“Gəncəli Mübariz” xərçəngə tutuldu .....                     "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" .....                     Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA .....                     AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir .....                     Rusiyada qardaşları öldürülən jurnalist danışdı: .....                     Ermənistanda gərginlik böyüyür .....                     Çox gözəl sözlərdir: Tramp Putini təriflədi .....                     Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA .....                     Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... .....                     "Qocalıqdan çox qorxuram" .....                     İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... .....                     Nəsə bu dəfə qanun işləmədi... .....                     Belə marketinq olmur... belə reklam olmur! .....                     II Qareginin keçmiş cangüdənindən şok ittihamlar .....                     Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür .....                     İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb .....                     Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? .....                     İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? .....                     ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib .....                     Sənədsiz evlərlə bağlı mühüm YENİLİK .....                     FHN-dən növbəti bahalı alış-veriş .....                     İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib .....                     Saçını boyamaq istədi, dərisini yandırdılar .....                     Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... .....                     Bu ünvanda Azərbaycan qanunları işləmir .....                     `Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... .....                     Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... .....                     Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... .....                     Tramp bu il Çini ziyarət edəcək .....                     "Məcnun Məmmədov ciddi düşünsün" .....                     "Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" .....                     “Uşaqların başı imtahanlarla xarab olur” .....                     Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? .....                     Ermənistanda keşiş “ovu” .....                     İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? .....                     Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib .....                     ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam .....                     "Səhnə qurban tələb edir" .....                     Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal .....                     36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi .....                 

“Evrascon” ASC çətin durumda - Bakıda liman tikən şirkət borc dənizində niyə batdı
Tarix: 10-10-2018, 08:56 | Çap et
“Evrascon” ASC çətin durumda
Azərbaycanın ən böyük inşaat şirkətlərindən biri olan “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin üzləşdiyi maliyyə çətinlikləri davam edir. Bu barədə redaksiyamıza məlumat verən mənbənin dediyinə görə, şirkətdə əmək haqları aylarla verilmir, yubanma 4-5 aya çatır: “Son aylarda yüzlərlə işçi ixtisara salınıb, hamıya layihələrin bitdiyi, yenilərinin olmadığı deyilir. Hətta deyirlər, bəzi layihələrdə iş yarımçıq saxlanılıb, iş şirkətdən alınıb”.

Mənbənin verdiyi məlumata görə, “Evrascon” ASC-nin Dövlət Sosial Müdafiə Fonduna külli miqdarda borcu yığılıb: “Xəstəlik kağızı alan işçilər üçün ödənişlər aylarla verilmir. Pensiya Fonduna müraciət edəndə deyirlər ki, şirkət aylardır ödənişləri ləngidir, ona görə də fond onun işçilərinin ödənişini vaxtında edə bilmir”.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran “Evrascon” ASC Direktorlar Şurasının üzvü Namiq Kərimli bildirdi ki, həqiqətən də əmək haqlarının ödənişində müəyyən çətinliklər var: “Etiraf edək ki, bu sahədə müəyyən geriləmə var. Elə bu gün işçilərin əmək haqları kartlarına köçürülüb. Ondan sonra haradasa 2 aylıq əmək haqqı borcumuz var”.

İxtisarlara gəlincə, N.Kərimli qeyd etdi ki, söhbət bir sıra başa çatmış layihələrin icrasına müvəqqəti cəlb olunmuş işçilərdən gedir: “Məsələn, Ələt dəniz limanının tikintisi başa çatdı. Ora müvəqqəti əsaslarla cəlb etdiyimiz işçilərlə müqavilələrin müddəti başa çatıb. Haradasa 2 min nəfərə yaxın adam işləyirdi orada. Bakı-Astara yolunun tikintisi də demək olar ki, yekunlaşıb. Bu layihələrdə işləyən mütəxəssisləri digər layihələrə yönləndirmişik, qalanlarla işi dayandırmışıq”.

N.Kərimlinin dediyinə görə, “Evrascon” hazırda iki dövlət əhəmiyyətli layihənin icrasına başlayıb: “Bunlardan birincisi Azərbaycan-Rusiya sərhədində DSK adlı yerdə körpünün tikintisidir. Digəri isə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 60 kilometrini biz inşa edirik. Hazırda bu layihələrin icrası istiqamətində ciddi iş gedir”.

DSMF-yə borcun yığılmasına gəlincə, şirkət rəsmisi bunun yanlış olduğunu qeyd etdi: “Bizim dövlət qurumlarına hər hansı borcumuz yaranan kimi hesablarımıza sərəncam qoyulur. Sosial Müdafiə Fonduna da həmçinin. Bizim bu quruma borcumuz yığılmayıb, bu, həqiqətə uyğun deyil”.

