Sülh üçün “dəmir-beton”qarantiya .....                     Fərdi əmək mübahisələri... .....                     KONTAKT HOME yenə də problem yaradır .....                     Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... .....                     Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... .....                     Kremlin MİQRANT TƏZYİQİ .....                     38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız .....                     Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... .....                     "Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" .....                     Azərbaycanda hərbi çağırış yaşı dəyişir? .....                     Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... .....                     Rusların bu hücumu etməyə gücü yoxdur .....                     Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? .....                     Ya Zəngəzur dəhlizi, ya da təcrid .....                     Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... .....                     Trampın 50 günü Putini dəyişəcəkmi? .....                     “Nar” Daşkəsən festivalında iştirak etdi .....                     Gömrükçülər indi də OĞURLUQ EDİR .....                     Lerik sakini Prezidentə müraciət etdi .....                     İran yola gəlir, YOXSA... .....                     "Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" .....                     Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif .....                     Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür .....                     ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib .....                     Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı .....                     Qarabağdan dünyaya açılan qapı .....                     Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb .....                     Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır .....                     Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi .....                     Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb .....                     Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq .....                     Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: .....                     Əliyevin sözləri Avropada əks-səda doğurdu: .....                     Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib .....                     Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı .....                     "Həmin müğənnilər "qara siyahı"dadır" .....                     “Abu Malik” DTX-nin tələsinə necə düşüb? .....                     Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! .....                     Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? .....                     Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: .....                 

Yardımlı təhsilində belə işlər də olur... - TƏFƏRRÜAT
Tarix: 30-12-2021, 09:31 | Çap et
Yardımlı təhsilində belə işlər də olur...
Təqribən bir ay öncə "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Yardımlı rayon Separadi kənd M.A.Ağayev adına tam orta məktəbinin müəllimləri barəsində məlumat daxil olmuşdur.

Məlumatda bildirilir ki, adıçəkilən orta məktəbin müəllimləri Əliyev Bəxtiyar Xanış oğlu və Hüseynov Neman Mirhüseyn oğlu 08.10.2019-cu il tarixində "Kərbəla" ziyarətinə getmək üçün ölkədən çıxıb, 25.10. 2019-cu il tarixində ölkəyə qayıdıblar. Lakin, maraqlıdır ki, 08.10.2019-cu il tarixindən etibarən hər iki təhsil işçisinin adına Yardımlı rayon Mərkəzi Xəstəxanasında bülleten açılıb. Güya, hər iki müəllim bu müddət ərzində xəstə olduqları üçün işə çıxmayıblar.

Artıq, adıçəkilən iki müəllimdən biri - Əliyev Bəxtiyar Xanış oğlu 2020--ci ildən təqaüd yaşı çatdığına görə işindən uzaqlaşdırılıb. Digər, müəllim - ingilis dili müəllimi, Hüseynov Neman Mirhüseyn oğlu isə hazırda işini davam etdirir. Hətta, rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin "etibarlı adam"ı olaraq, artıq bir neçə müddətdir direktorsuz qalan Separadi kənd orta məktəbinin idarəçiliyi də müvəqqəti, qeyri-rəsmi olaraq Neman Hüseynova və həmin məktəbdə riyaziyyat müəlliməsi olan həyat yoldaşına həvalə edilib.

Özü də bizim Neman müəllimin yaşının az olmasına baxmayaraq, maşallah "10 barmağında 10 mərifət var imiş".

Belə ki, Astara Pedaqoji Kollecini bitirmiş, yəni orta ixtisas təhsilli, məlumatda bildirildiyinə görə diaqnostik qiymətləndirmədə cəmi 16 bal toplayan fərasətli ingilis dili müəllimi Neman Hüseynov milli adət-ənənələrimiz olan mərasimlərdə də aktiv iştirak edir.
Yaslarda molla, toylarda tamada olan Neman müəllim, yay aylarında yaşadığı Masallı rayon ərazisində yerləşən bəzi istirahət mərkəzlərində də "önəmli vəzifə" icraçısıdır. (Bu barədə ətraflı növbəti yayımlarımızda)

Bundan əlavə, redaksiyamıza daxil olan digər məlumatda deyilir ki, Yardımlı rayon təhsil şöbəsinin müdiri Manaf Səmədzadə Yardımlı rayonunda, tabeçiliyində olan bütün orta məktəblərin direktorlarına dərs bölgüsünü qadağan edib. Yəni, bütün dərs bölgülərini Manaf müəllim birbaşa özü müəyyən edir ki, buna onu "daxili ədalət"i deyil, müəyyən şəxsi maraqları vadar edir.

P.S: Məlumat daxil olan kimi biz hər zaman olduğu kimi məsələyə obyektiv yanaşaraq, İlk növbədə Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefon əlaqəsi saxladıq. Manaf müəllim özü haqqında deyilənləri təkzib etdi. Separadi kənd orta məktəbinin müəllimləri barəsində deyilənlərdən isə məlumatsız olduğunu, ən qısa müddətdə araşdırıb redaksiyamıza məlumat verəcəyini bildirdi.

Bundan sonra biz Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərov ilə telefon əlaqəsi saxladıq. Rasim Əkbərov da məsələdən məlumatsız olduğunu və araşdırıb redaksiyamıza məlumat verəcəyini bildirdi.

Aradan bir neçə saat keçdikdən sonra Təhsil şöbəsinin müdirini və baş həkimi aradığımız telefon nömrəsinə zəng gəldi. Zəng edən bəhs etdiyimiz iki müəllimdən biri, Hüseynov Neman Mirhüseyn oğlu idi.

- "Salam, qardaş. Mənim barəmdə müdirə zəng etmisiniz. Nə qulluq, müəllim?"

Biz ona haqqında redaksiyamıza məlumat daxil olduğunu bildirdik.
Neman müəllim başladı cavab vermək əvəzinə bizi sorğu sual etməyə ki, -"sizə məlumatı kim verib?, İnternetlə, yoxsa əlyazma ilə yazıb?" və sair.

Neman Hüseynov:
- "Müəllim, bu şəxsi münasibətlər zəminində olmuş şeydi. Sən orda yazginən ki, biz araşdırdıq gördük yalandır. Özün də cənub tərəfə gələndə, qardaşuva xəbər elə, oturaq çay içək, söhbət edək".

Biz Neman Hüseynovun diqqətinə çatdırdıq ki, biz sadəcə məlumatın araşdırılması üçün aidiyyatı tərəflərlə əlaqə saxladıq. Kütləvi informasiya vasitələri haqqında qanunda deyilir ki, bizim yazılı, yaxud şifahi məlumat almaq ixtiyarımız var.

Bundan sonra Neman Hüseynov başladı aqressiv danışmağa.

- "Müəllim, çox elə xoddara getmə. Gah xəstəxanaya zəng edirsən, gah təhsil şöbəsinə zəng edirsən. Mən sizin haqqınızda hüquq mühafizə orqanlarına müraciət edəcəm. Özüm ikinci qrup əliləm. (uşaqlıq illərində aldığı xəsarətin nəticəsi olaraq, qolunda problemi var) Məni əsəbləşdirməyin. Gedin araşdırın. Mən də sizin haqqınızda lazımi yerlərə məlumat verəcəm. Mən YAP-ın üzvüyəm."

Deyəsən, Neman Hüseynov YAP-ın üzvü olmağın mahiyyətini yanlış anlayıb. YAP-ın üzvü olmaq istədiyin yerdə, istədiyin qanunsuzluqları törədə biləcəyin anlamına gəlmir, hörmətli Neman müəllim. YAP-ın üzvlük vəsiqəsi qeyri-qanuni əməllər üçün "yaşıl işıq" sayılmır.


Neman Hüseynov deyir:
- "Haqqımda deyilənlər hamısı yalandır. Sadəcə Təhsilin müdiri ilə baş həkim narahat olub, mən də ona görə narahatam."

Maraqlıdır, biz sadəcə məsələnin obyektiv araşdırılması üçün aidiyyatı tərəf olaraq, məlumat almaq istədik. Onları bu qədər narahat edən səbəb nədir, görəsən?

Baş həkim Rasim Əkbərov və Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefonla danışdığımızdan 1 gün keçdikdən sonra, hələ də cavab gəlmədiyini görüncə, təkrar aramağı düşündük.

İlk olaraq, Manaf Səmədzadəyə zəng etdik. Manaf müəllim dəstəyi qaldırmadı.

Bundan sonra baş həkim Rasim Əkbərovu aradıq.

Rasim Əkbərov məlumatın doğruluğunu təsdiq etdi və bildirdi ki, "Bəli, həmin müddətdə bizim xəstəxanada həmin şəxslərin adına bülleten açılıb. Maarifə demişik surətini göndərsin araşdıraq. Artıq, Dövlət Sərhəd Xidmətindən də dəqiqləşdirmək üçün tərəfimizdən sorğu hazırlanır. Onların qeyd edilən müddətdə ölkədən çıxış-girişi barəsində."

Deyəsən rayonda bir çox sahələrdə "mükəmməl" olan Neman Hüseynovun, "6-cı hiss"i də digər istedadlarından geri qalmır. Biz Manaf müəllim və Rasim doktorla danışıb bitirən kimi, dərhal o da bizə zəng edir.

Bu dəfə də belə oldu.
Neman Hüseynov yenidən bizə zəng etdi.

Deyəsən bu dəfə əsəbləri sakitləşmişdi.

- Salam əleyküm, qardaş. Neman Hüseynovdur Yardımlıdan.
Nətərsiz?
Mənə baş həkim zəng etdi ki, "sən o vaxt ölkədən çıxmısan, çıxmamısan."
Nə məsələdir, qardaş?

Biz:
- Bizdən niyə soruşursunuz? Biz dünən sizinlə danışdıq, bitdi. Biz işimizi icra edirik.

Neman Hüseynov:
- Sən məni balaca oğlan bilməye...

Biz:
- Yox, qətiyyən biz sizi "balaca oğlan" bilmirik. Sizin barənizdə elə məlumatlar almışıq ki, yay aylarında istirahət mərkəzlərində nə kimi rolunuzun olduğunu, bəzi məmurlarla aranızda hansı bağların olduğunu, kimlərlə necə bağlantılarınızın olduğunu və kimlərə nə kimi xidmətlər göstərdiyinizi bilirik. (Bu barədə ətraflı növbəti yayımlarımızda) Təbii, ona görə də bu cür danışıq tonu sizdən gözləniləndir. Amma, o cür şərtlər altında tanıdığınız məmurlara arxalanmaq düzgün deyil.

Neman Hüseynov:
- Müəllim, xahiş edirəm, qardaşuva qulaq as. Mənə iki gün vaxt verin, iki gün bu məsələyə görə heç kimə zəng etməyin. Mən iki gün sonra Bakıya müalicəyə gələcəm. Sizin qurum harda yerləşir? Mən gəlim orda özüm danışacam. Siz kiməsə zəng etməyin.

Sözügedən məsələ ilə əlaqədar olaraq, biz Təhsil Nazirliyinin də elektron ünvanına, həmçinin "hansı hallarda bülleten açılmalıdır?", deyə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) də elektron ünvanına rəsmi sorğu göndərdik. Aradan 2 həftə müddət keçdikdən sonra cavab gəlmədiyini görüncə, biz Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə telefon əlaqəsi saxlayıb, iki həftə əvvəl sorğu göndərdiyimizi, lakin, hələ də cavabsız qaldığını bildirdik. Cəsarət müəllim isə sorğudan xəbərsiz olduğunu bildirdi və hansı email ünvanına göndərdiyimizi soruşdu. Ünvanı dediyimizdə, Cəsarət müəllim, "ona mən baxmıram, siz bu ünvana göndərin" dedi və bizə başqa bir email ünvan verdi. Yenidən, Cəsarət müəllimin verdiyi email ünvanına da sorğu göndərdik. Artıq, 3-cü həftədir ki, Cəsarət müəllimin "baxdığı" ünvana göndərdiyimiz sorğunun cavabını gözləyirik.

Biz TƏBİB-in mətbuat katibi Elnarə xanıma da zəng edib, sorğumuzu hələ də cavablandırmadıqlarını xatırlatdıq. Zəngimizdən sonra Elnarə xanım bülleten açılmasına dair qanunun "pdf" farmatını kopyalayıb bizə göndərdi.
Bu da oldu TƏBİB- in cavabı.

Biz deyilən tarixlərdə sözügedən şəxslərin ölkədən çıxmasını və ölkəyə daxil olmasını dəqiqləşdirmək üçün çox çətinliklə Dövlət Sərhəd Xidmətinin (DSX)elektron ünvanını tapıb, ora da sorğu göndərdik. Lakin, təəssüflər olsun ki, DSX də yarım aydan çox müddət keçməsinə baxmayaraq, hələ də sorğunu cavabsız qoyub.

Yəni anlayacağınız, məlumatları dərc etmədən öncə, KİV haqqında qanunun tələblərini yerinə yetirdik. Cavab verməmək isə sözügedən tərəflərin qanunları ciddi qəbul etmədiklərinin göstəricisidir - deyə düşünürük.

Ardı var...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
"Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08
Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04
Rusların bu hücumu etməyə gücü yoxdur - General
Bu gün, 07:02
Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? - Görünəni odur ki...
Bu gün, 07:00
Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır
Bu gün, 06:59
Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... - GƏLİŞMƏ
Bu gün, 06:57
Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Bu gün, 06:53
“Nar” Daşkəsən festivalında iştirak etdi -FOTOLAR
Bu gün, 06:48
Gömrükçülər indi də OĞURLUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Lerik sakini Prezidentə müraciət etdi - “Evimiz uçmaq təhlükəsi altındadır”
Bu gün, 06:42
İran yola gəlir, YOXSA... - AKTUAL
Bu gün, 06:34
"Mən gəlmirəm, o deməkdir ki, süfrəyə gərək zir-zibil qoyasan?" - ETİRAZ
Bu gün, 06:32
Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif
Bu gün, 06:29
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür - YUBİLEY
Bu gün, 00:49
ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Dünən, 18:40
Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Dünən, 18:21
Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Dünən, 18:09
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Dünən, 18:01
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Dünən, 17:59
Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Dünən, 17:56
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Dünən, 17:45
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Dünən, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Dünən, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Dünən, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Dünən, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Dünən, 16:48
“Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Dünən, 16:42
Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Dünən, 16:36
Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Dünən, 16:30
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Dünən, 16:26
Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Dünən, 16:22
Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Dünən, 16:11
Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Dünən, 16:00
Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Dünən, 15:43
Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Dünən, 15:42
Nicat Rəhimovun səhhətində problem yaranıb
Dünən, 15:35
Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Dünən, 15:33
İzzət Bağırov buna görə çimərlikdən qorxur
Dünən, 15:30
Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Dünən, 15:28
Xanım aparıcı metronun mətbuat katibi təyin edildi
Dünən, 15:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru