Vilayətin yaratdığı ƏYALƏT SİSTEMİ... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR...
Tarix: 15-03-2022, 09:25 | Çap et
 DİA.AZ: - Azərbaycan Texniki Universitetinin bir qrup müəllimi yenə də sözügedən ali təhsil ocağında yaşanılan neqativ olaylar haqqında həyəcan təbili çalmaqdadırlar. Xatırladaq ki, AzTU ilə bağlı buna qədər də ilginc faktları təqdim etmişdik, amma görünəni odur ki, hələ də aidiyyatı qurumlar susmağa üstünlük verirlər. Biz isə DİA.AZ-a göndərilən növbəti müraciəti təqdim edirik:
Əvvəli BURADA: Texniki Universitetdə NƏLƏR BAŞ VERİR? - İLGİNC FAKTLAR
"Əlbəttə ki, informasiya portalı tərəfindən doğrudan da belə bir sorğu keçirilsəydi və həmin saytda da qeyd edildiyi kimi, üç rektor həmin sorğunun qalibi olsaydı, birmənalı olaraq, portalın saytında mütləq üç rektorun adı göstərilərdi. Sual olunur, niyə həmin saytda üç rektorun qalib olduğu deyilir, ancaq onlardan yalnız birinin, Vilayət Vəliyevin adı açıqlanır, digər ikisinə qarşı isə tam etinasızlıq göstərilir? Buradan yalnız bir nəticə çıxarmaq olar, əslində heç bir sorğu keçirilməyib və bu, rektor V.Vəliyevin təşkil etdiyi növbəti şoudur. Çünki, həmin portalın və ya saytın cürəti çatmayıb ki, həqiqətdə keçirilməyən sorğunun saxta nəticəsi kimi bu məsələyə heç bir aidiyyəti və dəxli olmayan digər iki rektoru da bu işə qatsın və yalandan onları da qalib elan etsin və mükafatlandırsın. Budur bu sualın cavabı. Bəs bu şou kimə və nəyə lazım imiş? Əlbəttə ki, Vilayət Vəliyevin özünə. Görünür, o, bu yolla son vaxtlar universitetdə əməkdaşlar arasında yerdən-yerə düşmüş öz nüfuzunu az da olsa bərpa etmək istəyir və bu məqsədlə, həmin portalın təşkilatçıları ilə əlaqə yaradıb, bu saxtakarlığı təşkil edib, həmişə olduğu kimi, dərhal fotolar çəkdirib sayta qoyub. Universitet əməkdaşları isə buna istehza ilə gülürlər.
Hər gün AzTU saytını açanda ancaq onu görürük ki, V.Vəliyev yenə kiminləsə görüşüb, əməkdaşlıq haqqında müqavilə imzalayıb, şəklini çəkdirib, sayta qoydurub. Biz buna artıq adət etmişik və bir gün belə məlumat görməyəndə adam lap “darıxır”. V.Vəliyev artıq top modelə çevrilib.
Keçən yazılarımızın birində yazmışdıq ki, Vilayət Vəliyev ölkəmizin güclü təsir imkanlarına malik regional klanlarından birinə məxsus olmaqla, onun güclü bir himayədarı da var, buna görə də onun ölkəmizin ən böyük ali texniki məktəblərindən birini dağıtmasına göz yumulur. Yazmışdıq ki, onun himayədarı Nazirlər Kabinetində kifayət qədər yüksək vəzifə tutan şəxsdir, ancaq, kim olduğunu yazmamışdır. Çünki, həmin şəxs hal-hazırda vacib bir dövlət missiyasını yerinə yetirir, qonşu ölkələrlə danışıqlarda Azərbaycan nümayəndə heyətinə başçılıq edir və bizim ona böyük hörmətimiz olmaqla yanaşı, onun nüfuzuna xələl gətirmək istəmədik. Onun kimliyi V.Vəliyevin özünün yaxın adamlarına sızdırdığı informasiyadan bizə məlum olub və dəqiqdir. Keçən həftə rektor V.Vəliyev haqqında internet saytlarında dərc olunan materialların birində bizdən asılı olmadan, bu adamın adı açıqlandı və daha onu deməməyin mənası qalmayıb. Əlbəttə ki, bu, Baş Nazirin müavini Şahin Mustafayevdir. Biz şübhə etmirik ki, Şahin Mustafayev üçün Azərbaycanın mənafeyi, strateji əhəmiyyətə malik Azərbaycan texniki təhsilinin mənafeyi onun yerlisi (bəklə də qohumu) olan Vilayət Vəliyevin vəzifə ambisiyalarında daha yüksəkdir.
O ki, qaldı Vilayət Vəliyevin özünə, biz başa düşmürük, niyə bu adam gedib, bacardığı bir işin qulpundan yapışmır ki, Texniki Universiteti güdaza verir, ağlar günə qoyur? Ay qardaş, sən gərək elə rektor olasan? Get bacardığın işlə məşğul ol da. Sənin alnına rektor olmaq yazılıb? Görürsən ki, bu işi bacarmırsan, niyə özünü də incidirsən, onsuz da çox kövrək vəziyyətdə olan təhsil müəssisəsinə və təhsilimizə məhvedici zərbələr vurursan? Səni himayə edənlər bəlkə sənin səviyyəni yaxşı bilmirlər, heç olmasa özünün bir insafın olsun.
P.S.: Hər dəfə Vilayət Vəliyevin AzTU-dakı “fəaliyyəti” haqqında məqalə dərc olunduqda, universitetdə yeni repressiyalar dalğası başlayır. İndi də gözləniləndir ki, yeni repressiya dalğası, əməkdaşlara, müəllimlərə təzyiqlər başlanacaq və son günlər V.Vəliyevin kafedralara qəfil gəlişlərini xatırlasaq, güman etmək olar ki, yenə də o, kafedralardakı laborant qadınların üzərinə daha sərt şəkildə “hücum çəkərək”, onlardan işdən çıxmaq haqqında ərizə yazmalarını tələb edəcək. Buna görə biz onlardan çox üzr istəyirik".
İddia olunanlarl bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51 |
|
|
|
• "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34 |
|
|
|
• Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28 |
|
|
|
• Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24 |
|
|
|
• Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18 |
|
|
|
• Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12 |
|
|
|
• 100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10 |
|
|
|
• Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59 |
|
|
|
• Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50 |
|
|
|
• Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46 |
|
|
|
• `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41 |
|
|
|
• Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
• “Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01 |
|
|
|
• Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05 |
|
|
|
• Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53 |
|
|
|
• İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50 |
|
|
|
• "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23 |
|
|
|
• Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16 |
|
|
|
• Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01 |
|
|
|
• Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52 |
|
|
|
• Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01 |
|
|
|
• “Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57 |
|
|
|
• Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52 |
|
|
|
• Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50 |
|
|
|
• Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46 |
|
|
|
• "Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39 |
|
|
|
• Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36 |
|
|
|
• Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34 |
|
|
|
• “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32 |
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51 |
|
|
|
• "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01 |
|
|
|
• Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58 |
|
|
|
• "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56 |
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
12-07-2025, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
12-07-2025, 06:45 |
|
|
|
|