Belə marketinq olmur... belə reklam olmur! .....                     II Qareginin keçmiş cangüdənindən şok ittihamlar .....                     Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür .....                     İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb .....                     Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? .....                     İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? .....                     ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib .....                     Sənədsiz evlərlə bağlı mühüm YENİLİK .....                     FHN-dən növbəti bahalı alış-veriş .....                     İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib .....                     Saçını boyamaq istədi, dərisini yandırdılar .....                     Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... .....                     Bu ünvanda Azərbaycan qanunları işləmir .....                     `Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... .....                     Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... .....                     Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... .....                     Tramp bu il Çini ziyarət edəcək .....                     "Məcnun Məmmədov ciddi düşünsün" .....                     "Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" .....                     “Uşaqların başı imtahanlarla xarab olur” .....                     Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? .....                     Ermənistanda keşiş “ovu” .....                     İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? .....                     Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib .....                     ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam .....                     "Səhnə qurban tələb edir" .....                     Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal .....                     36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi .....                     "4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" .....                     Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb .....                     Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb .....                     Azərbaycanın enerji suverenliyində yeni səhifə .....                     Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib .....                     “Zelenski Trampı razı sala bilərmi?” .....                     Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır .....                     Erməni diasporundan sonra erməni kilsəsi də .....                     Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir .....                     Rusiya müharibədən öyrənərək çıxır .....                     Kinostudiya gündəlik fəaliyyətini davam etdirir .....                     Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender .....                 

BP azərbaycanlı işçinin ölümünü niyə gizlədib? - ŞOK FAKTLAR
Tarix: 8-09-2018, 10:03 | Çap et
BP azərbaycanlı işçinin ölümünü niyə gizlədib?
Bakı şəhər sakini, “BP – Azərbaycan” şirkətinin keçmiş əməkdaşı Aslanov Aslan Zahid oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Onun məktubunu olduğu kimi dərc edirik:

“Mən, 07.06.1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Aslanov Aslan Zahid oğlu 26 Yanvar 2009-cu il tarixdən 4 Aprel 2018-ci il tarixinədək “BP-Azərbaycan” şirkətinin işçisi olmuşam və BP-də müxtəlif işçi vəzifələrində işləmişəm. İşçi olduğum müddətdə mütəmadi olaraq BP-nin əcnəbi işəgötürən kimi Azərbaycan Respublikasını Əmək Məcəlləsinin (ARƏM) tələblərini, işçilərinin azad şəkildə BP-də Azərbaycanlı İşçilərin “Həmkarlar Təşkilatı” yaratmaq təşəbbüslərinin əcnəbi rəhbərliyinin müxtəlif təzyiqləri ilə məhdudlaşdırılması və o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və BP şirkəti arasında imzalanmış və hüquqi qüvvəyə minmiş Hasilatın Pay Bölgüsü Sazişinin ( HPBS) 6-cı Maddəsinin ( Birgə Əməliyyat Şirkəti. İşçi Heyəti və Peşə Təhsili) 6.7 bəndində ( İşçi Heyəti) təsbit olunan “Kadrların Milliləşdirilməsi” öhdəliyinin o cümlədən Neft-Qaz Hasilatı ilə bağlı BP şirkətinin Azərbaycan Dövləti və ARDNŞ qarşısında götürdüyü öhdəlikləri kobud şəkildə pozması hallarını illərboyu müəyyən etmişəm. Bu hallar haqqında işçi olduğum müddətdə daimi BP Əcnəbi və bəzi yerli müdriyyəti qarşısında daxili qaydada müraciətlər etmişəm və hətta BP daxili elektron məktubları ( BP e-mail sistemi) vasitəsilə rəsmi şikayətlər qaldırmışam və məsələlərin daxili qaydada və Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin tələblərinə uyğun şəkildə həllini tapmasına bir Azərbaycan Vətəndaşı olaraq cəhd etmişəm.

Nəhayət, 4 Aprel 2018-ci il tarixdə BP daxilində azərbaycanlı olduğuma və dövlətçiliyə bağlı mövqe nümayiş etdirdiyimə görə, azərbaycanlı işçilərini əcnəbi və bəzi anti-milli müdriyyət tərəfindən iş zamanı təhqir olunmasını və azərbaycanlıların Milli Qürur hissinin alçaldılmasının dözülməz dərəcəyə gəlib çatdığını görərək, BP tərəfindən baş verən qanun pozuntularının, Azərbaycan dövlətini aldatmağa cəhd etməsinin və BP-nin Neft-Qaz Hasilatı, o cümlədən Kadrların Milliləşdirilməsi məsələlərində min cür fitnəyə əl atmasını bilərək, BP-də “Azərbaycan Respublikasının Həmkarlar İttifaqları haqqında Qanunu”nun və ARƏM-nin müvafiq maddələrinin tələblərinə uyğun şəkildə də Azərbaycanlı İşçilərin “Həmkarlar Təşkilatı” yaratmaq istəmişəm. Bundan dərhal sonra 4 Aprel 2018-ci il tarixdə işçisi olduğum Sualtı Əməliyyatlar İdarəsində yeganə azərbaycanlı işçi olaraq qeyri-qanuni şəkildə işçi vəzifəm ixtisara salınır və ARƏM-nin Əmək Məcəlləsinin 79-cu Maddəsinin müvafiq maddəsinin tələbinə zidd olaraq Əmək Müqaviləmə dərhal BP tərəfindən xitam verilir.

Yuxarıda BP-nin qeyd olunan saysız-hesabsız qanun pozuntuları ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) və Azərbaycan Respublikasının Məhkəmələrinə müraciət etmişəm və etməkdə davam edəcəm.

Sizdən çox xahiş edirəm ki, qeyd olunan qanun pozuntularının obyektiv araşdırılması üçün həm ƏƏSMN-nin naziri, hörmətli Sahil Babayevə, Azərbaycan Respublikasının Nəsimi rayon Məhməsinə və gələcəkdə Apellyasiya və Ali Məhkəmələrə BP ilə bağlı Azərbaycan Respublikasının vətəndaşları tərəfindən, o cümlədən mənim tərəfimdən qeyd olunan kobud qanun pozuntuları ilə əlaqədar edilən müracitələrin və İddiaların ciddi şəkildə araşdırılması üçün mətbuat dəstəyi verəsiniz.

Eyni zamanda Sizi 8 Noyabr 2016-ci il tarixdə BP-nin Xəzər dənizində Əməliyyatçısı olduğu Dərin Sulu Günəşli ( Deep Water Gynashly) Neft Hasilatı Platformasında BP-nin Qazma işləri üzrə Podratçı şirkətinin azərbaycanlı işçisinin Platformada itkin düşməsi və dərhal sonra da Platformadan dənizə düşərək ölməsi haqqında məlumatlandırmaq istərdim.

Belə ki, qeyd olunan hadisə baş verdikdən sonra BP-nin müdriyyəti tərəfindən daxili elektron məktub sistemi (BP e-mail sistem) vasitəsiə ilə rəsmi olaraq bütün azərbaycanlı işçilərə xəbərdarlıq məktubu göndərildi ki, qeyd olunan hadisə ilə bağlı yerli və dünya mətubatına, o cümlədən sosial mediaya heç bir məlumat vermək olmaz. Yəni dolayısı ilə işçilərə təzyiq olaraq bildirildi ki, kimsə Platformada baş verən məlum insan tələfatı ilə nəticələnən faciəvi hadisə ilə bağlı mətbuata məlumat verərsə, həmin şəxs şirkətin daxili “siyasətini” pozmuş olacaq. Bu, dolayısı ilə həmin işçinin cəzalandırıla biləcəyi ilə bağlı bir xəbərdarlıq idi bu məktub.

Qeyd olunan məktub bu ərizəyə qoşmadadır və BP daxili rəsmi ünsiyyət dili ingilis dili olduğundan, BP elektron məktubu da ingilis dilindədir və məktubun sonunda qeyd olunur ku, BP şirkətinin Mətbuat Xidməti bu hadisənin baş vermə səbəbləri ilə bağlı Azərbaycan Dövlətini və İctimaiyyətini məlumatlandıracaq. Lakin mən və digər azərbaycanlı BP işçiləri digər azərbaycanlı işçinin BP-nin Platformasında faciəvi şəkildə ölməsi hadisəsindən uzun bir müddət keçməsinə baxmayaraq, həmin faciəvi hadisənin başvermə səbəbləri ilə bağlı nə mətbuatda nə də BPdaxili qaydada məlumatlandırılmamışıq. Hətta mən bilmirəm ki, bu hadisə ilə bağlı BP şirkəti Azərbaycan Dövlətini və Azərbaycan Respublikasının Baş Prokurorluğunu ümumiyyətlə məlumatlandırıbmı, yoxsa yox. Odur ku, məndə bir Azərbaycan vətəndaşı olaraq bu hadisənin başvermə səbəbləri ilə bağlı xeyli şübhələr yaranıb. Əgər BP şirkəti Azərbaycan Respublikasının Baş Prokurorluğu və ƏƏSMN-nin DƏMX-inə bu hadisə ilə bağlı məlumat verməyibsə, “Hürriyyət” qəzetindən çox xahiş edirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər aiddiyyatı dövlət qurumlarına bu hadisənin başvermə səbəblərinin ətraflı araşdırılmasına, azərbaycanlı işçinin BP tərəfindən faciəvi şəkildə öldürülə biləcəyi ehtimalının və ya digər mümkün ehtimalların araşdırılması və cinayətkarların tapılıb, məsuliyyətə cəlb edilib- edilməməsi barədə mətbuat olaraq sorğu göndərəsiniz. O zaman BP şirkəti daxilində belə bir şaiə yayıldı ki, həmin işçi öz ailəsində olan problemlərə görə iş zamanı özünü platformadan dənizə ataraq intihar edib. Lakin bu, heç inandırıcı versiya deyil. Çünki intihara cəhd edən insan, zənnimcə, psixi cəhətdən sağlam adam ola bilməz və ruhən sağlam olmayan işçinin Azərbaycan dövləti üçün strateji sayılacaq bir Neft Hasilatı Platformasına BP tərəfindən iş sahəsinə buraxılması əslində daha böyük faciələrə gətirib çıxara bilərdi. Məsələn, psixi sağlam olmayan işçinin Platformada hər hansı partlayış yarada biləcək bir hərəkəti böyük fəlakətə səbəb ola bilərdi.

