Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir .....                     Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması .....                     71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… .....                     Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü .....                     Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi .....                     Ermənistana yeni konstitusiya lazımdır .....                     Ermənistan qətiyyətli qərar verib: .....                     Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb .....                     Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq .....                     Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib .....                     Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! .....                     Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                     Onları da hədəfə aldılar: .....                     "Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... .....                     BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub .....                     Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                 

Qarabağda düşmənə tarixi dərs verilir: - işğal xəritəsi dəyişir
Tarix: 30-09-2020, 09:01 | Çap et
Qarabağda düşmənə tarixi dərs verilir:
Ermənistan rəhbərliyinin vay-şivəni artıq başlayıb. İşğalçı birləşmələr Azərbaycan Ordusundan sarsıdıcı zərbələr aldıqca baş nazir Nikol Paşinyan başda olmaqla, İrəvan rəsmilərinin dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə ünvanlı yalvarışları da çoxalır. Artır ermənilərin əsas himayədarlarından sayılan Fransanın prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və... arqumentli cavabını da alıb.

Dünən isə Nikol Paşinyan Almaniya kansleri Angela Merkelə zəng vurub və Azərbaycanla yanaşı, yenə qardaş Türkiyədən də gileylənib. Daha doğrusu, Türkiyə xofunu dilə gətirib. Sanki işğalçı qüvvələrə qarşı indi Azərbaycan Ordusu yox, Türkiyə hərbi birləşmələri vuruşur. Təbii ki, bununla o, vəziyyəti qəsdən daha da dramatikləşdirməyə və konflikti beynəlmiləlləşdirməyə, ixtilafa daha çox ölkəni, öncəliklə də Rusiyanı cəlb eləməyə çalışır.

Gözlənildiyi kimi, az sonra Almaniya kansleri İlham Əliyevə telefon açıb. Azərbaycanın dövlət başçısı isə Nakronla söhbətdə olduğu kimi, Merkelə də Azərbaycan Ordusunun cəza əməliyyatlarını zəruri edən səbəblər, o sırada Ermənistan rəhbərliyinin son təxribatlarından danışıb. Vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət bu ölkənin siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, çünki Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparıldığı da bildirilir.

Diqqət edildisə, əgər Paşinyan dünya liderlərini axtarıb imdad diləyirsə, onlardan Azərbaycanı və nə qədər qəribə olsa da Türkiyəni durdurmağı xahiş edirsə, Azərbaycan prezidentinə həmin liderlərin özləri telefon açırlar. Bu da döyüş bölgəsində durumun düşmən tərəfin xeyrinə olmadığının ən bariz təsdiqi və etirafı sayıla bilər. Nədən ki, vəziyyət doğrudan da dəyişib. Uzun müddət “göylə gedən” ermənilər artıq yerə “enməyə” başlayıblar. Proses hələ təzəcə start götürüb və yəqin ki, gündən-günə intensivləşəcək və “məğlubedilməz” ordudan əsər-əlamət də qalmayacaq...

*****

“Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Azərbaycan prezident İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.

Ölkəmizin ərazi bütövlüyü ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirən dövlət başçısı xüsusi vurğulayıb ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir və bu, qardaşlığın əsl nümayişidir. “Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm”, - deyə İlham Əliyev qeyd edib.

Döyüş əməliyyatlarını qaçılmaz edən səbəblərdən söz açan ölkə başçısı deyib: “Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük... İki il öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq”.

*****

Bu arada Dağlıq Qarabağdakı durumun BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcəyi haqda məlumat yayılıb. Təşəbbüslə Almaniya və digər Avropa ölkələri çıxış edib. Bu haqda ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

“Əslində BMT hazırda nüfuzunu itirməkdədir. Bugünkü toplantıdan da ciddi nəticə gözləmirəm. Amma istənilən halda Qarabağ probleminin yenidən BMT-də müzakirəsi məqbuldur. Çox böyük ehtimalla, tərəflərə döyüşləri dayandırmaq və masa arxasında danışıqlara başlamaq təklif olunacaq”, - deyə o qeyd edib .

Qubad İbadoğlu bildirib ki, Azərbaycan tərəfinin müzakirələrdə mövqeləri güclü olmalı və daha çox dəstək qazanmalıdır: “Amma onu da unutmayaq ki, müasir dünya da çox ədalətsiz və riyakar olub. Təklif edirəm ki, müzakirələrdə Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan 4 qətnaməsinə (822, 853, 874 və 884) istinad edilsin. İkincisi, hazırda döyüşlərin Qarabağda deyil, işğal altında olan rayonlarda getdiyi və həmin ərazilərdə terrorçuların məskunlaşdığı xüsusilə qeyd olunsun. Üçüncüsü, ermənilərin raket zərbələrindən həlak olmuş 8 dinc əhali barədə faktları təqdim olunsun. Dördüncüsü, oktyabr ayında açılacaq TAP-a münaqişənin yaratdığı təhlükə və risklərə dair dəlillər təqdim edilsin. Beşincisi, diqqət həmçinin Paşinyanın qəzəbli çıxışlarına və danışıqlardan imtinaya cəlb edilsin”.

Təşkilat rəhbəri onu da qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında müzakirələrdən ciddi gözləntilər olmasa da, onun qərarından daha çox məyus qalan ermənilər və onların havadarları olacaq: “Əsas odur ki, bu qərar Ermənistanda gözlənilən siyasi böhranı dərinləşdirə bilər. Eyni zamanda Azərbaycanın rəşadətli ordusunun igid əsgərləri sayəsində xəritədə qırmızı rəngdə (işğal altında) olan bəzi rayonlar üzrə rəng dəyişikliyi baş verəcək. Qırmızı rəngin tam dəyişəcəyi gün də gələcək, nəzərə alın ki, öncə strateji obyektlər, infrastruktur və hərbi texnika sıradan çıxarılır, sonra ərazilər yağılardan təmizlənir. Darıxmayın, o gün də gələcək”.

*****

Azərbaycan xalqı o günə zərrəcə şübhə etmir. Çünki ox artıq yaydan çıxıb. Döyüş meydanında düşmənə tarixi bir dərs verilməkdədir. İşğal xəritəsi dəyişir, kiçilir. Bir azdan, ümumiyyətlə, işğal olmayacaq...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
Bu gün, 23:33
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
Bu gün, 23:31
71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… – Bakıdan kritik qərar
Bu gün, 18:33
Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü - FOTO
Bu gün, 18:25
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
Bu gün, 18:22
Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
Bu gün, 17:00
Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Bu gün, 16:54
Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
Bu gün, 16:51
Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
Bu gün, 16:45
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Bu gün, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Bu gün, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Bu gün, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Bu gün, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Bu gün, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Bu gün, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Bu gün, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Bu gün, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Bu gün, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Bu gün, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Bu gün, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Bu gün, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Bu gün, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Bu gün, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru