Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi .....                     Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb .....                     Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: .....                     Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı .....                     Məhərrəm İncə CHP-yə qayıdıb .....                     ABŞ Prezidentindən İsrailə çağırış: .....                     Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı .....                     İran səfiri Qətər XİN-ə çağırılıb .....                     “PAŞA Bank”ın departamentinə direktor təyin edildi .....                     “Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” .....                     4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT .....                     Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib .....                     İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur .....                     Tehrana zərbə endirmək göstərişi verdi .....                     Nazilə ÖZÜNDƏN ÇIXDI: .....                     Mülayim şərq küləyi əsəcək .....                     İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər .....                     Bu savaşdan KİM NƏ QAZANDI? .....                     UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... .....                     Neftçilərin tez-tez verdiyi daha bir sual... .....                     İsrailə İrandan YENİ RAKET HÜCUMU .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: .....                     SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... .....                     İsrail nəyi planlayırdı... NƏ OLDU? .....                     Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu .....                     16 illik əri məşhur müğənni ilə eşq yaşayır: .....                     Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... .....                     “Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” .....                     Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... .....                     İsrail hava məkanını açıb .....                     Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib .....                     Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu .....                     Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq .....                     Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib .....                     “Azərlotereya”da yeni təyinat .....                     Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib .....                     Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT .....                     TƏCİLİ! Bütün dünyanı belə aldatdılar .....                     Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? .....                     Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu .....                 

Ziya Məmmədovun yağmaladığı əkin sahələrini necə xilas etməli... - Sual budur!
Tarix: 31-08-2017, 08:18 | Çap et
Ziya Məmmədovun yağmaladığı əkin sahələrini necə xilas etməli...
Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi və neft hasilatımızın ildən-ilə azalması ilə ölkəmiz postneft dövrünə qədəm qoydu. Artıq əsas diqqət qeyri-neft sektoruna, xüsusən də kənd təsərrüfatı və sənayeyə ayrılıb. Ölkə başçısının qərarı ilə kəndlilərə verilən subsidiyaların həcmi artırılıb, fermerlərin xeyrinə bir xeyli güzəştlərin edilməsinə başlanılıb.

Lakin problemli məsələlərdən biri də öncəki illərdə kənd təsərrüfatı üçün yararlı olan torpaqların oliqarxlar tərəfindən zəbt edilməsidir. Demək olar ki, əksər bölgələrdə kəndlərin arasındakı əkinə yararlı münbit torpaqlar və ya heyvanların örüş yeri kimi istifadə olunan ərazilər zəbt olunub. Ölkə başçısının müvafiq tapşırığından sonra bir çox torpaqlar dövlətin torpaq fonduna qaytarılıb. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların qanunsuz istifadəsi və zəbt olunmasının qarşısının alınması ilə bağlı monitorinqləri davam etdirir. Prezidentin müvafiq fərman və sərəncamları ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Məqsəd torpaq ehtiyatlarından əsassız istifadə və ya torpaqların vətəndaşlar, hüquqi şəxslər tərəfindən uzunmüddətli istifadəsiz saxlanması hallarının qarşısını almaq, ondan səmərəli, məqsədli və qənaətli istifadəni təmin etməkdir.

Oliqarxların torpaqları zəbt etməsi ilə bağlı faktlardan biri də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Göyçay rayonunda Potu və Hüngütlü kəndləri arasındakı yüz hektardan artıq əkin sahəsini zəbt etməsidir. Məlumata görə, sabiq nazir torpağın istifadəsiz qalmasını pərdələmək üçün orada yonca əkdirir. Hələ 2014-cü ildə “Yeni Müsavat”ın Göyçaya ezam olunmuş reportyor qrupu yazırdı ki, Ziya Məmmədovun uzun illərdir ki, sahibləndiyi bu bölgə onların şəxsi “respublikasına” çevrilib. Potu-Hüngütlü ərazisində Z.Məmmədov hektarlarla ərazini hasarlayıb. Ucu-bucağı görünməyən sahə getdikcə qurtarmır. Geniş bir massivi çəpərləyən nəqliyyat naziri burada özünə vertolyot meydançası tikdirir, villalar inşa edir. Əraziyə giriş qeyri-mümkündür. Hündür hasarlarla əhatələnmiş böyük sahə nəzarətdədir. Qeyd edək ki, üzərindən 3 il keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib, hələ də həmin torpaqlar zəbt olunmuş haldadır və kənd əhalisinin sözlərinə görə, rayonun kənd təsərrüfatı üçün ən münbit torpaqlardır.

Sual isə budur ki, torpaqları oliqarxların əlindən hansı yolla geri almaq mümkündür?

Bu yollardan biri Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı yoxlamalar və qanunsuz hasarlanmış, təyinatı üzrə istifadə edilməyən torpaqları zəbt edənlərə yazdıqları cərimələrdir.

Xatırladaq ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, yaxud həmin torpaq sahəsini özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, torpağın vəziyyətinə zərərli təsir göstərən tikintilərə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimələnir. Torpaqların istehsalat və ya kimyəvi təsirdən korlanmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10000 manatadək cərimə ödəməlidir. Torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslərə 600 manatdan 1000 manatadək, vəzifəli şəxslərə 2000 manatdan 3000 manatadək, hüquqi şəxslərə isə 6000 manatdan 8000 manatadək cərimə tətbiq olunur.

Qeyd edək ki, ölkə başçısının qərarından sonra qeyd olunan halların aradan qaldırılması ilə bağlı bir çox torpaq reydi və monitorinqləri keçirilib. Respublika üzrə 500-ə yaxın pozuntu halı aşkar edilib. Bununla bağlı inzibati tənbeh vermə haqqında 170 qərar qəbul edilib. 950-yə yaxın hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq olunub, 230 halla bağlı inzibati protokol tərtib edilib.

