Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi .....                     100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... .....                     Bakıda daha bir ENDİRİM FIRILDAĞI .....                     Rusiya kəşfiyyatı MARIQDA YATIB... .....                     Bu halda İŞ DAYANDIRILIR... .....                     `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” .....                     Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... .....                     “Taxta bazarın”dakı yanğın tam söndürülüb .....                     Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər .....                     Rusiya bazarı bizim üçün BAĞLANIR .....                     İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım .....                     "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" .....                     Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər .....                     Bakıda taxta bazarında güclü yanğın .....                     Bu gün onların şəhadətə ucalmasından 5 il ötür .....                     Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu .....                     “Prezidentliyə hazır olmadığımı düşünürdüm” .....                     Paşinyanın əleyhdarları toparlana bilmir... .....                     Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb .....                     Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub .....                     "Həyat çox qısadır və ləzzətlidir" .....                     Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər .....                     Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı .....                     “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? .....                     Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                 

Naxçıvanda səhiyyə sistemi GÜL VURUR... - İLGİNC İDDİALAR...
Tarix: 4-04-2022, 08:52 | Çap et
Naxçıvanda səhiyyə sistemi GÜL VURUR...
Naxçıvan MR Respublika xəstəxanasından redaksiyamıza gələn şikayətlərin sayı artmağa başlayıb.

Ovqat.com-a anonimlik şərti ilə məktub yazan həkimlərin bildirdiyinə görə, xəstəxana barədə ilk yazılarımızı dərc edəndən sonra baş həkim Zəbur Bağırovun davranışlarında xeyli müsbət dəyişikliklər baş vermişdi.

Dodağına zəhrimar qonan Baş həkim

Bu müsbət dəyişikliklər ilk növbədə onun simasında özünü büruzə vermişdi. Yazılardan əvvəl üzündən adətən zəhrimar yağan, xəstəxana kollektivi ilə kobud rəftar edən, xüsusilə tibb bacılarını aşağılamaqdan xoşlanan Zəbur həkim simasındakı jestləri birdən-birə 180 dərəcədə dəyişdirərək mülayim insana çevrilmişdi. Bir sözlə, müğənni Ağadadaşın məşhur mahnısında deyildiyi kimi, Zəbur həkimin dodaqlarına gülüş qonmuşdu. İndisə Ukrayna hadisələri başlayandan sonra Zəbur həkimin üzündəki müsbət dəyişikliklərin də tədricən əvvəlki vəziyyətinə qayıtdığı bildirilir. Yəni gülüş yavaş-yavaş buxarlanıb öz yerini yenidən zəhrimara buraxıb. Məktubların birində eynilə belə deyilir: “Zəbur həkimin dodaqlarına yenidən zəhrimar qonmağa başlayıb”.

Vasif Talıbov - Ukrayna-Rusiya müharibəsinin yeganə qalibi

Şikayətçilər bunun günahını Ovqat.com-un diqqətini Ukrayna hadisələrinə yönəltməkdə görürlər və bizdən Naxçıvan mövzusunu bir an belə ikinci sıraya atmamağı tələb edirlər. Onların fikrincə, Rusiya-Ukrayna müharibəsinin yeganə qalibi Naxçıvan “xanlığı”dır. Çünki mətbuatın və rəsmi Bakının başı Ukrayna hadisələrini izləməyə qarışdığından Naxçıvan yaddan çıxıb. Bu da Muxtar Respublikada “köhnə hamam, köhnə tas” rejiminin yenidən bərpa olunması ilə nəticələnib.

Həkim və tibb bacıları maaşlarını vaxtı-vaxtında almamalarından gileylidirlər. İddialara inansaq, yanvar və fevral ayının maaşını mart ayında alan tibb işçiləri bu müddət ərzində xeyli əziyyət çəkiblər. Maaşlarının yubadılmasının səbəbini böyük ehtimalla Respublika xəstəxanası rəhbərliyinin sığortadan mənimsədiyi pulları geri qaytarması ilə əlaqələndirən şikayətçilər kiminsə qanunsuz əməllərinin bədəlinin niyə hansısa həkimin, tibb bacısının və ya xadimənin dərisindən çıxarıldığını anlaya bilmirlər. Baş həkimin özü isə nəinki bu bədəli ödəmir, əksinə, son zamanlar daha konfortlu həyata başlayıb. Hətta yeni və daha bahalı maşın alıb, bununla da sanki öz işçilərinə tənqiddən təsirlənmədiyini göstərir, “burda bizik, Bağdadda kor xəlifə” mesajını verir. Baş həkimə yaxın adamların hətta xəstəxana kollektivinə Azərbaycan mediasını, o cümlədən Ovqat.com-u satın aldıqları barədə fikirlər söylədikləri gələn məlumatlar arasındadır.

Sığortalı tibbin adı qalıb

Deyilənlərə görə, Respublika xəstəxanasında sığortalı tibbi yardım hələ də problem olaraq qalmaqda davam edir. Naxçıvanın bir çox rayonlarından gələn xəstələri elə süründürürlər ki, binəvalar sonunda ödənişli tibbi xidmət yolunu seçməyə məcbur olurlar. Artıq demək olar ki, heç kim sığorta imkanından yararlana bilmir. Hər kəsin 17 manat alındıqdan sonra həkimlərə yönləndirildiyi bildirilir.

“0 uzman həkim” moduna keçiş

Maraqlıdır ki, bu cür yönləndirilmələr adətən Zəbur Bağırova yaxın həkimlərin lehinə nəticələnir. Bu ədalətsiz yönləndirmələr xəstəxanada uzman həkim kimi qalan sonuncu mütəxəssis Elşənin Nəcəfovun istefa ərizəsi yazmasına səbəb olub. Artıq iki gündür ki, Naxçıvan Respublika xəstəxanası “0 uzman həkim” moduna keçib. Bildirilir ki, Türkiyədə təhsil alan Elşən həkimə adətən kasıb xəstələr yönləndirilirdi. O da Naxçıvan standartlarında həkim olmadığından həmin xəstələrə təmənnasız xidmət edirdi. Elşən həkim istefa ərizəsi yazıb işdən çıxandan sonra xəstəxanaya gələn kasıb xəstələr qapıçıdan aldıqları “qara xəbər”lə sarsılıblar. “Artıq Elşən həkim burda işləmir. Xəstəxanada bundan sonra uzman həkimlər ancaq Bakıdan dəvət ediləcəklər. Onların da xidmət pulu yerli həkimlərdən xeyli baha olacaq. Müftə müayinə və müalicə erası tarixin zibilxanasına atıldı”, - iddialara görə, qapıçının bu qara xəbərinə xəstələr ilk əvvəl inanmayıblar. Ələ salındıqlarını sanıb və bu “eşşək zarafatı”na etiraz ediblər. Etiraz dalğası elə güclü olub ki, səs-küyə xəstəxana rəhbərliyi özünü hövlnak bayıra atıb. Rəhbərlik də bu faktı təsdiqlədikdən sonra kasıb xəstələr türkəçarə ilə müalicə olunmağa üstünlük verib evlərinə qayıdıblar.

Bildirilir ki, Naxçıvan Respublika Xəstəxanasında bənzər etiraz səsləri tez-tez eşidilir. Deyilənlərə görə, sığortalı xəstələrdən biri bu yaxınlarda ondan tələb olunan 17 manatı ödəmək istəməyib və haqsız tələb qarşısında səsini yüksəldib. Xəstə Respublika Xəstəxanasında baş alıb gedən haqsızlıqdan şikayət etmək üçün birbaşa Ali Məclisə gedəcəyini və “Cənab Sədr”lə görüşəcəyini deyərək onları qanunlara hörmət göstərməyə çağırıb. Aldığı cavab isə xeyli təəccüblü olub.

“Kimə şikayətlənəcəksiniz? Burda yığılan pullar birbaşa Cənab Sədrin bankdakı hesabına yatırılır. Balam ölsün, Zəbur həkimin bu pullara aidiyyəti yoxdur”, - bu cəsarətli və açıq fikirləri xəstəyə kassirin dediyi bildirilir.

Qənd əvəzinə çek

Bənzər fikirləri Zəbir Bağırovun müavini Ramazan Abbasov da hər xəstədən 17 manat xidmət haqqı yığıldığı halda, sadəcə 400-500 manat quru maaşla kifayətlənməli olan iş yoldaşlarına deyib. Həkimlər ona üzərində 17 manat yazılmış çekləri göstərib pullarını tələb ediblər. Bildiriblər ki, xəstələrə müftə baxacaqlarsa, bu çekləri nə edəcəklər? Ramazan həkim isə həmkarlarına maraqlı məsləhətdə bulunub: “Qənd əvəzinə şirin çayınıza salıb, yaxşıca qarışdırıb için”.

Qısası, Naxçıvanda artıq “xanlıq” üsulu ilə idarəetmə qaydalarının hökm sürməsini gizlətməyə belə ehtiyac duyulmur. Bu zamanadək rəvacda olan “Cənab Sədrin xəbəri yoxdur” ritorikası “O bizim babamızdır, o, nə desə o olur” kəlamı ilə əvəzlənib.

İnsafən, Respublika xəstəxanasından ürəkaçan məlumatlar da yox deyil. Xəstəxana işçilərindən birinin yazdığına görə, Zəbur həkim və komandasının dodağına zəhrimar qonmaları elə həddə artıb ki, şikayəti gedib “xan” həzrətlərinin qulağına çatıb. Ali Məclisdən gələn xəbərdarlıqdan sonra Baş həkim əyan-əşrəfini başına toplayıb müşavirə keçirib. Müşavirə iştirakçılarına üzlərindəki zəhrimar dağarcığını bir qədər azaltmağı əmr edən Zəbur “doxtor” həkimlərə xüsusilə tibb bacılarını, xadimələri incitməməyi tapşırıb. Bu tapşırıqdan sonra həkimlərin qismən “mədəniləşdiyi” bildirilir.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10
Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39
Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34
“Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
12-07-2025, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
12-07-2025, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
12-07-2025, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
12-07-2025, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
12-07-2025, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
12-07-2025, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
12-07-2025, 05:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru