“Səni axtarıram” verilişində hər kəsi təəccübləndirən hadisə baş verib.
Manset.az xəbər verir ki, efirə qatılan Gülnar adlı qadın müğənni xanımın onu həyat yoldaşından ayırmaq istədiyini iddia edib.
Gülnarın sözlərinə görə, o, 16 illik ailəsini qorumaq və 3 övladını atasız böyütməmək üçün boşanmaq istəmir.
Canlı yayım zamanı qadın bildirib ki, əri bir neçə ildir Mətanət adlı müğənni ilə münasibətdədir və həmin müğənni Gülnara sosial şəbəkədə mesaj yazaraq onu boşanmağa təhrik edir.
Gülnar isə bütün bunlara baxmayaraq, ailəsini qoruyacağını və ərindən ayrılmaq fikrində olmadığını söyləyib.
Veriliş zamanı müğənninin adının Mətanət olduğu deyilsə də, soyadı açıqlanmayıb.