Ancaq təbii ki, oliqarxlar üçün bu cərimələr elə də böyük məbləğ hesab olunmur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu istiqamətdə işlər sürətləndirilib: “Cənab prezidentin bu barədə xüsusi göstərişi var ki, əkilməyən, təyinatı üzrə istifadə edilməyən torpaqlar hamısı qaytarılmalı və ya kənd təsərrüfatı məhsullarının əkini üçün istifadə edilməlidir. Biz Milli Məclisdə bununla əlaqədar qanun da qəbul etdik ki, əkilməyən torpaqlar cərimə ödəyəcəklər. Belə hallar var, mən sizinlə razıyam. Dövlət Əmlak Komitəsi bununla çox ciddi şəkildə məşğuldur. Kənd Təsərrüfatı Nazirliyi də faktiki olaraq bu torpaqları araşdırırdılar ki, hansı torpaqlar nə vəziyyətdədir. Ancaq məlumdur ki, bir çox yerlərdə zəbt olunmuş torpaqlar var, onların qaytarılması, əkilib-becərilməsi gündəmdə olan məsələlərdən biridir. İndi kənd təsərrüfatına diqqət həddindən artıq böyükdür, cənab prezident tərəfindən fermerlərə yardımlar edilir. Kənd təsərrüfatının inkişafına diqqət artırılır. Çünki bu məhsullar xaricə idxal olunur və ölkəyə dollar gətirir. Bu mənada kənd təsərrüfatına yararlı torpaqların təyinatından kənar istifadəsinə nəzarət mexanizmi dəyişdirilməlidir. Kim torpaqdan istifadə edirsə, əkib-becərirsə, qoy etsin. Əks halda, torpağı zəbt edib istifadəsiz saxlayırsa, onlar qaytarılmalıdır. Hər bir rayonun icra başçısı bu məsələdə məsuliyyət daşıyır ki, onun rayonunda hansı məhsulların əkilməsi daha məqsədəuyğundur. Bu mənada torpaq islahatı yekunlaşmalıdır və əhaliyə məlumat verilməlidir ki, hansı torpaqlar kimlərdən alındı, hansı istiqamətdə istifadə olunacaq”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi - MƏTN
Bu gün, 15:39
Rüstəmovun adamları Lənkəranı köhnə Şanxayla qarışdırıb - BU NƏDİ BELƏ?
Bu gün, 15:32
Səbinə özünü çılpaq görüb, dostunu öldürdü: - “Təhqir olunmuşdum”
Bu gün, 15:28
Paşinyanla kilsə arasında bu dəfə sünnət problemi çıxdı - erməni mediası
Bu gün, 15:22
Məhərrəm İncə CHP-yə qayıdıb
Bu gün, 15:18
ABŞ Prezidentindən İsrailə çağırış: - İrana bomba atma, pilotlarını dərhal evə qaytar!
Bu gün, 15:14
Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı - AÇIQLAMA
Bu gün, 13:06
İran səfiri Qətər XİN-ə çağırılıb
Bu gün, 13:05
“PAŞA Bank”ın departamentinə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 13:02
“Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55
4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT - SİYAHI
Bu gün, 12:51
Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
Bu gün, 12:48
İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur – İran televiziyası
Bu gün, 12:43
Tehrana zərbə endirmək göstərişi verdi
Bu gün, 12:27
Nazilə ÖZÜNDƏN ÇIXDI: - “Cındırından cin ürkür, amma...”
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər - AKTUAL
Bu gün, 12:17
Bu savaşdan KİM NƏ QAZANDI? - ŞƏRH
Bu gün, 12:10
UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... - Tələbə və valideynlər rektordan KÖMƏK İSTƏDİ
Bu gün, 12:04
Neftçilərin tez-tez verdiyi daha bir sual... - Ekspert danışır...
Bu gün, 11:48
İsrailə İrandan YENİ RAKET HÜCUMU - ATƏŞKƏS POZULUR?
Bu gün, 11:44
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: - Martin öz elədiyi əməlləri ört-basdır edir
Bu gün, 11:41
SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... - Əziyyətini isə camaat çəkir...
Bu gün, 11:32
İsrail nəyi planlayırdı... NƏ OLDU? - İNCƏLƏMƏ
Bu gün, 11:28
Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu - AÇIQLAMA
Bu gün, 11:24
16 illik əri məşhur müğənni ilə eşq yaşayır: - Qadın Xoşqədəm Hidayətqızından kömək istəyir
Bu gün, 11:19
Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... - Nə başçını, nə də ki...
Bu gün, 11:15
“Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” - MALƏSƏF...
Bu gün, 11:08
Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:05
İsrail hava məkanını açıb - “Tmes of İsrael”
Bu gün, 11:01
Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib - KİV
Bu gün, 10:58
Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu
Bu gün, 10:53
Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib - SİYAHI
Bu gün, 10:40
“Azərlotereya”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:39
Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib - DETALLAR
Bu gün, 10:35
Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT - Ermənistanda gərginlik artır
Bu gün, 10:32
TƏCİLİ! Bütün dünyanı belə aldatdılar - Fordo əməliyyatının ŞOK DETALLARI
Bu gün, 10:23
Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? - AKTUAL
Bu gün, 10:20
Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu
Bu gün, 10:14
Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:40
Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib – Bakı təhsilində şok
Bu gün, 09:38
Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib
Bu gün, 09:30
Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... - İLGİNC İDDİALAR
Bu gün, 09:29
İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər - “Tasnim”
Bu gün, 09:22
"İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə - Sərdar Cəlaloğlu
Bu gün, 09:15
AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar – Sabiq baş nazir gizlinləri açdı
Bu gün, 09:13
Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... - "İravunk"
Bu gün, 09:08
"EV Azerbaijan" MMC nizamnamə kapitalını - KƏSKİN AZALTDI
Bu gün, 09:04
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj - Sabit tarif təklifi qanuni pul oğurluğudur
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru