Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? .....                     “Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” .....                     "Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" .....                     Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA .....                     Ulvira Qarayevaya vəzifə verildi .....                     Öldüyü deyilən müğənni SAĞ İMİŞ .....                     Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir .....                     Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması .....                     71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… .....                     Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü .....                     Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi .....                     Ermənistana yeni konstitusiya lazımdır .....                     Ermənistan qətiyyətli qərar verib: .....                     Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb .....                     Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq .....                     Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib .....                     Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! .....                     Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                 

“Naxçıvandakı ordumuz Ermənistanın Müdafiə Nazirliyini darmadağın edə bilər” - Düşmənə İSMARIC
Tarix: 14-10-2020, 13:17 | Çap et
“Naxçıvandakı ordumuz Ermənistanın Müdafiə Nazirliyini darmadağın edə bilər”
Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun Yenisabah.az-a müsahibəsi:

- Tofiq müəllim, gecə saat 01:00 radələrində Ermənistanın Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə ballistik raket kompleksi Azərbaycan Ordusu tərəfindən məhv edilib. Hadisələrin bundan sonrakı gedişatını necə qiymətləndirirsiniz?

- Bu, gözlənilən idi. Çünki işğal olunmuş ərazilərdə bizimlə döyüşlər aparan məhz Ermənistan ordusudur. Ermənistan ordusunun bir hissəsinin döyüşlərdə iştirak edib digər hissəsinin iştirak etməməsi mümkün olan şey deyil. Bu, həm məntiqə, həm də hərbin qanunlarına uyğun deyil. Bu baxımdan Ermənistanın Gəncədə törətdiyi hərbi cinayət cavabsız qalmamalıdır. Azərbaycan dövləti Konstitusiyaya uyğun olaraq ilk növbədə Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə bu hədəfləri məhv edib. Bu, beynəlxalq qanuna uyğundur, legitim adlandırılan bir hədəfdir. Hesab edirəm ki, artıq hərbi əməliyyatlar ikinci mərhələyə keçib və çoxdan proqnozlaşdırılmış ikinci mərhələ ondan ibarət olacaq ki, həm Ermənistanın, həm də Azərbaycanın ərazisi artıq müharibə zonası olacaq. Bunun hərbi baxımdan bizim xeyrimizə olduğunu düşünürəm. Çünki Ermənistanın hərbi potensialı bizdən azdır, buna görə də onun müdafiə sistemində fraqmentasiya prosesi gedəcək. Onlar istər-istəməz zərbələri fərqli yerlərdən ala bilərlər. Gəncəyə edilən raket hücumu ermənilər üçün ağır nəticələr doğuracaq. Çünki Azərbaycanın Naxçıvandakı hərbi bazalarımız onların paytaxtda olan və bu vəhşiliyin əmrini verən Müdafiə Nazirliyini çox asanlıqla hədəf seçib darmadağın edə bilər.

- Bu hadisə Dağlıq Qarabağ problemini regional münaqişəyə çevirə bilərmi? Çünki Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl açıqlama vermişdi ki, müharibə Ermənistan ərazisində getmir, ona görə proseslərə müdaxilə etmirlər.

- Biz Ermənistanın həm Rusiya, həm də digər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri ilə olan sənədlərinə baxsaq görərik ki, bu müqavilənin maddələri o zaman işə düşür ki, Ermənistan üçün hansısa təhlükə yaranır. Əslində, həmin müqavilənin mahiyyəti müdafiə xarakteri daşıyır. Bu sazişdə heç də göstərilmir ki, təşkilata üzv olan bir ölkə başqa bir ölkəyə hücum edəndə digər üzvlər köməyə gəlməlidir. Bu, mümkün olan şey deyil. Oradakı müvafiq maddələrində göstərilir ki, belə bir hadisə baş versə və Ermənistan digər üzvlərə müraciət etsə, müzakirələr ola bilər. Hesab edirəm ki, həmin müzakirələr də bizim xeyrimizə ola bilər. Məlumdur ki, Azərbaycan KTMT üzvü deyil, əvvəl üzvü olub, lakin sonradan üzvlüyünü dondurub. Lakin bizim digər təşkilatlarda həmin üzv ölkələrlə sıx əlaqələrimiz var. Bu baxımdan 2016-cı ildə baş verən hadisələri yada salmaq istəyirəm. Belə ki, həmin vaxt Ermənistanda hansısa tədbir keçirilirdi və biz gördük ki, KTMT üzvləri bu tədbirdə iştirakdan imtina etdilər. Hətta erməni tərəfi heç kim gəlmədiyi üçün incidi. Bu səbəblə indi baş tuta biləcək müzakirələrin bizim xeyrimizə olacağını ehtimal edirəm. Ermənistanın işğalçı siyasəti və bu siyasətin heç kim tərəfindən dəstəklənməməsi bir daha ortaya çıxacaq.

- Bildiyiniz kimi, Azərbaycan Minsk qrupunun Həmsədrlik İnstitutunda Türkiyənin də təmsil olunmasını istəyir. Lakin iki gün əvvəl Rusiyanın Xarici işlər naziri Sergey Lavrov həmkarı Zohrab Mnatsakanyanla təşkil etdiyi mətbuat konfransında belə bir şeyin mümkün olmayacağından söz açdı, yəni təklifi rədd etdi. Sizcə, Türkiyə masaya otura bilər? Əgər bu baş tutarsa, nə dəyişər?

- Minsk qrupunun vasitəçiliyi ATƏT çərçivəsində baş verir. Tarixən müxtəlif ölkələr bu vasitəçiliyi öz üzərlərinə götürüblər. İranın vasitəçiliyi olub, o cümlədən Rusiyanın vasitəçiliyi ilə atəşkəs rejimi bərqərar olunub. Minsk qrupu çərçivəsi heç də o demək deyil ki, Azərbaycan digər təşəbbüslərə müsbət baxmayacaq. Son vaxtlar biz görürük ki, Rusiyanın səlahiyyətli şəxslərinin Türkiyə həmkarları ilə sıx təmasları var. Məhz bu mövzunu onlar mütəmadi şəkildə müzakirə edirlər. Bu baxımdan mən istisna etmirəm ki, indiki mərhələdə Türkiyənin təklif etdiyi 2+2 formatı hansısa mərhələdə işlək mexanizm kimi istifadə olunmasın. Təəssüflər olsun ki, 30 il ərzində biz ATƏT-dən bir xeyir görmədik. Cənab Prezidentin də dediyi kimi, bir santimetr ərazi də azad olunmayıb.

- Hadrutun azad olunması diplomatik danışıqlarda Azərbaycan üçün hansı üstünlüklər yaradır?

- Hadrut və digər yaşayış yerlərinin azad olunması, ümumiyyətlə, yeni bir vəziyyət yaradır, təmas xətti və status-kvo dəyişib. Bu, mütləq nəzərə alınmalıdır. Çünki vaxtilə Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən deyirdi ki, biz reallıqları görməliyik. İndi biz də onlara göstərək ki, reallıq nədir?!

- Tofiq müəllim, Azərbaycanın Müdafiə Nazirliyi düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı görüntü paylaşdıqdan dərhal sonra Ermənistanın Müdafiə Nazirliyi təkzibedici bəyanatlarla çıxış edir və sosial şəbəkələrdən gördüyümüz qədəriylə cəmiyyətləri buna inanır. Ermənilər niyə məğlubiyyətlə barışmırlar?

- İstənilən səbəbi demək olar. Amma bunlar da zəifliklərinin nəticəsidir. Bu, onların həm siyasi, həm də hərbi zəiflikləridir. Arqumentləri yoxdur. Amma bu, təbliğat müharibəsinin bir elementidir. Başa düşməliyik ki, düşmənlə müharibə təkcə səngərdə yox, təbliğatda, iqtisadiyyatda və digər yerlərdə də baş verir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? - “Kreml günahkar axtaracaq, kimsə cəzalandırılacaq”
Bu gün, 00:45
Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? - Erməni erməniyə qarşı
Bu gün, 00:41
“Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” - Afətdən ODLU-ALOVLU AÇIQLAMALAR
Bu gün, 00:38
"Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" - deputat
Bu gün, 00:33
Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA - Zatulin deyir ki...
Bu gün, 00:27
Ulvira Qarayevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 00:22
Öldüyü deyilən müğənni SAĞ İMİŞ - AÇIQLAMA
Dünən, 23:38
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
Dünən, 23:33
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
Dünən, 23:31
71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… – Bakıdan kritik qərar
Dünən, 18:33
Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü - FOTO
Dünən, 18:25
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
Dünən, 18:22
Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
Dünən, 17:00
Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Dünən, 16:54
Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
Dünən, 16:51
Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
Dünən, 16:45
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Dünən, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Dünən, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Dünən, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Dünən, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Dünən, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Dünən, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Dünən, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Dünən, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Dünən, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Dünən, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Dünən, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Dünən, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Dünən, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Dünən, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Dünən, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Dünən, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Dünən, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Dünən, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Dünən, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Dünən, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Dünən, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Dünən, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Dünən, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Dünən, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Dünən, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Dünən, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Dünən, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Dünən, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Dünən, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Dünən, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Dünən, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Dünən, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru