"Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                     Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? .....                     Rusiya Azərbaycanı itirdi .....                     Azərbaycanda ən az maaşı kim alır? .....                     Məhkəmə Zaur Naxçıvanskini həbs etdi .....                     “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda .....                     Sabiq rəis elektron qolbaqda gəzəcək .....                     “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” .....                     Şimali Kipr üçün yeni imkan: .....                     Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir .....                     İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: .....                     Xankəndi artıq yara deyil... YARIYANDIR... .....                     Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb .....                     İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir .....                     Elşad Xose videoqrafın iddiasına cavab verdi: .....                     Bakı və İrəvana hücumların pərdəarxası .....                     "Mahnımdan əsər-əlamət qalmayıb" .....                     Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? .....                     “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” .....                     Paşinyanın Ermənistanda açdığı “cəbhə” .....                     ABŞ-ın Azərbaycana marağı təbiidir: .....                     “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“ .....                     Rövşən müəllim, İRD... heç bir işə yaramır... .....                     “Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər” .....                     Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... .....                     Bakıda adam öldürənlər .....                     “Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” .....                     Zemfiradan Zaura REAKSİYA: .....                     Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur .....                     Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                     Kamil Əliyev özü üçün işıqfor qoydurub .....                 

Milyonları altına yığan başçı şəhid ailəsini süründürür... - GİLEY
Tarix: 21-05-2020, 09:32 | Çap et
Milyonları altına yığan başçı şəhid ailəsini süründürür...
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə şəhid ailələri üçün rayonlarda tikilən ev növbəsinə durmuşam. Özü də 2011-ci ilin aprelindən. Əvvəlcə növbəyə durmağım üçün Şəki şəhər İcra Hakimiyyəti Aparatında məni 8 ay süründürməçiliyə saldılar. Dedilər, filan sənədləri toplayıb, gətirməlisən. Sonra isə Bakıya gedib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mənzil qeydiyyatına alınmalısan. Hamısını etdim, ancaq işim bugünədək həll edilməyib. Məmurlar tərəfindən süründürməçiliyə salınmışam”. DİA.AZ-ın məlumatına görə, Şəkinin Aşağı Göynük kəndində yaşayan və oğlunu müharibədə itirən Məfkurə Əbdürəhimova belə deyir.

Onun oğlu Faiq Məmmədəli oğlu Əbdürəhimovdur. Ana deyir ki, ehtiyacı olmasa “şəhid ailəsi” imtiyazından istifadə etməzdi. Deyərdi, “qoy imkanı olmayanlar alsın o evi”. Ancaq ehtiyacı var: “Oğlumu bu vətən uğrunda itirmişəm. İndi göstərilən bu münasibət ciyərimi dağlayır, məni yandırır. Üstəlik, Şəkinin icra başçısının 1-ci müavini Həsən Həsənov mərhum həyat yoldaşım Məmmədəli ilə əmiuşağı olub. 2011-ci ildə çox get-gəldən sonra məni minnətlə mənzil qeydiyyatına aldılar. İcra Hakimiyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-cidir. Amma nə olsun. 9 ildir gözləyirik. Hələ də mənzil növbəmiz çatmır”.

Ana bildirir ki, nazirlik 2005-ci ildən indiyədək şəhid ailələri və Qarabağ əlilləri üçün 6 çoxmənzilli bina tikib istifadəyə verib. Ancaq nədənsə o qədər mənzilin içindən biri onların payına düşməyib: “Deyilənlərə görə dövlət hesabına şəhid ailələri üçün tikilib istifadəyə verilmiş həmin mənzillərin əksəriyyəti saxta əlilliyi olan və olmayan kənar şəxslərə paylanıb. Bizim kimilər qalıb kənarda. Məncə, bu faktları yerində araşdırmaq o qədər də çətin olmamalıdır. Çünki Şəki rayonundan olan mənim kimi şəhid ailələrinin heç yarısı mənzillə təmin olunmayıb”.

Məfkurə Əbdürəhimova 5 oğul, 3 qız anasıdır. Deyir, Faiq ən böyük oğlu olub. Bu gün o, çətin durumda yaşayır. Ehtiyacı var deyə, ev növbəsinə yazılıb. İllərdir ev alacağı günün ümidi ilə yaşayır: “Şəhid ailəsi kimi 1994-cü ildən bu günədək dövlətdən heç nə almamışıq. Nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə maddi yardım. Dəfələrlə qəbullarında olmağıma baxmayaraq, övladlarımdan hər hansı birini işlə təmin etməyiblər. Həddən artıq kasıb vəziyyətdə yaşasaq da, tez-tez dövlət idarələrindən nə isə istəməyi, qapılar döyməyi qürurumuza sığışdırmamışıq. 1994-cü ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm. Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ müharibəsinə yola salmışam. O, cəbhəyə getməmişdən əvvəl Gürgcüstana gedib, orada muzdla işləyib, həyətimizdə daşdan ev tikmək istəyirdi. Heyf ki, 1994-cü ildə onun tikdiyi, lakin başa çatdıra bilmədiyi yarımçıq evin daş divarları arasına onun tabutu “qonaq” oldu”.

Ana deyir ki, düzdür, sonralar oğluna görə bayramlarda kolxozdan evlərinə bir-iki dəfə pay göndərilsə də, qəbul etməyib, geri qaytarıblar: “Amma ailəmizə ən çox təsir edən bu oldu ki, hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə və 36 yaşlı subay oğlum Həzi ilə 28 kvadratlıq həyət evində, çətinliklə, birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum Həziyə mənzili olmadığından toy edə bilmirəm. Nə qədər gözləmək olar? Axı şəhid oğlum Faiq adi əsgər olmayıb. O, təsadüfi düşmən gülləsindən şəhid olmayıb. 1992-ci ilin sentyabrından 1994-cü ilin yanvarın 27-dək peşəkar hərbçi kimi könüllü olaraq döyüşlərin ən qızğın yerlərində olub. 1993-cü ildə Zəngilan cəbhəsində Daxili Qoşunlar batalyonunun peşəkar döyüşçüsü olmaqla yanaşı, tibb və maliyyə xidməti rəhbəri vəzifələrini icra edən baş çavuş “Şəkili Faiq” kimi tanınan oğlumun başına niyə ermənilər 3 milyon rubl pul qoymuşdu? Cavabını şəhid oğlumun döyüş yoldaşları belə izah edirdilər ki, Zəngilanın son gününə qədər Faiqin batalyonu, artilleriya alayının döyüşçülərilə birlikdə düşmənin müzdlululardan ibarət peşəkarlarının bütün sərhədboyu hücumlarının qarşısını alıb və düşmən hər hücumdan sonra xeyli canlı qüvvə itirərək geri çəkilmək zorunda qalıb. Rəhmətlik oğlum əvvəllər Almaniyada hərbi xidmətdə olmuş və peşəkar bir hərbçi kimi Qarabağ döyüşlərinin ən qızğın yerlərində iştirak etmişdi”.

Məfkurə Əbdürəhimova deyir ki, oğlu Füzuli rayonu istiqamətində gedən döyüşlərdə də iştirak edib. Horadiz qəsəbəsi və 22 kəndin erməni-rus birləşmələrindən azad olunmasında polkovnik Fətulla Hüseynovun komandanlığı altında yaxından iştirak edib: “Elə vətəni uğrunda da şəhid olub. 1994-cü il yanvarın 28-də ata yurdu olan Aşağı Göynükdə dəfn edilib”.

Sonda Məfkurə Əbdürəhimova Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, I Vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Ombudsman Aparatına, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət edir. Deyir, Qarabağ müharibəsində döyüşən və həlak olan oğulun geridə qalan ailəsi 1994-cü ilədək ağac və qamışdan tikilmiş bir otaqlı daxmada şəraitsiz formada yaşayıb, amma kimsəyə əl açmayıb: “Hazırda 73 yaşım var. Xəstəyəm. Artıq dözə bilmədiyim üçün bunları bölüşürəm. Bizə kömək edin. Sizdən çox xahiş edirəm ki, 36 yaşlı oğlum Həzini evləndirmək üçün bir şəhid ailəsi olaraq evlə təmin olunmağımıza köməklik göstərin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Bu gün, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Bu gün, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Bu gün, 18:07
"Bir evdə yaşayırıq"
Bu gün, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Bu gün, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Bu gün, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Bu gün, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Bu gün, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Bu gün, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Bu gün, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Bu gün, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Bu gün, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Bu gün, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Bu gün, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Bu gün, 17:09
Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Bu gün, 17:05
Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Bu gün, 17:02
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Bu gün, 16:58
Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Bu gün, 16:52
Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Bu gün, 16:49
"Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Bu gün, 16:46
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Bu gün, 16:44
“Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Bu gün, 16:42
Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Bu gün, 16:05
ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Bu gün, 14:57
“Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Bu gün, 14:54
Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Bu gün, 14:46
“Bakı və İrəvan Moskvaya qarşı sinxron hərəkət edirlər”
Bu gün, 14:37
Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko
Bu gün, 14:01
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 13:48
“Cərrahi əməliyyat otağı şou yeri deyil, tezliklə açıqlama olacaq” - Qənirə Ataşova həmin həkimdən yazdı
Bu gün, 13:39
Zemfiradan Zaura REAKSİYA: - “Corabı başqa adamlardan soruş"
Bu gün, 13:11
Xanlar Vəliyevin adı Konstitusiya Məhkəməsinin saytında yoxdur - SƏBƏB
Bu gün, 13:08
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Bu gün, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Bu gün, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Bu gün, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Bu gün, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Bu gün, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru