Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                     Binəqədidə özbaşına salınan binələr... .....                     Təki bütün kişilər mənim yoldaşım kimi olsun .....                     Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                     Kəlbəcərdə yük avtomobili aşıb, ölən var .....                     `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? .....                     Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... .....                     ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı .....                     Novxanıdakı "La Chateau" restoranına getməyin! .....                     İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər .....                     Ordun varsa... YURDUN VAR! .....                     ABŞ səfirliyi izahat verməlidir .....                     “İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir .....                     160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... .....                     Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib .....                     Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu .....                 

Samir Şərifovla Elman Rüstəmovun limiti bitib - Seçkidən sonra gedirlər...
Tarix: 8-02-2018, 08:28 | Çap et
Samir Şərifovla Elman Rüstəmovun limiti bitib
Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlər var. “Yeni Müsavat”a maliyyə-bank sektorundan daxil olmuş məlumatlarda şok adlar yer alıb. Bildirilir ki, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları prezidentin yeni komandasının siyahısında olmayacaq. Vurulacağı deyilən şəxslərin əksəriyyətinin iqtisadi blokda təmsil olunan məmurlar olacağı gözlənilir.

Hakimiyyət üçün arzuolunmaz sayılan kadrlar arasında maliyyə naziri Samir Şərifovun, eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun adı çəkilir. Ölkənin maliyyə və bank sektorundakı vəziyyətdən sorumlu olan bu şəxslər neftin dünya bazar qiymətinin düşdüyü dövrdə qeyri-peşəkar yanaşmalarıyla iqtisadiyyatda böyük problemlərin yaranmasına rəvac veriblər. Belə ki, böhranın başlandığı ilkin dövrdə yerli və xarici ekspertlərin təkidli çağırışlarına rəğmən Azərbaycanda manatın məzənnəsi sərbəst buraxılmadı. Maliyyə-bank sektorunun başbilənləri Mərkəzi Bankın vəsaitləri hesabına manatın məzənnəsini süni surətdə saxlamağa cəhd göstərdilər. Nəticədə, qısa bir müddətdə Mərkəzi Bankın 18 milyard dollar təşkil edən valyuta ehtiyatları 4 milyard dollara düşdü. Manatın devalvasiyalarından sonra məlum oldu ki, manatın məzənnəsinin böyük zərər hesabına saxlanması heç də səbəbsiz deyilmiş: müəyyən qüvvələr Azərbaycanda dolların ucuz olmasından istifadə edərək milyardlarla dollar qazanc əldə ediblər. Dövlət başçısı səviyyəsində açıqlanan məlumatlardan aydın oldu ki, bu qüvvələr gündə yüz milyonlarla dollar əldə etməyi bacarıblar.

Məlum oldu ki, devalvasiyadan günlər əvvəl kimlərsə irihəcmli əməliyyatlar həyata keçirərək yüz milyonlarla dollar alıblar. Bu alqı-satqıdan xüsusilə Elman Rüstəmovun xəbərsiz olması mümkün deyildi çünki ölkədə məzənnə tənzimlənməsini həyata keçirən əsas orqan Mərkəzi Bank idi. Ölkədə dolların əsas satıcısı da Mərkəzi Bank idi. Hansı bankın nə qədər dollar aldığını, aldığı dolları qısa müddət ərzində necə xırıd etdiyini baş bankirdən yaxşı kimsə bilə bilməzdi. Ölkə rəhbərliyinin də dilə gətirdiyi bu əməldən E.Rüstəmov, əlbəttə, xəbərsiz deyildi. Xəbərinin olması və mane olmaması onun dövlət maraqlarına ən böyük zərbəsi idi. Bu susqunluğuna görə də sonrakı dövrdə Mərkəzi Bankın banklarla bağlı əsas səlahiyyətlərinin demək olar ki, hamısı əlindən alındı.

Ötən ilin payızında mətbuatda gedən məlumatlardan aydın oldu ki, Mərkəzi Bankın rəhbərini həm də rahatca “kredit oliqarxı” hesab etmək olar. Həmin məlumatlara görə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.

Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği “Respublikabank”dan, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. Baş bankirin heç bir reaksiya vermədiyi, yəni həm də təkzib etmədiyi bu məlumat onun devalvasiyalardan az əvvəl müxtəlif banklar vasitəsilə yüz milyonlarla dolların alınmasına niyə göz yumduğunu açıqlayır.

Eyni zamanda aydın məsələdir ki, uzun illər Mərkəzi Banka rəhbərlik etməklə ölkənin bank sektorunu əlinin içi kimi tanıyan E.Rüstəmov, maliyyə sisteminə rəhbərlik edən S.Şərifov proseslərin belə xarakter alacağını görməmiş deyildilər. Bu halda onların hansı maraqlardan çıxış edərək dolları ucuz saxlamağa çalışdıqları sıravi vətəndaşlardan tutmuş, ölkə rəhbərliyinə qədər hamını düşündürəcək sualdır.

Baş bankirlə baş maliyyəçinin mütləq və mütləq görməli olduqları digər cinayət, əlbəttə ki, Beynəlxalq Bankdan oğurlanan on milyardlarla manat dövlət vəsaitidir. Biri bank sektorunun, digəri isə maliyyə sisteminin tənzimləyicisi, biri banklardan verilən kreditlərə, digəri birbaşa Beynəlxalq Bankdan verilən kreditlərə nəzarət edən iki məmurun gözləri önündəcə dövlətin pulu talan edilirsə və onlar bunu görmürlərsə, demək ki, ya tutduqları vəzifəyə uyğun bilik-bacarıqları yoxdur, ya da baş verənlərdə hansısa maraqları və iştirakları olub. Bu, sübuta ehtiyacı olmayan aksiomdur.

Hazırda Azərbaycan dövləti Beynəlxalq Bankın 10 milyard manatlıq toksik aktivlərini, 3,3 milyard dollarlıq xarici borcunu üzərinə götürüb. Ölkəyə qarşı Beynəlxalq Bankın borclarının restrukturizasiyası prosesi ilə bağlı London məhkəməsində iki iddia təmin olunub. Bu isə restrukturizasiya prosesini yubatmaqla yanaşı, 3,3 milyard dolların qısa müddətə ödənməsi kimi arzuolunmaz vəziyyətə gətirib çıxara bilər.

S.Şərifovla E.Rüstəmovu komandadan uzaqlaşdırılmağa namizəd məmur “postu”na gətirən daha bir amil böhran dövründə ölkədə dollar qara bazarının yaradılması faktıdır. Xatırladaq ki, dollar qara bazarının hədsiz genişlənməsi Milli Məclisdə belə müzakirələrin açılmasına səbəb oldu. 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkilləri ölkədə “qara bazar”ın tüğyan etməsindən narahatlığını ifadə etdilər.

“Qara bazar”da dollar satışına münasibət bildirən deputat Yevda Abramov bildirmişdi ki, əlaqədar qurumlar vəziyyətə nəzarəti itirib: “Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Haradandır bu adamların maşınlarında bu qədər dollar?”

Az sonra məlum oldu ki, dollar qara bazarının təchizatçıları iki dövlət bankının - Beynəlxalq Bank və “Azər-türk Bank”ın rəhbərləridir. Dövlətin bütün imkanlarını səfərbər edib manatın məzənnəsini sabitləşdirməyə çalışdığı bir zamanda bu şəxslərin arxasındakı qüvvələrin qara bazarda qaz vurub qazan doldurması çox böyük narazılıq və qəzəbə səbəb olmuşdu. Həmin vaxtlar hətta maliyyə nazirinin özünün də prosesin içərisində olduğuna dair məlumatlar yayılmağa başlamışdı. Lakin proseslərin daha da dərinləşməsinə imkan verilmədi və Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədov, “Azər Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov da daxil olmaqla qrupun iş başından alınması ilə kifayətlənildi.

Azərbaycanda dövlət xərcləmələri sahəsində ciddi nöqsanların olduğu heç kimə sirr deyil. Elə Hesablama Palatasının son 2 ildə apardığı audit yoxlamalarına dair məlumatlarına baxmaq yetər ki, büdcədən irihəcmli vəsait alan əksər dövlət qurumlarında nə qədər böyük mənimsəmələrə yol verildiyini görmək mümkün olsun. Qeyd edək ki, ölkədə büdcə hesabına xərcləmələrə ilkin maliyyə nəzarətini məhz S.Şərifovun rəhbərlik etdiyi qurum - Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidməti həyata keçirir. Necə olur ki, bu xidmətin illər boyu heç bir nöqsan aşkarlamadığı qurumlarda Hesablama Palatası yüz milyonlarla manatlıq pozuntular tapır?! Bu sualların ölkə rəhbərliyini də narahat etdiyi göz önündədir. Bunun nəticəsidir ki, Hesablama Palatası haqqında yeni qanun layihəsi hazırlanır, o qanunla Palataya çox geniş səlahiyyətlərin verilməsi nəzərdə tutulur.

Maliyyə-bank sektoruna rəhbərlik edənlərin yarıtmaz fəaliyyətlərinin nəticəsidir ki, bu gün Azərbaycan bankları düşdükləri ağır böhrandan qurtula bilmirlər. Bankların kredit siyasətinin nəzarətsiz buraxılması nəticəsində yaranan problemli kreditlərin həcmi 2 milyard dollara, ümumi kredit portfelindəki payı isə 15 faizə çatmaqdadır. Ölkə böhrandan çıxmaq üzrədir, lakin bank sektoru bu prosesi əngəlləyir.

Bütün qeyd olunanlar göstərir ki, seçki hər iki kadrdan qurtulmaq, iqtisadi blokda komandanın yenilənməsi üçün ölkə rəhbərliyinə əlverişli fürsət yaratmış olacaq.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40
Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - ÇÜNKİ...
Bu gün, 07:22
24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR - İcazə verin şübhələnək...
Bu gün, 07:19
'Kontakt Home' yenə də narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 07:15
"Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:03
"Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru