“Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşmalıdır” - Timoşenko
Tarix: 6-08-2014, 13:09 | Çap et
 Suallara hərbi ekspert, ehtiyatda olan general Vladimir Timoşenko cavab verir.
- Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsini necə xarakterizə edərdiniz?
- Vəziyyət mürəkkəbdir. İlkin olaraq hamının bilməsi vacib olan təxribat bizimkilər tərəfindən deyil. Təxribat ermənilər tərəfindəndir.
Bəli, vəziyyət mürəkkəbdir, amma hərbi əməliyyatlara qədər gedib çatmayacaq. İndi bizim qüvvələr tam olaraq vəziyyətin daha da kəskinləşməsinə yol verməmək üçün cəmlənib.
Bu mövzuda deyə biləcəyim yeganə şey budur, çünki başqa heç nəyi demək olmaz.
- Bununla yanaşı, xarici mətbuatda gərginliyin artmasının günahkarlarına dair təhriflərə rast gəlmək olar. Adətən günahkar Azərbaycan hesab edilir...
- Bəzən vaciblik və miqyasına görə ideoloji müharibə döyüş meydanında gedən müharibədən geri qalmır, bəzən isə daha artıq olur. Mən bundan yenicə qayıtdığım Ukraynada baş verənləri gördükdən sonra əmin oldum. Ona görə də biz lazımi ideoloji fon yaratmalıyıq, hər yerdə həqiqəti söyləməliyik. Azərbaycan tərəfi son 20 il ərzində heç bir zaman heç kimə qarşı təxribat törətməyib. Bu, bizə lazım deyil. Biz genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıyıq ki, torpaqlarımızı azad edək. Amma bu artıq başqa məsələdir. Təxribat isə Azərbaycan rəhbərliyinin nə siyasi, nə də hərbi taktikası deyil. Hər zaman Ermənistan təxribata başlayır. Biz isə cavab verməliyik ki, bununla heç bir zaman razılaşmayacağımızı bilsinlər. Cəbhə xəttində bu günlərdə baş verən məhz bunlardır. Ermənilər isə bütün dünyaya “öz həqiqətləri” haqqında car çəkiblər.
Əgər siz Ukrayna televiziyasını izləsəniz Rusiyanın bu gün nədən ibarət olduğunu anlayarsız. Bu gün Rusiya və Ukrayna arasında əsl müharibə gedir, bu heç də Rusiya tərəfinin iddia etdiyi kimi Ukrayna hakimiyyətinin öz xalqına qarşı terror əməliyyatları deyil. Bu, sözün əsl mənasında müharibədir. Bu günlərdə çoxları tərəfindən təhrif edilən həqiqət budur.
- Yeri gəlmişkən, Ukrayna müharibəsinin Qarabağda baş verənlərin katalizatoru olduğunu hesab edən ekspertlər də var.
- Mən bunu bir-biri ilə əlaqələndirməzdim. Ümumiyyətlə, beynəlxalq təşkilatlar barədə bir neçə xoşagəlməz söz deyərdim. Məsələn, BMT belə hallarda həmişə əsassız sülhsevər tonda çıxış edir. Təşkilatı bu mövqeyinə görə bəyənmirəm. Onlar kimin günahkar olduğunu aydınlaşdırmadan həmişə sülhə səsləyəcəklər.
Digər təşkilatlar da prezidentlərin görüşlərinə dair ifrat optimizmlə çıxış edirlər. Bu görüşlər nə verir ki?
- Yeri gəlmişkən, bu həftənin sonunda Rusiya prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə növbəti görüşü gözlənilir.
- Bəli. Nə fərqi? Görüş olacaq, amma bu, sadəcə vaxtı uzatmaqdır. Digər ölkələrin liderləri aşkar şəkildə bildiriblər ki, vəziyyətin belə “dondurulmuş” halda saxlanılmasının tərəfdarıdırlar, nəinki hərbi əməliyyatların başlanmasına. Dünya ictimaiyyəti Azərbaycanın ərazi problemini həll etmək üçün heç nə etməyəcək.
- Qarabağda baş verən son insidentlər dünya ictimaiyyətini münaqişəyə, Azərbaycanın güc tətbiq etmədən həll etmək lazım olduğuna əmin edə bilmirmi?
- Sülh yolu ilə həll etmək?
- Bəli. Yoxsa siz problemin yalnız hərb yolu ilə həll edilə biləcəyindən əminsiz?
- Sülh yolu ilə heç vaxt. Bu yolla münaqişə yalnız “dondurula” bilər. Növbəti onilliklər müddətinə.
Mən bu gün müharibəyə çağırmıram, müharibəyə ciddi hazırlaşmaq lazımdır. Çünki biz Rusiya ilə vuruşmalı olacağıq. Bilirsiniz ki, Rusiyada digər ölkələrin ərazisinə ordu yeritmək rəsmi qəbul edilib. Bunu nəzərdən qaçırmaq olmaz. Qarabağ yalnız qalibiyyət nəticəsində bizim olacaq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14 |
|
|
|
• “Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08 |
|
|
|
• Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58 |
|
|
|
• Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31 |
|
|
|
• “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Dünən, 18:26 |
|
|
|
• “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 18:16 |
|
|
|
• AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Dünən, 18:07 |
|
|
|
• Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Dünən, 18:00 |
|
|
|
• “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Dünən, 17:56 |
|
|
|
• 3 şirkət daha bazarı tərk etdi
Dünən, 17:51 |
|
|
|
• İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Dünən, 17:47 |
|
|
|
• Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Dünən, 17:45 |
|
|
|
• Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Dünən, 17:44 |
|
|
|
• “Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Dünən, 17:42 |
|
|
|
• Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Dünən, 17:40 |
|
|
|
• STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:38 |
|
|
|
• Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Dünən, 17:32 |
|
|
|
• "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:28 |
|
|
|
• "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Dünən, 17:22 |
|
|
|
• Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Dünən, 17:20 |
|
|
|
• Ermənistanın təhlükəli diplomatik oyunu
Dünən, 17:15 |
|
|
|
• İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Dünən, 17:12 |
|
|
|
• Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Dünən, 17:08 |
|
|
|
• Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Dünən, 17:01 |
|
|
|
• Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Dünən, 16:57 |
|
|
|
• Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Dünən, 16:53 |
|
|
|
• Beh alıb, məclisə getmədi
Dünən, 16:48 |
|
|
|
• Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Dünən, 16:45 |
|
|
|
• “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 13:58 |
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Dünən, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Dünən, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Dünən, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Dünən, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Dünən, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Dünən, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Dünən, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Dünən, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Dünən, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Dünən, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Dünən, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Dünən, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Dünən, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 09:46 |
|
|
|
|