"İcra hakimiyyətindən gəldilər, şəklini çəkib getdilər..." - GİLEY
Tarix: 29-08-2019, 09:42 | Çap et
Göyçayın 20 Yanvar küçəsindəki 28 saylı mənzildə yaşayan Qasımovlar ailəsinin problemi var. DİA.AZ bildirir ki, onlar yeganə övladlarının xəstəlikdən əziyyət çəkdiyini, müalicə etdirə bilmədiklərini deyirlər. Ata Mehman Qasımov heç yerdə işləmir və gözdən əlilliyi var. Buna görə də ehtiyacları qarşılamaqda əziyyət çəkir. Bir tərəfdən də yaşadıqları ev qəzalı durumdadır. Ailə onun da bir çarəsini tapa bilmir.
“Gözümüzün ağı-qarası bircə oğlumuz var, Aydın. 6-cı sinifdə oxumalıdır, 3 ildir məktəbə göndərə bilmirik. Skaliozdur, beli təmiz əyilib. Bu il bir az pul tapıb, masaja aparmışıq. Həkim üzü görməyib bu uşaq. Biz də istəyərik normal müalicə etdirək və məktəbə getsin. Vaxtının çoxu yataqda keçir. Evdə normal bir şəraitimiz də yoxdur ki, müəllim gəlib, dərs keçsin”, – 59 yaşlı Mehman Qasımovun sözləridir.
Evin xanımı, 50 yaşlı Rübabə Manafova da yaşayışından, şəraitindən şikayətçidir. Deyir, evlərinə həyat yoldaşı Mehman Qasımovun əlillik müavinətindən başqa pul gəlmir. Onunla da həm yoldaşının, həm də oğlunun müalicə olunması mümkün deyil. Üstəlik, ev şəraitləri də yaxşı deyil. Onu təmir edəcək imkanları da yoxdur:
“Evimiz başımıza uçur. O qədər pis gündədir ki, bütün günü qorxumuzdan eyvanda otururuq. Mətbəxin və yataq otağının qapısını isə az qala bir ildir bağlamışıq. Çünki orada nə heyvan istəsən var. İlan, kərtənkələ, kəsəyən doludur. Hələ evin başında bir böyük, xallı kərtənkələ növü var ki… Ən qorxduğum odur. Tavan deşilir, tökülürlər evin içinə. Gecəni səhərəcən yata bilmirəm ki, girib bizə nəsə edər. Onsuz da istidən, bürküdən yatmaq olmur”.
Rübabə Manafova oğlu ilə bərabər masanın altında yatır ki, birdən gecə ilə ev uçsa, heç olmasa, başlarına nəsə olmasın: “Bu istinin günündə pəncərəni, qapını aça bilmirik. Bu azmış kimi masanın altında yatmaq lap işgəncədir. İmkanımız da yoxdur ki, nəsə əl gəzdirək. Güc-bəla ilə yoldaşımı əməliyyat etdirdik. Yenə də yaxşı görmür, əlildi, işləmək qabiliyyəti yoxdur. Özüm də ki, nevroloji xəstəlikdən əziyyət çəkirəm. Onların xəstəliyi öz dərdimi unutdurub”.
“50 ilin evidir, tökülür. İmkan yox, heç yerdə işləmirəm, bir qəpik almıram. Əlilliyə görə cəmi 110 manat təqaüd köçür. Onu da bilmirəm nəyə xərcləyəm. 110 manatla ailə dolanar? İcra Hakimiyyətinə getdim ki, evim qəzalıdır. Gəldilər, şəklini çəkib getdilər. Bir səs-soraq çıxmadı. İnanın, çörək almağa pulumuz yoxdu. Biz necə ev tikək?”- evin kişisi danışır.
Rübabə Manafova hələ də anlamış deyil ki, Allah niyə ona belə bir şərait, həyat qismət edib: “Səhərdən oturub eyvanda ağlayıram. Yoldaşımın gözü, oğlumun beli, mənim də başım. Çox çarəsizəm. İş yox, güc yox, pul yox. Vallah, bəlkə də bu ölkədə ən pis yaşayan ailə bizik. Ölürük acından. Özüm də yetim qız olmuşam. Kimsəm yoxdur ki, əlimdən tutsun. Cehizim də ki, bir sandıqdır, vəssəlam. O da qalıb uçub-tökülmüş otaqda”.
Rübabə Manafova deyir ki, tavan aralanır içəri kərtənkələ, ilan girir. Ailə evlərinin atalarından qaldığını, yaşamağa yararsız olduğunu deyir. Ailənin maddi imkanı olmadığından özlərinə ev tikə bilmir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Bu gün, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Bu gün, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Bu gün, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Bu gün, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Bu gün, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Bu gün, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:41 |
|
|
|
• "Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Bu gün, 11:39 |
|
|
|
• Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Bu gün, 11:38 |
|
|
|
• Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Bu gün, 11:32 |
|
|
|
• Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Bu gün, 11:27 |
|
|
|
• Belarus Prezidenti 20 nəfəri əfv edib
Bu gün, 11:24 |
|
|
|
• Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Bu gün, 11:15 |
|
|
|
• Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Bu gün, 11:02 |
|
|
|
• “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57 |
|
|
|
• Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Bu gün, 10:56 |
|
|
|
• İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Bu gün, 10:54 |
|
|
|
• "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Bu gün, 10:52 |
|
|
|
• Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Bu gün, 10:36 |
|
|
|
• “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31 |
|
|
|
• İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28 |
|
|
|
• Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12 |
|
|
|
• Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02 |
|
|
|
• “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52 |
|
|
|
• Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48 |
|
|
|
• Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46 |
|
|
|
• 326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
• Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41 |
|
|
|
• Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40 |
|
|
|
• Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38 |
|
|
|
• Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37 |
|
|
|
• Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35 |
|
|
|
• `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32 |
|
|
|
• Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27 |
|
|
|
• Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? - AKTUAL
Bu gün, 09:22 |
|
|
|
• Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO
Bu gün, 09:19 |
|
|
|
• Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... - Ekspert danışır...
Bu gün, 09:12 |
|
|
|
• Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? - Əsaslandırma...
Bu gün, 09:08 |
|
|
|
• Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... - Bakıya Ankara qardaşlığı...
Bu gün, 09:07 |
|
|
|
• AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb - DİQQƏT
Bu gün, 08:58 |
|
|
|
• Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21 |
|
|
|
• Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26 |
|
|
|
|