
“Crystal” şirkətlər qrupuna (“Crystal Group of Companies” ASC) daxil olan yeni səhmdar cəmiyyəti təsis edilib.
Banker.az xəbər verir ki, Dövlət Vergi Xidməti “Crystal West” Açıq Səhmdar Cəmiyyətini (“Crystal Vvest”) dövlət qeydiyyatına alıb.
Şirkət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Pr., ev 25A, 30-cu məhəllədə dövlət qeydiyyatına alınıb.
“Crystal West”in nizamnamə kapitalı ASC-lər üçün tələb edilən minimal nizamnamə kapitalı – 4000 manatla qeydiyyatdan keçib. Şirkətin direktoru Qurbanov Anar Hümmət oğludur.