Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsin maqnit rezonans tomoqrafiyası, mamoqrafiya və biplane angioqrafiya cihazının alınması ilə əlaqədar elan etdiyi tender baş tutmayıb.
Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin qərarında bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.
Tenderin dəyəri 9 657 483 AZN olub.