Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                     Kamil Əliyev özü üçün işıqfor qoydurub .....                     Rusiyanın 5 şəhərində kritik durum .....                     Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir .....                     Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı .....                     Azərbaycan restoranı darmadağın edildi .....                     Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır .....                     Bakıdakı İran mağazalarında .....                     Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək .....                     Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin .....                     İqtisadi Zirvənin siyasi yükü .....                     “Kişilər Turan qurur” deyənlər görür ki... .....                     "Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" .....                     Professordan virus xəbərdarlığı .....                     Milli Məclis büdcənin icrasını təsdiqləyib .....                     Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları .....                     "Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" .....                     Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu .....                     Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur .....                     “Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” .....                     Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən .....                     Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR .....                     AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... .....                     Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... .....                     Sertifikasiyada kütləvi kəsilmə: .....                     Zelenskini Bakıya zənginə görə hədəf aldılar .....                     Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! .....                     Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? .....                     Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR .....                     Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... .....                     Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı .....                     Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı .....                     Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM .....                     Əlillərlə bağlı BU TƏLƏB VAR... .....                     Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? .....                     Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib .....                     DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? .....                     İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? .....                     "İki gündür internetimiz kəsilib, amma..." .....                     Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı .....                 

Rafael Cəbrayılovun növbəti fırıldağı: - Sonuncu mandatı da girovluqda imiş
Tarix: 20-04-2020, 08:56 | Çap et
Rafael Cəbrayılovun növbəti fırıldağı:
Yəqin ki, Rafael Cəbrayılov adlı adamı tanıyırsınız. Deputat mandatını girov qoymaqla şöhrət qazanmış bu adamın yeni fırıldağı ortaya çıxıb.

Ovqat.com-un məlumatına görə, bu dəfə də o, bir başqa adamdan 100 min dollar alıb əvəzində yenə deputat mandatını girov qoyub.
2012-ci ildən 2019-cu ilə qədər Azərbaycan Milli Məclisinin dəyişilməyən siması olan, hətta parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvlüyünə qədər yüksələn Rafael Cəbrayılovun bu dəfəki qurbanı Kazımova A. (Şikayətçi adının yazılmamasını xahiş etdi) adlı xanımdır.

Kazımovanın bildirdiyinə görə, köhnə deputat ona 2018-ci ilin aprel ayında Binəqədi rayonuna icra başçısı gedəcəyi və onu da yanına şöbə müdiri göndərəcəyi barədə söz verərək pul istəyib. Xanım da Rafael Cəbrayılovun şirin dilinə və etibarlı vəzifəsinə inanıb tələb olunan pulu yaxın ətrafından toplayaraq ona verib. Qısa zamandan sonra isə Binəqədi rayon icra başçısı vəzifəsinə başqasının təyin olunması Kazımovanı şübhəyə salıb. Aldadılmış vətəndaş Rafael Cəbrayılova zəng edib və pulunu geri istəyib.
Azərbaycanın ən yüksək hakimiyyət qollarından birində hüquq məsələlərinə baxan və dövlət quruculuğuyla məşğul olan deputat borcunu qaytarmaq əvəzinə yenə şirin dilini işə salıb. Kazımovaya donuz ferması açdığını bir neçə aya yaxşı pul əldə edəcəyini və bundan sonra borcunu qaytara biləcəyini deyən deputat bu dəfə də onu aldada bilib. Hətta onu inandırmaq üçün deputat mandatını belə girov qoyub.

Rafael Cəbrayılovun növbəti fırıldağı:
Rafael Cəbrayılovun növbəti fırıldağı:

Xanımın “mən sənin mandatını neynirəm” sualına deputatın cavabı isə xüsusi maraqlılığı ilə seçilir: “Siz nə danışırsınız? Bu mandatın qiyməti milyon yarımdır. Cəmi 100 min pul veribsiniz, milyon yarımlıq girova razı olmursunuz? Mən dilim (doğrusu, bu deyimə ilk dəfə rast gəlirik – Ovqat.com) kimi əziz tutduğum bu mandatı heç dədəmə də həvalə etmərəm.”



