Siyəzən sakinlərinin NEFT PROBLEMİ... - qum-çınqıl karxanaları təbii fəlakət yaradır…
Tarix: 10-09-2022, 08:31 | Çap et
 Haqqında bəhs edəcəyimiz Siyəzən rayonu barədə qısa bir tarixi məlumat verək. Deməli, ötən əsrin 1938-39-cu illərində güclü neft yataqlarının kəşf olunması Siyəzən rayonunun inkişafında önəmli rol oynadı. Və beləcə Siyəzən rayonu Azərbaycanın güclü neft rayonlarından birinə çevrildi. Əslində neft kəşf olunana qədər Siyəzən çox səfalı, zəngin təbiəti olan, meyvəçiliklə, heyvandarlıqla məşğul olan rayon idi. Sözün qısası, indi görək neft və qaz yataqları Siyəzənə nələr gətirib..? Gündəlik-Bakının reportyor qrupu Siyəzəndə gördüklərini, çəkdiklərini olduğu kimi cəmiyyətə və dövlət qurumlarına təqdim edir. Belə ki, “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazilərdəki neft və mazut gölməçələri adamı dəhşətə gətirir. Neft quyularının ətrafı təhlükə mənbəyidir. İraq olsun burada hər an dəhşətli yanğınlar baş verə bilər. Əbəs yerə deyil ki, bir müddət əvvəl FHN-nin nazir müavini mətbuata açıqlamasında bildirib ki, Siyəzən rayonunda baş verə biləcək yanğınların söndürülməsinə aylarla vaxt sərf oluna bilər: “Siyəzəndə baş verə biləcək yanğın daha ciddi və təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Əgər baş verən yanğınlar rayon ərazisindəki neft quyularına çatarsa, ciddi fəsadlar yaranar”. Söhbət təkcə neft yataqlarının ətrafındakı ekoloji cəhətdən çirkli gölməçələrdən getmir. Həm də mediada yayılan xəbərlərdən bəlli olur ki, dəfələrlə Siyəzənneftin ərazisində uzunluğu kilometrlərlə ölçülən borular, naqillər oğurlanıb. Bu hələ harasıdır..? Siyəzənneft-in rəhbərliyi guya neft ərazilərinin zəbt olunması adı altında vətəndaşları öz evlərindən bayıra atırlar. Əlbəttə, biz kimlərinsə neft ərazilərində ev tikməsini təqdir etmirik. Amma… Əmması odur ki, vətəndaşlar illər öncə bu əraziləri sotu 1000-1500 manata bələdiyyələrdən alıblar. Görəsən, onda Siyəzənneft-in rəhbərliyi niyə səsini çıxarmırdı..? Sonra onu da qeyd edək ki, Siyəzənneftin rəhbərliyi ixtisar adı altında onlarla imkansız ailənin başçılarını işdən uzaqlaşdırıb. Hətta işdən çıxarılan şəxslərdən birinin intihar etməsi xəbəri də yayılıb. Bir sözlə, Siyəzən camaatı neft və qazın cəfasını, məmurlar isə səfasını görür. Biz hələ neft istehsalı zamanı atmosferə atılan səmt qazının insanların sağlamlığına vurduğu ziyanı demirik. Məlumdur ki, Siyəzən ərazisindən keçən Alaçay ( Ataçay) öz içməli suyu ilə zəngindir və rayonun ərazisindən keçən su kanalı Ceyranbatan su hövzəinə axır. Bəli, bu çay daşqın rejimli çaydır. Yəni ilin müxtəlif vaxtlarına daşıb təhlükə yaradır. Sakinlərin dediyinə görə, rayon ərazisindən keçən su kanalına dəfələrlə az yaşlı uşaqlar düşüb. Və bəzən onları xilas da etmək mümkün olmayıb. Rayon ərazisindəki çayların üzərində 3 daş, qum-çınqıl karxanaları fəaliyyət göstərir. Bu karxanalar çayların yatağını, təbii məcrasını dəyişib. Və tez-tez təbii fəlakətə səbəb olurlar. Görəsən, Ekologiya naziri Muxtar Babayev, yaxud Dövlət Mineral Xammal Ehtiyatlarından istifadə Agentliyinin sədr müavini Azər Şükürov niyə bircə dəfə də olsun səslərini çıxartmırlar..? Rayondakı kənd təsərrüfatı təyinatlı torpaqların xeyli hissəsini bələdiyyələr ev tikintisi üçün satıb yüz minlər qazanıblar. Görəsən rayonun icra başçısı, hörmətli Novruz Novruzov niyə rayonda baş verən bu neqativ hallara qarşı münasibət bildirmir..? Biz bir xüsusi məsələni unutmamalıyıq ki, Siyəzən rayonunda ölkə əhəmiyyətli strateji obyektlər var. Bəli, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərləri Siyəzəndən keçir və rayonda bununla bağlı xüsusi regional şöbə fəaliyyət göstərir. Biz çox dərinə varmadan qeyd etmək istəyirik ki, rayon rəhbərliyi və müvafiq dövlət qurumları Siyəzən rayonunda baş verən problemlərə vaxtında diqqət ayırmalıdırlar. Bizim bir media olaraq bunları yazmaqda məqsədimiz möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına baş verən neqativ hallarla bağlı məlumatları çatdırmaqdır. Buna görə, bizə hədə-qorxu gələnlər, təhdid edənlər, məhkəmə ilə hədələyənlər olsa da biz haqq bildiyimiz yoldan dönən deyilik. Və nəyin bahasına olursa-olsun, Prezidentin apardığı gərəkli işlərə kölgə salmaq istəyənləri, vətəndaşları dövlətdən narazı salan məmurları sonadək ifşa edəcəyik. Və ümid edirik ki, cənab Prezidentimiz bu yolda bizə ən sadiq təminatçıdır. Bizim bir media olaraq bu yazıları yazmaqda həm də məqədimiz odur ki, məmurlar kabinetlərindən bayıra çıxıb mövcud problemlərin həllinə çiyin versinlər, yaxalarını qırağa çəkməsinlər. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
• “Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01 |
|
|
|
• Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05 |
|
|
|
• Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53 |
|
|
|
• İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50 |
|
|
|
• "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23 |
|
|
|
• Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16 |
|
|
|
• Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01 |
|
|
|
• Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52 |
|
|
|
• Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01 |
|
|
|
• “Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57 |
|
|
|
• Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52 |
|
|
|
• Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50 |
|
|
|
• Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46 |
|
|
|
• "Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39 |
|
|
|
• Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36 |
|
|
|
• Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34 |
|
|
|
• “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32 |
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51 |
|
|
|
• "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01 |
|
|
|
• Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58 |
|
|
|
• "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56 |
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
12-07-2025, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
12-07-2025, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
12-07-2025, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
12-07-2025, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
12-07-2025, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
12-07-2025, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
12-07-2025, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
12-07-2025, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
12-07-2025, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
12-07-2025, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
12-07-2025, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
12-07-2025, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
12-07-2025, 05:11 |
|
|
|
|