dünən, 16:43
Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır
Dünən, 16:40
SEPAH-ın bu generalları da öldürüldü – İranın rəsmi kanalları onları “şəhid” elan etdi
Dünən, 16:25
Expressbankın İdarə Heyətinə yeni təyinat olub - ƏMR
Dünən, 15:34
Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir
Dünən, 15:32
Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb – Rəsmi
Dünən, 15:29
İsrail dünyadakı bütün səfirliklərini bağlayır
Dünən, 15:28
İsrailin gözlədiyi NƏ İDİ... - NƏ OLDU?..
Dünən, 15:24
Tramp bunu özünün uğuru kimi qələmə verəcək - ÇÜNKİ...
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru