Keçmiş bələdiyyə sədri vətəndaşları üz-üzə qoyub - Çovdarovun adamı imiş...
Tarix: 13-09-2017, 08:36 | Çap et
 Bakının Binəqədi rayonunun sabiq bələdiyyə sədri, adı sabiq MTN generalı Akif Çovdarovla bağlı qalmaqalda hallanan Elman Salmanov xeyli sayda vətəndaşı üz-üzə qoyub. Bu barədə cumhuriyyet.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bələdiyyə sədri işlədiyi dönəmdə rəhbəri olduğu qurumun sərəncamında olan torpaqları öz şəxsi mülkiyyəti kimi müxtəlif şəxslərə satan E.Salmanov, oturduğu kreslodan daha çox bəhrələnmək üçün qeyri-adi üsula əl atıb. Belə ki, bələdiyyə sədri satılan, lakin üzərində hər hansı tikinti işi aparılmayan bəzi torpaqları əsl sahiblərindən xəbərsiz ikinci dəfə başqa şəxslərə satıb. Hətta bununla bağlı onlara nüvafiq sənədlər də təqdim edib. Nəticədə, eyni torpaq sahəsinə iddialı olan vətəndaşlar arasında ciddi qarşıdurmalar, gərginliklər yaşanıb. Mənbə E.Salmanovun tamahının qurbanları ilə bağlı bir çox məsələnin bu gün də məhkəmə predmeti olduğunu, vətəndaşların üzləşdikləri problemləri məhkəmələr vasitəsi ilə aradanqaldırmağa cəhd etdiyini vurğulayıb. Bilgili qaynağın sözlərinə görə, əslində E.Salmanovun A.Çovdarovla bağlı səsləndirdiyi iddia da dolayısı ilə bələdiyyə sədrinin torpaq biznesi ilə bağlı informasiyanın doğruluğuna dəlalət edir: “Sabiq MTN generalı A.Çovdarovla bağlı məhkəmə prosesində iştirak edən E.Salmanov bir nəfərin vasitəçiliyi ilə generala 150 min manat məbləğində pul göndərdiyini təsdiqləyir. E.Salmanovun sözlərinə görə, buna səbəb A.Çovdarovun onu təhdid etməsi olub. Şübhəsiz, adı bir çox qanunsuzluqlarda keçən A.Çovdrovun E.Salmanovu təhdid etməsi, ondan 150 min manat məbləğində pul istəməsi istisna deyil. Lakin burada daha incə məqam E.Salmanovun həmin vəsaiti heç bir problem olmadan A.Çovdarova çatdırmasıdır. E.Salmanov A.Çovdarova verdiyi pulu başqa adamlardan borc aldığını iddia etsə də, onun bələdiyyə sədri kimi ortaya qoyduğu fəaliyyət fərqli cür düşünməyə əsas verir. Başqa sözlə desək, çətin ki, bələdiyyə torpaqları hesabına qaz vurub qazan dolduran E.Salmanovun borc pula ehtiyacı olsun”. Mənbənin sözlərinə görə, E.Salmanovun adı bu vaxta qədər mətbuatda bir çox qalmaqallı olayda hallanıb. Bunlardan da biri də açılışında ölkə başçısının da iştirak etdiyi Binəqədi Olimpiya Kompleksinin ərazisini icra başçılarından birinin qardaşına satması ilə bağlıdır. Ümumiyyətlə, sabiq bələdiyyə sədri ilə bağlı ölkə mediasında yer alan informasiyaların araşdırılması E.Salmanovla bağlı bir çox gerçəyin gün işığına çıxmasını təmin edə bilər ki, bu da yüzlərlə haqqı tapdanan vətəndaşın maraqlarının müdafiəsi baxımından təqdirəlayiq addım olar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lokal münaqişədən iri savaşa: Üçüncü Dünya müharibəsi təhlükəsi - NƏ BAŞ VERİR?
Bu gün, 00:08 |
|
|
|
• “Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir” – Tanınmış modelyer şou-biznesi topa tutdu
Bu gün, 00:04 |
|
|
|
• 16 yaşlı qızı qaçıran axund işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• "Şokdaydım, baxırdım ki, nə edəcək"
Bu gün, 00:00 |
|
|
|
• Bu ölkə İrana nüvə başlığı verəcək – Araşdırma başladı, siyahıda kimlər var?
Dünən, 18:06 |
|
|
|
• Paşinyan Sərkisyan və Köçəryan barədə: - Bu kölələr məni devirmək istəyirlər
Dünən, 18:03 |
|
|
|
• İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var - Zelenski
Dünən, 18:00 |
|
|
|
• Abşeronda da Namiq Məmmədov adlı birisi var... - Qazdığı fundamentə sorğu-sual yoxdur...
Dünən, 17:59 |
|
|
|
• Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanılıb - FOTO
Dünən, 17:48 |
|
|
|
• "Göygöl Şərab Zavodu"nun vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 17:47 |
|
|
|
• 9 yaşlı uşağa qarşı seksual zorakılıq edən şəxs cəzadan niyə azad edilib? - TƏFƏRRÜAT
Dünən, 17:38 |
|
|
|
• "AES təhlükəsizlik problemləri yaradır" - Qriqoryan etiraf etdi
Dünən, 17:35 |
|
|
|
• Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub
Dünən, 17:29 |
|
|
|
• “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq” - İsazadə
Dünən, 17:26 |
|
|
|
• “Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” - GƏLİŞMƏ
Dünən, 17:24 |
|
|
|
• Bakıya gətirilən 5 manatlıq ət: - TƏHLÜKƏLİDİR?
Dünən, 17:18 |
|
|
|
• Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində öldü
Dünən, 17:10 |
|
|
|
• Moskva Bakıdan küsüb: nə üzlə?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06 |
|
|
|
• “Meydan" TV işi üzrə saxlanılan jurnalistlərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
• Son 9 ildə Türkiyəyə 179 min Azərbaycan vətəndaşı köçüb - CƏDVƏL
Dünən, 17:02 |
|
|
|
• Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı - İsrafil Kərimovun yazısı
Dünən, 16:58 |
|
|
|
• Məmur bəyan etmir, vətəndaşdan bəyan etməsini tələb edir - ETİRAZ
Dünən, 16:53 |
|
|
|
• İranda rejim dəyişikliyi xaos yaradacaq - Tramp
Dünən, 16:46 |
|
|
|
• “Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır - GƏLİŞMƏ
Dünən, 15:48 |
|
|
|
• Xalq Bank Milli Depozit Mərkəzinə - ÜZV OLDU
Dünən, 15:42 |
|
|
|
• Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi - MƏTN
Dünən, 15:39 |
|
|
|
• Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb - BU NƏDİ BELƏ?
Dünən, 15:32 |
|
|
|
• Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: - “Təhqir olunmuşdum”
Dünən, 15:28 |
|
|
|
• Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı - erməni mediası
Dünən, 15:22 |
|
|
|
• Məhərrəm İncə CHP-yə qayıdıb
Dünən, 15:18 |
|
|
|
• ABŞ Prezidentindən İsrailə çağırış: - İrana bomba atma, pilotlarını dərhal evə qaytar!
Dünən, 15:14 |
|
|
|
• Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı - AÇIQLAMA
Dünən, 13:06 |
|
|
|
• İran səfiri Qətər XİN-ə çağırılıb
Dünən, 13:05 |
|
|
|
• “PAŞA Bank”ın departamentinə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 13:02 |
|
|
|
• “Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:55 |
|
|
|
• 4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT - SİYAHI
Dünən, 12:51 |
|
|
|
• Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
Dünən, 12:48 |
|
|
|
• İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur – İran televiziyası
Dünən, 12:43 |
|
|
|
• Tehrana zərbə endirmək göstərişi verdi
Dünən, 12:27 |
|
|
|
• Nazilə ÖZÜNDƏN ÇIXDI: - “Cındırından cin ürkür, amma...”
Dünən, 12:23 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21 |
|
|
|
• İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər - AKTUAL
Dünən, 12:17 |
|
|
|
• Bu savaşdan KİM NƏ QAZANDI? - ŞƏRH
Dünən, 12:10 |
|
|
|
• UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... - Tələbə və valideynlər rektordan KÖMƏK İSTƏDİ
Dünən, 12:04 |
|
|
|
• Neftçilərin tez-tez verdiyi daha bir sual... - Ekspert danışır...
Dünən, 11:48 |
|
|
|
• İsrailə İrandan YENİ RAKET HÜCUMU - ATƏŞKƏS POZULUR?
Dünən, 11:44 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: - Martin öz elədiyi əməlləri ört-basdır edir
Dünən, 11:41 |
|
|
|
• SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... - Əziyyətini isə camaat çəkir...
Dünən, 11:32 |
|
|
|
• İsrail nəyi planlayırdı... NƏ OLDU? - İNCƏLƏMƏ
Dünən, 11:28 |
|
|
|
• Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu - AÇIQLAMA
Dünən, 11:24 |
|
|
|
|