Digər tərəfdən də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının “Icbari Tibbi Müayinələrin Təkmilləşdirilməsi barədə” adlı 46 Nömrəli Qərarına əsasən Neft-qaz Sənayesində, o cümlədən Dəniz Neftçıxarma işlərində işləyən işçilərin İcbari Tibbi Müayinəsi minimum ildə 1 dəfə olmaqla keçirilməsi işəgötürən tərəfindən təmin edilməlidir və Neftçilər müxtəlif həkimlərlə bərabər eyni zamanda Psixiatrın da müayinəsindən keçirilməlidir. Yəni əgər BP-nin işçilər arasında buraxdığı şaiyə doğrudursa və işçi psixi cəhətdən sağlam olmayıbsa, o zaman işəgötürən kimi BP və onun Qazma üzrə Podratçı şirkəti İcbari Tibbi Müayinənin keçirilməsi qaydasını pozaraq həmin işçinin psixiatr tərəfindən vaxtında müayinə olunaraq, psixi sağlamlığının yerində olub-olmadığını təyin etməmiş və həmin işçinin öz həyatı ilə bərabər Azərbaycan dövlətinə məxsus və Strateji əhəmiyyətli Neft Hasilatı Platformasını böyük təhlükə və risk altına atmışdır.

Bunlar yenə də mənim sadəcə bir Azərbaycan vətəndaşı kimi fərziyyələrimdir, lakin dəqiqliklə araşdırlmaya ehtiyacı olan ciddi məsələdir.

Bundan başqa, çox şübhəlidir ki, həmin gün, yəni 8 noyabr 2018-ci il tarixdən BP-nin Xəzər Dənizində Əməliyyatçısı olduğu “Dərin Sulu Günəşli”Neft Hasilatı Platformasında hasilat həm də gündəlik neft hasilatı sistemlərində yaranmış dayanmalara görə xeyli aşağı düşmüşdür. Digər tərəfdən, əgər həmin azərbaycanlı işçi psixi cəhətdən tam sağlam olubsa, o zaman həmin azərbaycanlının BP-nin Əməliyyatçısı olduğu “Dərin Sulu Günəşli” Neft Hasilatı Platformasında həyatını faicəvi şəkildə itirməsinə səbəb ola biləcək BPdaxili hər hansı səhlənkarlıqların da araşdırlmasına ehtiyac olmasını düşünürəm.

Hörmətli “Hürriyyət” qəzeti!

Sizdən bu məsələni diqqətdə saxlamağınızı və aiddiyyatı dövlət qurumlarına bu məsələnin ətraflı araşdırılmasına və nəticələrinin ictimailəşdirilməsinə mətbuat dəstəyinizi göstərmənizi xahiş edirəm”.

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Bu gün, 09:39
II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Bu gün, 09:34
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Bu gün, 09:32
İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Bu gün, 09:30
Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:25
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Bu gün, 09:17
Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Bu gün, 09:16
FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Bu gün, 09:02
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - KİV
Bu gün, 08:59
Saçını boyamaq istədi, dərisini yandırdılar - BU NƏDİ BELƏ?
Bu gün, 08:51
Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Bu gün, 08:44
Bu ünvanda Azərbaycan qanunları işləmir - GİLEY
Bu gün, 08:37
`Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... - dövlətin sərvətinə YAĞI MÜNASİBƏTİ
Bu gün, 08:21
Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... - Hər şeylərini dövlətin ayağına yazırlar...
Bu gün, 08:10
Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Bu gün, 08:04
Tramp bu il Çini ziyarət edəcək - KİV
Bu gün, 07:01
"Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Bu gün, 06:46
“Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Bu gün, 06:43
Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 06:38
Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Bu gün, 06:36
İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Bu gün, 06:32
Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Bu gün, 06:30
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Bu gün, 06:25
"Səhnə qurban tələb edir"
Bu gün, 06:23
Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal – Gerçəklər heyrətə salır
Bu gün, 06:21
36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46
"4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03
Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22
“Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Dünən, 17:20
Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Dünən, 17:19
Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Dünən, 17:11
Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Dünən, 17:05
Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Dünən, 16:57
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Dünən, 16:54
Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Dünən, 16:52
İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Dünən, 16:48
27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Dünən, 16:42
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Dünən, 16:39
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Dünən, 16:36
"Ailələrin dağılma səbəbi budur"
Dünən, 14:46
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Dünən, 14:41
Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Dünən, 14:38
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Dünən, 14:12
İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Dünən, 13:49
Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Dünən, 13:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru