Sabiq nazirin həbsi niyə arxa plana keçib? - İDDİA
Tarix: 24-01-2018, 08:27 | Çap et
 Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı istintaq hərəkətləri səngiyib. Daha sabiq naziri çağırıb dindirmirlər. Belə məlumatlar var ki, Eldar Mahmudov yaxın perspektivdə istintaqa çağırılmayacaq və onun həbsi məsələsi də az əvvəl olduğu kimi artıq gündəmdə deyil. Yada salaq ki, ötən ilin noyabrında Eldar Mahmudovun əmisi oğlu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılaraq həbs olunub. Bundan sonra Eldar Mahmudovun özünü də istintaqa cəlb etmişdilər. Qısa müddət ərzində sabiq naziri istintaqa çağırıb saatlarla dindirirdilər. Həmin günlərdə belə xəbərlər vardı ki, Eldar Mahmudovun məsələsinə nöqtə qoyulacaq. Bu isə baş vermədi.
Hazırda Vüqar Mahmudovun işi üzrə istintaqda durğunluq yaranıb. İş üzrə istintaq hərəkətlərinin olduqca ləng aparıldığı bildirilir. Eyni zamanda Eldar Mahmudovun “MTN işi” çərçivəsində Sabunçu Rayon Məhkəməsində araşdırılan işlər üzrə də dindiriləcəyi gözlənilmir. Xatırladaq ki, hazırda məhkəmədə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə bir neçə epizod üzrə dindirilmələr keçirilir. Təqsirləndirilən şəxslər epizodlar üzrə ifadə verirlər. Qeyd edək ki, onlar 2015-ci ildə həbs olunublar. Eldar Mahmudovun dövlət qurumlarını öz təsiri altına salmasında, var-dövlət toplamasında bu şəxslərin müstəsna rolları var. Əlləri vəzifə səlahiyyətlərinin verdiyi imkanlardan dolayı hər kəsi dinləməyə yetib və gizli yolla əldə etdikləri informasiyanı şəxsi maraqlarını təmin etmək üçün istifadədən çəkinməyiblər.
MTN-in “qara qutusu” hesab olunan Monitorinq Mərkəzindən informasiyalar sakitcə kənara axıdılıb və həmin informasiyaların aid olduğu şəxslər - iş adamları, zavod direktorları, bazar sahibləri, nazirlər, nazir müavinləri, komitə sədrləri və müavinləri, Mərkəzi Bank rəhbərliyindən tutmuş ölkədə fəaliyyət göstərən əksər bankların rəhbər işçiləri və daha kimlər “məhşər ayağına” çəkiliblər. Beləcə, gizli yolla əldə olunan şəxsi informasiyalardan sui-istifadə edərək, böyük pullara sahib olan şəxslərin cibini, həm də dilini kəsiblər. Danışan, etiraz edən olmayıb. Ola da bilməzdi. O səbəbdən ki, gizli informasiyalar üzə çıxar, “məhşər ayağına” çəkilənlər daha böyük itkilərlə üz-üzə qalar, azadlıqlarını da itirə bilərdilər. Mahmudovun dəstəsinin uzun illər ayaqda qalmasının bir sirri də məhz budur. Mahmudovun vəzifəsini itirməsi də elə bu gizli - qanunsuz dinləmələrə görədir. Bunu ilk gündən onun generallarına verilən ittihamlar sırasında yer alan Cinayət Məcəlləsinin 302.1, 302.2 - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - maddəsi də bir daha təsdiqləyir. İllərlə gizli-qanunsuz dinləmələr baş tutub, əldə etdikləri məlumatlardan şəxsi məqsədləri üçün istifadə ediblər. Varlanıblar, milyonlarının sayını günbəgün artırıblar. 11 ildə dövlətin maraqları, necə deyərlər, ayaqlar altına atılıb. Nəhayətdə Eldar Mahmudovdan savayı hər kəs həbs olunub. Bu gün Eldar Mahmudovun azadlıqda qalması həm də əlaltılarının vəziyyətini yaxşılaşdırır. O baxımdan ki, bütün ipucları ona yönəlir, onu isə tutmurlar. Beləcə “MTN işi” “kor dalan”a yönləndirilir... “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36 |
|
|
|
• Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23 |
|
|
|
• Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21 |
|
|
|
• GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13 |
|
|
|
• Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08 |
|
|
|
• “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03 |
|
|
|
• Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00 |
|
|
|
• Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51 |
|
|
|
• "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49 |
|
|
|
• Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48 |
|
|
|
• Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45 |
|
|
|
• İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40 |
|
|
|
• Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28 |
|
|
|
• Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20 |
|
|
|
• Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17 |
|
|
|
• "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07 |
|
|
|
• Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43 |
|
|
|
• Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41 |
|
|
|
• Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28 |
|
|
|
• Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23 |
|
|
|
• Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16 |
|
|
|
• Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08 |
|
|
|
• “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03 |
|
|
|
• Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57 |
|
|
|
• Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50 |
|
|
|
• ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47 |
|
|
|
• Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39 |
|
|
|
• İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36 |
|
|
|
• Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31 |
|
|
|
• ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29 |
|
|
|
• “İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24 |
|
|
|
• 160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19 |
|
|
|
• Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08 |
|
|
|
• Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00 |
|
|
|
• "Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59 |
|
|
|
• Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54 |
|
|
|
• Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44 |
|
|
|
• Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42 |
|
|
|
• Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40 |
|
|
|
• Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - ÇÜNKİ...
Bu gün, 07:22 |
|
|
|
• 24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR - İcazə verin şübhələnək...
Bu gün, 07:19 |
|
|
|
• 'Kontakt Home' yenə də narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 07:15 |
|
|
|
• "Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:03 |
|
|
|
• "Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00 |
|
|
|
• Gömrüyün itləri AC QALACAQ - Tender ləğv olundu
Bu gün, 06:54 |
|
|
|
• Şəhriyar Laçınov dövlətə şərik gedir - BU DA FAKT...
Bu gün, 06:51 |
|
|
|
• Tovuzda kollec direktoru ittiham olunur... - BU NƏDİ BELƏ?
Bu gün, 06:45 |
|
|
|
• Şəbnəmi “dollar yağışı”na tutan ailə narkotacir imiş - həbs olunublar
Bu gün, 06:38 |
|
|
|
|