Ötən il Türkiyəyə köçən xarici ölkə vətəndaşları arasında Azərbaycan vətəndaşları ilk sırada olub.
Yeniavaz.comTürkiyənin rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, ötən il ərzində Türkiyəyə ümumilkdə 210 min 856 nəfər xarici ölkə vətəndaşı köçüb və onların 20 min 825 nəfəri Azərbaycan vətəndaşı olub.
Qeyd edək ki, ötən il Türkiyəyə köçən xarici ölkə vətəndaşlarının ilk 10-luğu bu cür olub:
1. Azərbaycan – 20 825 nəfər;
2. Türkmənistan – 20 593 nəfər;
3. Özbəkistan – 16 054 nəfər;
4. Rusiya – 15 746;
5. İran – 12 424;
6. Qazaxıstan – 9 936 nəfər;
7. Almaniya – 8 082 nəfər;
8. Əfqanıstan – 7 433 nəfər;
9. Qırğızıstan – 6 856 nəfər;
10. Ukrayna – 6 242 nəfər.
Onu da bildirək ki, son 9 ildə – 2016-2024-cu illərdə 178 min 742 nəfər Azərbaycan vətəndaşı Türkiyəyə köçüb. Azərbaycandan Türkiyəyə köçənlərin 91 min 222 nəfərini kişilər, 87 min 520 nəfərini qadınlar təşkil edib.