Deputatın dilinin şirinliyini əks etdirən video

Yüz min dollarını alıb aldatdığı vətəndaşa bir də mandatını verərək, özünə 1 milyon 400 dollar borclu salan deputat bir müddət də belə baş girələyə bilir. Onun yenidən verdiyi vədə tamamlanda bu səfər başqa bəhanələr araya girir. Gah deputatın atası ağır xəstə olub yorğan-döşəyə düşür və onun yanında bu barədə danışmaq istəmir, gah satılığa qoyduğu evin müştərisindən pul almağa gedir, gah da qardaşı onu aldadır, deputat isə onu öldürməyə hazırlaşır. Beləcə, günlər həftələrə, həftələr aya, aylar illərə çevrilir.

Rafael Cəbrayılovun növbəti fırıldağı:

Bizə ən maraqlı gələn isə budur ki, Rafael Cəbrayılov evindəki mebel əşyalarının fotosunu çəkib Kazımovaya göndərərək onu aldada bilirmiş. Lap məşhur lətifədə deyildiyi kimi, qulağına qızıl kisəsini cingildədib yola verirmiş. Onun Kazımovaya çəkib vatçapla göndərdiyi ev əşyaları ilə tanış ola bilərsiniz.

Rafael Cəbrayılovun növbəti fırıldağı:
Rafael Cəbrayılovun növbəti fırıldağı:
Rafael Cəbrayılovun növbəti fırıldağı:
Rafael Cəbrayılovun növbəti fırıldağı:

Kazımovanın dediyinə görə, sabiq deputatın özü nizam-intizam tanımasa da, vədləri həftənin günlərinə uyğun olaraq nizamlanırmış. Yəni həftənin ilk günü mütləq atası xəstələnirmiş, ikinci gün rayona gedirmiş, üçüncü gün ev satırmış və s. Növbəti həftə də eyni sözlər, eyni vədlər.

Sabiq deputatın yalanlarından bezən şikayətçi sonunda anasını da götürüb deputatın milyonçular məhəlləsində yerləşən evlərinə qədər gedib. Böyük qəsrin divarlarını xatırladan hasar qapısını nə qədər döymələrinə baxmayaraq açan olmayıb (Ovqat.com bu anları əks etdirən video-görüntü də əldə edib, lakin “əməliyyatın” iştirakçılarından birinin razılığını almadığımızdan həmin videonu hələlik ictimailəşdirmirik). Deputat isə ailəsiylə birlikdə həmin qəsrin içində imiş.

Deputatın ilk girovu

Rafael Cəbrayılovun növbəti fırıldağı:

Özünü aldatdığı adamlardan qəsr divarları ilə qoruya bilən deputatı bu əməllərinə görə nədənsə cəzalandıran dövlət qurumu yoxdur. Ötən il bənzər problem yaşananda Rafael Cəbrayılov deputat mandatından imtina edərək canını qurtarmışdı. Halbuki o zaman da bu əməllərdə açıq aşkar dələduzluq motivləri vardı və çox sayda insana vurulan külli miqdarda zərərdən söhbət gedirdi. Bu cür ağır cinayətlərin cəzası isə onsuz da layiq olmadığı mandatdan imtina etməklə yekunlaşmalıdır. Üstəlik, indi məlum olur ki, imtina edilən həmin mandat belə girovluqdaymış.

Yeri gəlmişkən, Azərbaycan oxucusu Rafael Cəbrayılovun adını ilk dəfə 2010-ci ildə eşitmişdi. Bu o zaman idi ki, III çağırış Azərbaycan Milli Məclisinə seçkiləri keçirilmiş və deputat mandatıyla alver biznesinin banisi Rafael Cəbrailov Binəqədi rayonundan deputat seçilmişdi.

Rafael Cəbrayılovun növbəti fırıldağı:

Həmin vaxt deputat hərracına baxan sabiq deputat Gülər Əhmədova Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə sövdələşməyə getmiş və söhbət zamanı rektora bəzi məsləhətlər verərək bir çox sirlərin üstünü açmışdı. Gülər Əhmədovanın etiraflarına görə, Rafael Cəbrayılova mandat verib deputat edən odur və bu, xanım deputatın gücünü göstərir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin... Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu...”

Xanım Əhmədova Elşən Abdullayevlə sövdələşərkən Rafael Cəbrayılova deputat mandatını neçəyə aldığını deməsə də, elə həmin illərdə pia.az saytı “Rafael Cəbrayılovun milyonluq mandatı” sərlövhəli məqaləsində bu suala aydınlıq gətirmişdi. Yazıda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Lakin həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə köməkliyi G.Əhmədovanın deyil, spiker Oqtay Əsədovun etdiyi qeyd olunurdu: “Rəfael Cəbrayılov deputat seçilmək üçün ”yuxarılara" 3 milyon manata yaxın pul ödəyib. Məlumatlı mənbə deyir ki, ilk əvvəl 1 milyon ödəyən iş adamı daha sonra mandatını tam qarantiyaya almaq üçün daha 2 milyon “tərləməli” olub. Bütün bu işlərdə isə ona Oqtay Əsədov himayədarlıq edib".

Belə görünür ki, Rafael Cəbrayılov “tərlədiyi” milyonları başqalarını aldadaraq əldə edirmiş, sonra da özünün dediyinə görə milyonyarımlıq, mətbuatın iddiasına görə isə 3 milyonluq mandatını 100 minə, 200 minə girov qoyurmuş. Lap Molla Nəsrəddinin “aldım qoz, satdım fındıq” ticarətinə oxşayan bu alış-verişdən əsas qazanan isə ya Gülər Əhmədova və himayədarı, ya da sabiq spiker Oqtay Əsədov olub. Rafael Cəbrayılovun deputatlıq sahəsindəki “bismillahı” belə qalmaqalla başlayıb.

Araşdırmamız davam edəcək.
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
"Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30
Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28
Milli Məclis büdcənin icrasını təsdiqləyib
Bu gün, 11:26
Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları - uğursuz cəhdin tarixçəsi...
Bu gün, 11:13
"Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" - "Deutsche Welle"
Bu gün, 11:09
Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 11:07
Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur - MƏQALƏ
Bu gün, 11:00
“Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” - FOTO
Bu gün, 10:58
Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub
Bu gün, 10:52
Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR - ARAYA ƏMİSİ OĞLU GİRDİ VƏ...
Bu gün, 10:45
AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... - URRRAAA!!!
Bu gün, 10:37
Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... - DİQQƏT: TƏHLÜKƏ VAR...
Bu gün, 10:18
Sertifikasiyada kütləvi kəsilmə: - Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı
Bu gün, 10:14
Zelenskini Bakıya zənginə görə hədəf aldılar - Kreml İSTERİKADADIR...
Bu gün, 09:57
Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? - ARAŞDIRMA
Bu gün, 09:47
Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR - SİZ DƏ ELƏ BİLİRSİNİZ Kİ...
Bu gün, 09:38
Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... - “Johovurd”
Bu gün, 09:30
Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı - BUNDAN SONRA...
Bu gün, 09:26
Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:22
Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:20
Əlillərlə bağlı BU TƏLƏB VAR... - DİQQƏT!
Bu gün, 09:16
Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? - AKTUAL
Bu gün, 09:14
Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib
Bu gün, 09:12
DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? - Gerçək şir indi oyanır
Bu gün, 09:08
"İki gündür internetimiz kəsilib, amma..." - GİLEY
Bu gün, 09:04
Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı - indi DƏRBƏNDİMİ GERİ TƏLƏB EDƏK?
Bu gün, 09:01
Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır? - ÖZÜ DANIŞDI
Bu gün, 08:59
Trampın sensasion Zəngəzur dəhlizi planı - Görünəni odur ki...
Bu gün, 08:51
Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB - BU NƏDİ BELƏ?
Bu gün, 07:23
Moskvaya daha bir “sürpriz” – Bakıda mühüm müzakirələr başladı
Bu gün, 07:13
Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:11
Azərbaycan təhsilinin QARA GÜNLƏRİ - təhsili oyun-oyuncağa çeviriblər...
Bu gün, 06:59
"Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır" - İstiqlalçı deputatdan ÇAĞIRIŞ
Bu gün, 06:53
BU NƏDİ BELƏ: Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi… - Şok səs yazısı
Bu gün, 06:50
Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir - Tural Abbaslı
Bu gün, 06:41
Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? - AÇIQLAMA
Bu gün, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru