Baş redaktor ermənilərə qarşı savaşması üçün Zakir Həsənova müraciət ünvanladı - "İş yerimi cəbhə bölgəsinə dəyişməyə hazıram"
Tarix: 2-08-2014, 09:47 | Çap et
 DİA.AZ: - "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycanın müdafiə naziri Zakir Həsənova müraciət edib. Müraciətin DİA.AZ-a daxil olan mətnində deyilir:
"Hörmətli cənab nazir! Sonuncu dəfə 1988-ci ildən Azərbaycana qarşı açıq şəkildə müharibə elan etmiş, torpaqlarımızın 20 faizindən çoxunu işğal edərək 1 milyondan çox vətəndaşımızı didərgin salmış Ermənistanın işğalçılıq siyasəti durmadan genişlənir. Bir neçə gün əvvəl düşmənin cəbhənin bütün istiqamətlərində hücuma keçərək 8 gənc əsgərimizi öldürməsi, çoxsaylı gənc əsgər və zabitlərimizi isə yaralaması bir daha sübut edir ki, düşmən düşmənçiliyindən əl çəkəsi deyil, sülh danışıqlarına əhəmiyyət belə vermir.

Mən-22 ildir döğulduğu kəndinə-doğma yurduna, 23 ildir dünyanın incisi Şuşaya, Laçına, bir sözlə, döğma Qarabağ torpaqlarına gedə bilməyən -vətəndaş-jurnalist kimi Sizə müraciət edirəm: son bir neçə gündə gənc əsgər və zabitlərimizin 20 ildir sülhə dəvət etdiyimiz ermənilər tərəfindən öldürülməsini, ağır yaralanmasını ürək ağrısı və mənəvi əzabla qarşıladım... Mən Ali Baş Komandanın səfərbərlik əmrini gözləmədən, "lazım gələrsə..." demədən Sizdən xahiş edirəm məni- hərbi və müharibə şəraitində kifayət qədər təcrübəsi olan, 90-cı illərdən cəbhənin ən ağır bölgələrində olmuş jurnalist kimi, cəbhənin istənilən nöqtəsinə dislokasiya olunmağıma dair qərar-əmr verəsiniz. Hesab edirəm ki, bu gün gənc əsgərlərimizin mənəvi dayağa, ruh yüksəkliyinə və arxa cəbhədə olan insanlarla yanaşı olmasına daha çox ehtiyacı var. Mən iki il əvvəl oğlu döyüş bölgəsində xidmət etmiş bir valideyin kimi bunu yaxşı bilirəm.
Cənab nazir!
Mənim kifayət qədər həyat və hərbi sahədə təcrübəmi, silahla yaxşı davranma, xüsusi eşitmə və hiss etmə, rəqibin hərəkət və davranışlarını əvvəlcədən duyma qabiliyyətimi nəzərə alaraq bu könüllü qərarımı gerçəkləşdirəcəyinizə inanıram. Mən analarımızın göz yaşlarına və vətəndaşlarımızın uzun illərdir yurdsuzluq həsrətinə, gənc əsgərlərimizin şəhidliyinə-həlak olmasına, yaralanmasına, sadəcə, bir ziyalı olaraq dözə bilmədim. İnanıram ki, sayı sayımızdan üç dəfə az olan düşmənin 20 ildən çoxdur torpaqlarımızı işğal altında saxlayaraq Azərbaycana mənəvi əzab verən, xüsusən də son günlər insanlığa yaraşmayan vandalizm hərəkətləri törədən düşmənin heç bir ölçüyə sığmayan düşmənçilik hərəkətlərindən ən azı mənən xilas olmaq üçün bu addımı atmağa hazır olan yüz minlərlə, milyonlarla vətənpərvər insanlarımız vardır. Bu gün vəzifəsi, işi, ailə və kollektiv vəziyyəti imkan verən hər kəs gənc əsgərlərimizin yanında olmalı, onlarla səngərdə bir yerdə dayanmalı, onlara mənəvi dayaq olmalıyıq. Bu, Ordumuzda ruh yüksəkliyini bir daha artırar, əsgərlərimiz özlərini arxalı, həyanlı bilərlər.
Cənab nazir!
Mən bitərəfəm, amma inanıram ki, bu könüllü qərarıma yüz minlərlə YAP üzvü olan insanlar, digər siyasi partiya və gənclər təşkilatlarının üzvləri qoşulacaqlar. Şəxsən mən "Təzadlar" qəzetinin və eyni adlı saytın rəhbəri olaraq əmriniz-qərarınız verilən andan iş yerimi cəbhə bölgəsinə dəyişməyə hazıram. Qəzet həmin vaxtdan onlayn fəaliyyətini davam etirəcək. Ailəm, oxucularım, dostlarım məni bağışlasın, mən iyirmi ildən çoxdur çəkdiyim mənəvi əzablardan xilas olmağın bir yolunu da bunda gördüm. Hesab edirəm ki, hər gecəni səksəkə və həyəcan, məsuliyyət hissi altında yaşayan gənc əsgərin yanında deyil, arxa cəbhədə olmağım mənim üçün ən ağır mənəvi əzabdır. Xahiş edirəm məni, mənim timsalımda iş, ailə, vəzifə imkanları yol verən hər kəsi bu əzabdan qurtarmaq qərarınızı verəsiniz.
Tanrı Azərbaycanı və Azərbaycanı qoruyan Ordumuzu qorusun! O Ordunu ki, həm də bizləri qoruyur!
Asif Mərzili, "Təzadlar" qəzetinin və eyni adlı saytın rəhbəri 2 avqust 2014-cü il, gecə saat 03:25


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14 |
|
|
|
• “Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08 |
|
|
|
• Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58 |
|
|
|
• Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31 |
|
|
|
• “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Dünən, 18:26 |
|
|
|
• “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 18:16 |
|
|
|
• AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Dünən, 18:07 |
|
|
|
• Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Dünən, 18:00 |
|
|
|
• “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Dünən, 17:56 |
|
|
|
• 3 şirkət daha bazarı tərk etdi
Dünən, 17:51 |
|
|
|
• İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Dünən, 17:47 |
|
|
|
• Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Dünən, 17:45 |
|
|
|
• Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Dünən, 17:44 |
|
|
|
• “Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Dünən, 17:42 |
|
|
|
• Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Dünən, 17:40 |
|
|
|
• STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:38 |
|
|
|
• Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Dünən, 17:32 |
|
|
|
• "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:28 |
|
|
|
• "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Dünən, 17:22 |
|
|
|
• Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Dünən, 17:20 |
|
|
|
• Ermənistanın təhlükəli diplomatik oyunu
Dünən, 17:15 |
|
|
|
• İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Dünən, 17:12 |
|
|
|
• Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Dünən, 17:08 |
|
|
|
• Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Dünən, 17:01 |
|
|
|
• Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Dünən, 16:57 |
|
|
|
• Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Dünən, 16:53 |
|
|
|
• Beh alıb, məclisə getmədi
Dünən, 16:48 |
|
|
|
• Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Dünən, 16:45 |
|
|
|
• “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 13:58 |
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Dünən, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Dünən, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Dünən, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Dünən, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Dünən, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Dünən, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Dünən, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Dünən, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Dünən, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Dünən, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Dünən, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Dünən, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Dünən, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 09:46 |
|
|
|
|