Gəncədə icra hakimiyyəti başçısının 1-ci müavininin hökmü bu qədərdirmi? – Haqqı tapdanan GDU müəllimindən... PREZİDENTƏ ŞİKAYƏT
Tarix: 25-10-2014, 11:20 |
Çap et
DİA.AZ: - Gəncə Dövlət Universitetinin haqqı tapdanan müəllimi Fikrət Hacıyev növbəti dəfə müraciət yayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan və prezident İlham Əliyev cənablarına ünvanlanmış müraciətin mətnində deyilir:
“Cənab Prezident! Gəncə Dövlət Universitetinin Xocalı soyqırımından sonra könüllü orduya gedən tək əməkdaşı kimi mən artıq 10 ildən artıqdır ki, Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin I müavini Mikayıl Zeynalovun atası Zakir Zeynalov tərəfindən döydürülmüş, söydürülmüş, civə ilə zəhərləndirilmiş və Xocalı soyqırımının 20 illiyi öncəsi işdən qovdurulmuşam.
Uzun məhkəmə çəkişmələri və 2 aclıq aksiyasından sonra (52 və 29 sutkalıq) işə bərpa olsam da, hələ də 17 aylıq əmək haqqımı və təzminatı ala bilməmişəm. Buna səbəb kafedra müdirim Zakir Zeynalovun qeyri-məhdud əlaqələrinin olmasıdır. Bu insan bir müharibə veteranını acından öldürmək üçün bütün vasitələrdən istifadə edir. Zakir Zeynalov şikaylətlərimdən qorxmadığını və öz gücünü mənə göstərmək üçün bütün kafedra üzvləri qarşısında Xocalı soyqırımının ........ tərəfindən təşkil olunduğunu demişdi. Bu faktı GDU-nun son 4 rektoruna desəm də, bir səhifə elmi məqaləsində 24 səhv buraxan (içində ciddi elmi səhvlər də olmaqla) bu "alimə" güldən ağır söz deyən yoxdur.
İndi də 16 yaşlı Almaz Kərimlinin özünü yandırmasının səbəbkarı Zərbəli Zərbəliyev Ali Məhkəmənin qərarını vecinə almayaraq yenə də əmək haqqımın ödənilməsi iddiamı təmin etmədi. Məhkəmə iclasından 10 gün keçsə də cinayətkar hakimin bu qətnaməni nə ilə izah edəcəyini hələ də bilmirəm. Xahiş edirəm Zakir Zeynalov və Zərbəli Zərbəliyevin cinayətlərinin araşdırılmasına göstəriş verəsiniz”.