Xatırladaq ki, Ələtdə yeni və müasir tipli dəniz limanının tikintisi ilə bağlı işlərə 2007-ci ildən başlanıb. Ötən illər ərzində tikinti işlərində xeyli ləngimələr qeydə alınıb. Belə ki, hələ 2008-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun mətbuata verdiyi açıqlamada limanın birinci mərhələsinin 2008-2011-ci, ikinci mərhələnin 2011-2013-cü, üçüncü mərhələnin isə 2013-2015-ci illəri əhatə edəcəyi, tikinti işlərinə bütövlükdə təqribən 400 milyon ABŞ dolları sərf olunacağı bildirilmişdi. Liman kompleksi akvatoriyasında dibdərinləşdirmə işləri istisna olmaqla, bütün işlər “Evrascon” ASC-yə həvalə olunub. Lakin işlər ciddi şəkildə yubanıb, ona çəkiləcək xərclər də artıb. 2008-ci ildə elan edilən 400 milyon dollar (təxminən 300-320 milyon manat) 2012-ci ildə 870 milyon manata çatıb. ASC-nin İdarə Heyətinin sədri Manaf Şirinov özü də Ələt Limanının tikintisi ilə bağlı işlərdə problem yarandığını təsdiq edib. O, 2015-ci ilin yekunları ilə bağlı səhmdar cəmiyyətin səhmdarlarının yığıncağında bildirib ki, limanın tikintisi ilə bağlı 2014-cü il üçün görülən işlərə sərf olunacaq 50 milyon manatı ona büdcədən 2015-ci ilin may-iyun aylarında ödəyiblər. Bu üzdən də ASC layihə üzrə işləri davam etdirmək üçün dollar və avro ilə kreditlər götürüb.

2017-ci ilin yanvarında hökumət müşavirəsindəki çıxışında ölkə prezidenti İlham Əliyev Ələt limanının tikintisindəki yubanmanı kəskin tənqid edib. Bildirib ki, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb: “Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda, özlərindən küssünlər”.

Prezidentin çıxışından sonra Ələt limanının tikintisinə nəzarət Nəqliyyat Nazirliyindən alınaraq İqtisadiyyat Nazirliyinə verilib və bundan sonra işlər sürətləndirilib.

Qeyd edək ki, “Evrascon” ASC-nin baş nazirin sabiq müavini Abid Şərifova bağlı olduğuna dair mətbuatda çoxsaylı məlumatlar yer alıb. Hətta A.Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızının “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisi olduğu deyilir. A.Şərifovun vəzifədən uzaqlaşdırılması ilə şirkətin vəziyyətinin də pisləşdiyinə dair informasiyalar dolaşmaqdadır. Hətta bu ilin iyulunda şirkətin İdarə Heyətinin sədri Manaf Şirinov prokurorluq orqanları tərəfindən həbs edilib. Bununla bağlı Baş Prokurorluğun yaydığı məlumatda həbsin qum-çınqıl yataqlarından qanunsuz istifadə, qanunsuz sahibkarlıq və sairlə bağlı olduğu qeyd edilib. Əldə etdiyimiz məlumata görə, M.Şirinov qısa müddətdən sonra həbsdən azad olunub, hazırda “Evrascon” ASC-dəki işinin başındadır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Bu gün, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Bu gün, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Bu gün, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Bu gün, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Bu gün, 10:30
Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Bu gün, 10:18
Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Bu gün, 10:16
Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Bu gün, 10:11
Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Bu gün, 10:06
"Qocalıqdan çox qorxuram"
Bu gün, 10:00
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Bu gün, 09:52
Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 09:49
Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Bu gün, 09:39
II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Bu gün, 09:34
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Bu gün, 09:32
İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Bu gün, 09:30
Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:25
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Bu gün, 09:17
Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Bu gün, 09:16
FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Bu gün, 09:02
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - KİV
Bu gün, 08:59
Saçını boyamaq istədi, dərisini yandırdılar - BU NƏDİ BELƏ?
Bu gün, 08:51
Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Bu gün, 08:44
Bu ünvanda Azərbaycan qanunları işləmir - GİLEY
Bu gün, 08:37
`Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... - dövlətin sərvətinə YAĞI MÜNASİBƏTİ
Bu gün, 08:21
Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... - Hər şeylərini dövlətin ayağına yazırlar...
Bu gün, 08:10
Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Bu gün, 08:04
Tramp bu il Çini ziyarət edəcək - KİV
Bu gün, 07:01
"Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Bu gün, 06:46
“Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Bu gün, 06:43
Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 06:38
Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Bu gün, 06:36
İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Bu gün, 06:32
Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Bu gün, 06:30
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Bu gün, 06:25
"Səhnə qurban tələb edir"
Bu gün, 06:23
Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal – Gerçəklər heyrətə salır
Bu gün, 06:21
36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46
"4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03
Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22
“Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Dünən, 17:20
Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Dünən, 17:19
Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Dünən, 17:11
Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Dünən, 17:05
Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru